· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakıda "Tempus günü" mövzusunda konfrans  

Martın 18-də Təhsil Nazirliyi Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş direktorluğu ilə birlikdə Bakı Dövlət Universitetində (BDU) Tempus Proqramının 10 illiyi münasibətilə "Tempus günü" mövzusunda konfrans keçirmişdir.

Ayrı-ayrı qurumların, o cümlədən ali təhsil müəssisələri nümayəndələrinin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və təhsil nazirinin müavini Elmar Qasımov ölkə Prezidenti İlham Əliyevin Azərbaycanda təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini vurğulamışlar.Avropa İttifaqının Tempus Proqramı çərçivəsində həyata keçirilən layihələrin elmin tərəqqisində, Azərbaycan təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasında mühüm rolu olduğunu söyləyən natiqlər son 10 il ərzində 22-dək ali məktəbimizdə (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və s.) müvafiq layihələr üzrə uğurlu nəticələr əldə edildiyini, o cümlədən BDU-nun qrantlara layiq görüldüyünü bildirmişlər.

Avropa Komissiyasının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Alan Vaddams Azərbaycan-Avropa İttifaqı əməkdaşlığından bəhs edərək, Avropa İttifaqının Azərbaycanda ali təhsilin inkişafına kömək etməyə hazır olduğunu diqqətə çatdırmışdır.

Milli Tempus ofisinin əlaqələndiricisi Mahir Kazımov 1995-2006-cı illərdə bu Proqram çərçivəsində 27-dək fərdi səfərlərə, 24 layihəyə maliyyə dəstəyi verildiyini və müvafiq layihələrin ali təhsilin inkişafı ilə bağlı olduğunu söyləmişdir.

Sonra Tempus Proqramı çərçivəsində yeni layihə ilə bağlı müsabiqə qaydaları açıqlanmış, geniş müzakirələr aparılmışdır.

Konfransda BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Paşayeva iştirak etmişdir.

AzərTAc