· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

"üTM-XXI əsr" saytının təqdimat mərasimi oldu

Bu günlərdə ümumi Təhsil Mərkəzində Azərbaycan-Rusiya MMC-in "üTM-XXI əsr" saytının və qəzetinin təqdimat mərasimi keçirildi.

Mərasimdə təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasili İstratov, "çağ" öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər özərən, BDU-nun, ADU-nun, ATU-nun, "Qafqaz" Universitetinin rektorları, millət vəkili, akademik  Abel Məhərrəmov, millət vəkili, professorlar Səməd Seyidov, Əhliman Əmiraslanov, Əhməd Saniç, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Avropa Liseyinin direktorları Rəhim Hüseynov, Zülfiyyə Veysova və digər təhsil müəssisələrinin rəhbərləri, müəllimlər iştirak edirdilər. Tədbirdən öncə bir neçə ali və orta təhsil müəssisələri ilə "üTM-XXI əsr" Azərbaycan Rusiya MMC-i arasında əməkdaşlıq haqqında saziş imzalandı. Sazişdə tərəflər arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi, toplanmış müsbət təcrübənin mübadiləsi və qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi nəzərdə tutulur.

Sazişdə habelə tərəflər öz imkanlarını nəzərə alaraq, müəssisələrin təşkili və fəaliyyəti ilə tanış olmaq üçün əməkdaş mübadiləsi, tədrisin müxtəlif məsələlərinin müzakirəsi, təhsil işçilərinin peşəkarlıq səviyyəsinin və hazırlığının gələcəkdə daha da yüksəldilməsi üçün ikitərəfli konfransların, seminarların təşkili və digər işlərin reallaşdırılması planlaşdırılır. Açılış mərasimindən sonra  "üTM-XXI əsr"-in direktoru Vəfa Məmmədova çıxış etdi. Rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında geniş məlumat verən Vəfa xanım bildirdi ki, işimizin başlıca məqsədi uşaqlara intellektual qabiliyyətlərini və yaradıcı təfəkkürünü inkişaf etdirən köklü təhsil vermək və sürətlə inkişaf edən həyata hazırlamaqdır. Mərkəzin tanıtım videoçarxının nümayişindən sonra saytın rəhbəri Məhəbbət Vəliyeva və müəllifi Rəşad Mahmudov yeniləşmiş saytı iştirakçılara təqdim etdilər. Onun bütün bölmələri barədə mərasim iştirakçılarına məlumat verdilər. İştirakçılar həmçinin nəfis şəkildə çapdan çıxmış "üTM-XXI əsr" qəzeti haqqında da geniş biliyə sahib oldular.

Məktəblilərin ifasında bədii proqram da maraqla qarşılandı. Sonra "üTM-XXI əsr"-in vitse-prezidenti Səbinə Qaraşova çıxış edərək bildirdi ki, bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş özəl sektorun inkişafı siyasəti hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Respublikamızda son illər təhsil sistemində aparılan islahatlar buna sübutdur. Səbinə xanım onu da qeyd etdi ki, bu məktəbin yaradılmasına məhz ulu öndərimiz xeyir-dua verib. Qeyd olundu ki, respublikamızın özəl təhsil ocaqlarının assosiasiyasının yaradılması layihəsini gerçəkləşdirmək  və bu istiqamətdə əməkdaşlığı möhkəmləndirmək önəmlidir. S.Qaraşova təhsil sahəsindəki bütün özəl təşkilatların layihənin uğurla həyata keçməsi üçün öz dəstəklərini əsirgəməyəcəklərinə inandığını bildirdi. Sonra təhsil nazirinin müavini İsgəndər İsgəndərov və "çağ" öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər özərən, ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək qazanılan uğurlara görə təhsil müəssisəsinin pedaqoji və şagird kollektivini təbrik etdilər, kollektivə daha böyük nailiyyətlər arzuladılar.

Sonda direktor Vəfa Məmmədova tədbirdə iştirak üçün qonaqlara minnətdarlığını bildirdi və Yeni il münasibətilə hamını təbrik etdi.

Təqdimat mərasimi "üTM-XXI əsr"-in himni ilə başa çatdı.

Fazil İDRİSOĞLU