· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

"Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli 2354 nömrəli sərəncamına uyğun olaraq qərara alıram:

1. Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası"na daxil olunmuş əsərlərin siyahısı təsdiq edilsin (siyahı əlavə olunur).

2. Azərbaycan Milli Elmlər Akademiyası bu sərəncamın 1-ci bəndi ilə təsdiq olunmuş siyahıya daxil edilmiş əsərlərin tərcüməsi, tərtibatı və çapa hazırlanması barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2007-ci il.

 

 

 

 

 

Abşeron rayonunun sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Abşeron rayonunun 45 illiyi münasibətilə rayonun sosial-iqtisadi inkişafında xüsusi xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Azərbaycan Respublikasının əməkdar müəllimi"

Fərəcova Şərqiyyə Həbib qızı

Piriyev Nurəddin Allahqulu oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 yanvar 2008-ci il

 

 

 

 

 

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996-cı il 22 iyun tarixli 464 saylı fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

Ağayeva Gülər İlham qızı - Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdi,

Cəfərov Xamiz İlham oğlu - Bakı Xoreoqrafiya Məktəbinin şagirdi,

Kərimli Akif Kərim oğlu - Bakı Xoreoqrafiya Məktəbinin şagirdi,

Qəniyev Elvin Xoca - Türkiyənin Bilkənd Universiteti nəzdində Adnan Sayqun adına Musiqi Məktəbinin şagirdi,

Məmmədova Şəfiqə Namiq qızı - Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdi,

Nağıyev Vaqif Vahid oğlu - Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi,

Sadıqzadə Zəminə Elxan qızı - Bakı Xoreoqrafiya Məktəbinin şagirdi,

Zeynalov Rüstəm Samir oğlu - Bakı şəhər 4 saylı Uşaq Musiqi Məktəbinin şagirdi.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 yanvar 2008-ci il