|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev Fondu bu il ölkənin bütün birinci sinif şagirdlərini öz töhfəsi ilə sevindirəcək Heydər Əliyev Fondu bu il ölkənin
bütün birinci sinif şagirdlərini öz töhfəsi ilə
sevindirəcəkdir. Artıq Fondun xüsusi sifarişi
əsasında hazırlanmış 130 min çanta və
dərs ləvazimatı ölkənin bütün təhsil ocaqlarına,
o cümlədən lisey və internat
məktəblərinə təqdim olunmuşdur. "Təhsilə dəstək"
layihəsi çərçivəsində hər yeni dərs ilinin
əvvəlində məktəblilərə çanta və
dərs ləvazimatının paylanması Heydər Əliyev
Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq
Fond hər il qaçqın və məcburi köçkün
ailələrindən olan birinci sinif şagirdlərini,
eləcə də Gürcüstanda yaşayan soydaşlarımızı
yeni dərs ili ərəfəsində bağışladığı
çanta və dərs ləvazimatı ilə sevindirir. ötən
il bir sıra xarici ölkələrdə - Rusiya Federasiyasında,
Hollandiyada, Türkiyədə, Rumıniyada yaşayan
məktəbli soydaşlarımız da belə
hədiyyə almışlar. 2008-2009-cu dərs ili
ərəfəsində həyata keçirilən aksiyanın
miqyası isə daha genişdir. Bu aksiya bütün ölkə üzrə
nəzərdə tutulduğundan birincilərə paylanacaq
çantaların sayı 130 minə bərabərdir. Hər çantaya
16 adda məktəb ləvazimatı qoyulmuşdur. "Təhsilə dəstək"
layihəsi çərçivəsində Heydər Əliyev
Fondunun dəstəyi ilə hazırlanan 140 adda plakat
Azərbaycanın bütün ümumtəhsil
məktəblərini əyani vəsaitlə təmin
etməyə imkan verəcəkdir. Hazırlıq prosesi
bir il əvvəl başlamış, Fondun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
rəhbərliyi ilə işçi qrupu yaradılmış,
xarici ölkə və yerli mütəxəssislərlə
məsləhətləşmələr aparılmışdır.
Hazırlanan plakatlar Təhsil Nazirliyi tərəfindən
təsdiq olunmuşdur. Tədrisin keyfiyyətini yüksəltmək
məqsədi ilə müxtəlif fənlər üzrə hazırlanan
plakatın hər birindən 10 min nüsxə olmaqla 1 milyon
400 min ədəd plakat çap edilmişdir. Plakatlar respublikanın
bütün regionlarını əhatə edən ümumtəhsil
məktəblərinə paylanacaqdır. Heydər Əliyev Fondu ölkəmizdə
yasayan milli azlıqların təhsilinin inkisafına da
diqqət və qayğı ilə yanaşır. 2006-cı
ildə Heydər Əliyev Fondu "Təhsilə
dəstək" layihəsi çərçivəsində Qax
rayonunun Qax-İngiloy kənd orta məktəbinin 1-2-ci
sinif şagirdlərinə gürcü dilində nəşr
edilən yeni dərsliklər və məktəb
ləvazimatı paylamışdı. Fondun bu cür təşəbbüsləri
növbəti illərdə daha geniş miqyas almışdır.
"Təhsilə dəstək" layihəsi
məktəbəqədər uşaq tərbiyə müəssisələrinin
yenidən qurulmasını da nəzərdə tutur.
Layihə çərçivəsində bölgələrdə
və Bakı kəndlərində uşaq bağçaları
əsaslı təmir olunaraq, müasir avadanlıqla təchiz
edilmişdir. Bu istiqamətdə yenidən qurulan uşaq
bağçalarından biri Binə qəsəbəsində
yerləşir. Əsaslı təmirdən sonra
istifadəyə verilən bağça balacaların
intellektual inkişafına kömək edən müxtəlif
əyani vəsait, kitab və digər müasir avadanlıqla
təmin olunmuşdur. Heydər Əliyev Fondunun təhsilə qayğısı
təkcə respublikamızla məhdudlaşmır. Fondun
bu istiqamətdəki fəaliyyətinin coğrafiyası gündən-günə
genişlənir. Artıq beynəlxalq aləmdə də
nüfuzlu bir qurum kimi tanınan Fond xeyriyyəçilik missiyasını
bir neçə ölkədə də uğurla davam etdirir. Gürcüstanda
yaşayan azərbaycanlıların təhsillə bağlı
problemlərinin aradan qaldırılması üçün hər il
dövlət xətti ilə yanaşı, Fond
tərəfindən də böyük yardım edilməsini
soydaşlarımız dərin minnətdarlıq hissi
ilə qarşılayırlar. Rusiyanın paytaxtında və ayrı-ayrı
şəhərlərdəki Azərbaycan
məktəblərinə göstərilən müntəzəm
qayğı xüsusilə qeyd olunmalıdır. Burada Fondun
Rusiya Federasiyasındakı nümayəndəliyinin
rəhbəri Leyla xanım Əliyevanın ardıcıl
fəaliyyəti diqqəti cəlb edir. 2007-ci ildə Hollandiyanın paytaxtı
Amsterdamda fəaliyyətə başlayan Azərbaycan
məktəbi də Fondun diqqətindən kənarda qalmamış,
məktəbə kompüter dəsti və dərs vəsaiti
göndərilmişdir. 2008-ci ilin fevralında isə Fondun
"Təhsilə dəstək" layihəsi çərçivəsində
Pakistanın Müzəffərabad şəhərində dağıdıcı
zəlzələ nəticəsində yararsız
vəziyyətə düşən məktəb yenidən
tikilərək, istifadəyə verilmişdir. Təhsil
ocağı yüksək səviyyəli tədrisə imkan
yaradan avadanlıqla təmin olunmuşdur. Rusiyanın "Puşkin kitabxanası"nın
Fondla əməkdaşlığı da ölkəmizdə
elm, təhsil və mədəniyyətin inkisafına yönələn
dəyərli hadisədir. Rusiyada son illər nəşr
edilən müxtəlif elm sahələrinə aid 4 min kitab,
800 dərslik Fondun və şəxsən Mehriban xanımın
təşəbbüsü ilə respublikamızın ali
məktəblərinə təqdim edilmişdir. Təhsil sahəsində Fondun ən böyük
və irimiqyaslı işi olan "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi də uğurla
davam edir. 2008-2009-cu tədris ili üçün Fondun təşəbbüsü
ilə ölkə ərazisində yeni məktəb binaları
inşa olunmaqla, layihə çərçivəsində
tikilən məktəblərin sayı 237-yə çatdırılmışdır.
AzərTAc
|