· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

N 334    13.03.2008

Azərbaycan Respublikası Prezidentinin Fərmanının elan edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" 25 fevral 2008-ci il tarixli 714 nömrəli fərmanını elan edirəm:

 

"Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri"nin və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

"Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri" təsdiq edilsin (əlavə olunur).

2. "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

3. Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatları üçün tələb olunan xərclərin ödənilməsi dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait hesabına təmin edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

5. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2008-ci il

N 714"

 

 

 

 

Azərbaycan Respublikası Prezidentinin həmin fərmanı ilə əlaqədar

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 2008-ci il tarixli 714 nömrəli fərmanı ilə təsdiq edilmiş "Ən yaxşı ümumtəhsil məktəbi müsabiqəsinin keçirilməsi Qaydaları və ümumtəhsil məktəblərinə verilmiş mükafatın istifadə istiqamətləri" və "Ən yaxşı müəllim müsabiqəsinin keçirilməsi Qaydaları" icra və rəhbərlik üçün əsas tutulsun.

2. Nazirliyin aparatının rəhbəri İ.Pirməmmədov, Şəhərlər və Kənd rayonları üzrə ümumi təhsil və məktəbəqədər tərbiyə (A.Muradov, A.Əhmədov), İqtisadiyyat (H.Zeynalov), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması (F.Qədirov), Təhsilin idarəolunmasının məlumat sistemləri (İ.Sadıqov), Şagird nailiyyətlərinin qiymətləndirilməsi (T.Hacıyeva) şöbələri müsabiqənin təşkili və keçirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsini təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin əlavələri ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Misir MƏRDANOV,

təhsil naziri

 

 

 

 

 

 İstirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının elan edilməsi barədə

 

2008-ci ilin 29 və 30 mart istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarını elan edirəm:

Azərbaycan Respublikasının

NAZİRLƏR KABİNETİ

QƏRAR

N 65

Bakı şəhəri, 6 mart 2008-ci il

2008-ci ilin 29 və 30 mart istirahət günlərinin

yerinin dəyişdirilməsi haqqında

 

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti

Qərara alır:

1. İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2008-ci ilin 29 və 30 mart istirahət günləri ilə 27 və 28 mart iş günlərinin yeri dəyişdirilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

A.RASİZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə əlaqədar

ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarının icrası təmin olunsun.

2. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

3. ümumi şöbənin müdiri (İ.Mirzəyev) əmrin təhsil orqanlarına və təlim-tərbiyə müəssisələrinə göndərilməsini təmin etsin.

Misir MƏRDANOV,

təhsil naziri

 

 

 

 

 

 

 

N 341      17.03.2008-ci il

"Orta yol - İslam və Elm: islam alimlərinin müasir dövrdə mədəniyyətin inkişafındakı roluna baxış" mövzusunda konfransın keçirilməsi haqqında

ƏMR EDİRƏM:

I. İdrak İctimai Birliyi və Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı - Asiya Müsəlmanları Komitəsi ilə birgə 21-23 aprel 2008-ci il tarixlərində Bakıda "Orta yol - İslam və Elm: islam alimlərinin müasir dövrdə mədəniyyətin inkişafındakı roluna baxış" mövzusu üzrə konfrans keçirilsin.

II. Konfransın keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

1. Misir Mərdanov - təhsil naziri (sədr)

2. Elmar Qasımov - təhsil nazirinin müavini

3. Anar Yusifzadə - İdrak İctimai Birliyinin sədri

4. Qulu Novruzov - Beynəlxalq əlaqələr şöbəsinin müdiri

5. İlham Mustafayev - Ali və orta ixtisas təhsili şöbəsinin müdiri

6. Bayram Hüseynzadə - İctimaiyyətlə əlaqə şöbəsinin müdiri

7. Gültəkin Hüseynova - Elm şöbəsinin baş məsləhətçisi

8. Ağababa İbrahimov - Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri

9. Məmməd Əliyev - Bakı Slavyan Universitetinin prorektoru

III. Beynəlxalq əlaqələr şöbəsi (Q.Novruzov) konfransın keçirilməsi ilə bağlı lazımi tədbirləri həyata keçirsin.

IV. Konfransın Bakıda keçirilməsi ilə bağlı bütün xərclər Küveytin Beynəlxalq İslam Təşkilatı - Asiya Müsəlmanları Komitəsi tərəfindən ödənilir.

V. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.

Misir MƏRDANOV,

təhsil naziri

 

 

 

 

 

 

 N 345     18.03.2008-ci il

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi haqqında" 2679 nömrəli, 2008-ci il 15 fevral tarixli sərəncamının icrasını təmin etmək məqsədilə

ƏMR EDİRƏM:

1. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər, görülmüş işlər haqqında 01 iyun 2008-ci il tarixədək nazirliyə hesabat təqdim etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planını "Azərbaycan müəllimi" qəzetində dərc etdirsin.

4. ümumi şöbə (İ.Mirzəyev) əmr və tədbirlər planının çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın.

Misir MƏRDANOV,

təhsil naziri

 

 

 

 

 

 

N 298       04.03.2008-ci il

Koordinasiya Şurasının yaradılması barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli 102 saylı qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının konsepsiya və strategiyası"nı nəzərə alaraq və onun həyata keçirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.12.2007-ci il tarixli, 1246 saylı əmri ilə təsdiq olunmuş müvafiq tədbirlər planının icrasını təmin etmək məqsədilə

ƏMR EDİRƏM:

 

1. Aşağıdakı tərkibdə Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurası yaradılsın:

1. Yusif Məmmədov (sədr) - Azərbaycan Dövlət Pedaqoji Universitetinin pektoru, AMEA-nın müxbir üzvü

2. Aydın Kazımzadə (sədr müavini) - Bakı Dövlət Universitetinin kafedra müdiri

3. Murad İmanov (məsul katib) - Təhsil Nazirliyinin böyük məsləhətçisi

4. Abdulla Mehrabov - Təhsil Problemləri İnstitutunun direktoru

5. Asəf Zamanov - Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunun rektoru

6. Sadıx Vəliyev - Naxçıvan Müəllimlər İnstitutunun rektoru

7. Vüsət Əfəndiyev - Bakı Dövlət Universitetinin prorektoru

8. Şamil Qasımlı - Azərbaycan Müəllimlər İnstitutunun prorektoru

9. Saleh Salahov - Gəncə Dövlət Universitetinin prorektoru

10. Şövkət Baxışov - Lənkəran Dövlət Universitetinin prorektoru

11. Nurlana Əliyeva - Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru

12. Asif Hacıyev - Bakı Slayan Universitetinin prorektoru

13. Natiq Yusifov - Azərbaycan Dillər Universitetinin prorektoru

14. Malik Cəbrayılov - Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru

15. Musa Əhmədov - Təhsil Nazirliyinin baş məsləhətçisi

16. Hikmət Əlizadə - Bakı Dövlət Universitetinin dekanı

17. Elmina Kazımzadə - Müasir təhsil və tədrisə yardım mərkəzi, təhsil siyasəti və tədqiqatı üzrə direktor

18. Fərrux Rüstəmov - Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı

19. Ramiz Məmmədzadə - Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri

20. Sara Xanlarova - Bakı ş, 134 saylı məktəbin direktoru

21. Ənvər Abbasov - Təhsil Problemləri İnstitutunun direktor müavini, kurrikulum mərkəzinin direktoru

22. Vidadi Bağırov - Sumqayıt ş, TŞ-nin müdiri

23. Gülana Hüseynova - UNİSEF-in Azərbaycan nümayəndəliyinin təhsil proqramları üzrə mütəxəssisi

2. "Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya Şurasının Əsasnaməsi" təsdiq edilsin (əlavə edilir).

3. Təhsil Nazirliyinin Aparatı (İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili şöbəsi (İ.Mustafayev) bu əmrdən irəli gələn müvafiq tədbirləri həyata keçirsinlər.

4. Əmr "Azərbaycan müəllimi" qəzetində dərc edilsin.

5. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

Misir MƏRDANOV,

təhsil naziri