· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

  

Mərkəzləşdirilmiş qaydada imtahan verən şəhər və rayonların ümumtəhsil məktəbləri və peşə liseyləri direktorlarının nəzərinə

2007-2008-ci dərs ilində orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verən şagirdlərin imtahan verdiyi fənlər üzrə attestata yazılacaq yekun qiyməti 6 iyun 2008-ci il tarixində səkkiz fənn üzrə verəcəkləri imtahan qiyməti əsas götürülməklə və şagirdlərin həmin fənlər üzrə X və XI sinif illik qiymətləri, noyabr, fevral və aprel aylarında keçirilmiş yoxlama (sınaq) imtahanlarında aldığı qiymətlər nəzərə alınmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.

İmtahan aparılan fənlər üzrə şagirdin attestatına yazılacaq qiymətlər Təhsil Nazirliyinin müvafiq şöbəsi tərəfindən 15.06.2008-ci il tarixinədək şagirdlərin adlı siyahısı əsasında məktəblərə göndəriləcəkdir. 

İmtahandan qeyri-kafi qiymət almış şagirdin yekun qiyməti 2 qəbul edilir və ona orta təhsil haqqında attestat verilmir.

 

Təhsil Nazirliyi

Şagird nailiyyətlərinin

qiymətləndirilməsi şöbəsi