· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Lev Landaunun 100 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2008-ci ildə Nobel mükafatı laureatı Lev Landaunun 100 illik yubileyi tamam olur. Bakıda anadan olmuş Lev Landau burada ilk təhsilini almış, gimnaziyanı və Bakı İqtisad Texnikumunu bitirmiş, Azərbaycan Dövlət Universitetində oxumuşdur. Dahi fizikin vətəni Bakı şəhərində Lev Landaunun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Lev Landaunun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 yanvar 2008-ci il