· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Bölgələrdən xəbərlər

Təmir işləri davam etdirilir

 

Lənkəran ŞTŞ-dən bildirilir ki, yeni dərs ilinə hazırlığa hələ cari ilin iyun ayından başlanmışdır. Tədbirlər planına uyğun olaraq yay dövründə rayonun bütün tədris ocaqlarında başlanan təmir işləri, Lənkəran Şəhər İcra Hakimiyyəti, yerli icra və bələdiyyə orqanlarının, pedaqoji kollektivlərin və ayrı-ayrı iş adamlarının imkanları hesabına davam etdirilir.

Təmir zamanı əsasən ağartma, qapı, pəncərə, döşəmə və dam örtüklərinin sıradan çıxmış hissələrinin dəyişdirilməsinə xüsusi diqqət yetirilir. Şəhərin birtipli layihə əsasında tikilmiş 1, 3, 4, 6, 9, 10 nömrəli internat məktəblərində istilik sistemi və qazanxananın yenidən qurulması prosesi başa çatmış, şəhər 1, 4, 7 nömrəli orta və Velədi kənd əsas məktəbi, şəhər 3, 7, 15 və 17 nömrəli uşaq bağçalarında əsaslı təmir işləri aparılmış və bu iş davam etdirilir.

Eyni zamanda yeni dərs ili üçün məktəblərin dərslik , bədii ədəbiyyat, əyani vəsaitlərlə, sinif jurnalları ilə təmin edilməsi üçün zəruri işlər görülmüşdür.

Hazırda isə 360 şagird yerlik Rvo kənd orta məktəbinin tikintisi də başa çatmaq üzrədir.

 

 

Son tamamlama işləri aparılır

 

 "Bilik günü" ərəfəsində Gəncə şəhərində Ş.İ.Xətai adına 13 nömrəli orta məktəbin 960 şagird yerlik yeni binasını istifadəyə vermək nəzərdə tutulmuşdur. Artıq binada son tamamlama işləri aparılır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəsaiti hesabına inşa edilən məktəb binası inventar və avadanlıqlarla təmin olunmuşdur.

Məktəb binasında idman zalı, akt zalı, laboratoriya otaqları, kompüter kabinetləri şagirdlərin istifadəsinə veriləcək. Məktəbdə bu dərs ilində 900 şagird təhsil alacaqdır ki, bu da dərslərin bir növbədə keçirilməsinə imkan yaradacaqdır.

 

Ədalət DAŞDƏMİRLİ