|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Prezident İlham Əliyev Salyan rayonu Qardili kənd orta məktəbi binasının açılışında iştirak edib Prezident
İlham Əliyev sentyabrın 7-də Salyan rayonuna
gəlmişdir. Dövlətimizin
başçısı əvvəlcə Cəsur Əliyev adına
Qardili kənd orta məktəbinin yeni binasının açılışında
iştirak etdi. Mərasimə
toplaşanlar ölkə rəhbərini hərarətlə
qarşıladılar. Prezident
İlham Əliyev binanın rəmzi açılışını
bildirən lenti kəsdi, məktəbin foyesində bu
təhsil ocağının əvvəlki və indiki
vəziyyətini əks etdirən fotoşəkillərə,
ümummilli lider Heydər Əliyevin fəaliyyətinə
dair fotoguşəyə baxdı. Foyedə ulu öndər
Heydər Əliyevin təhsil işçilərinin
əməyinə verdiyi qiyməti təsdiqləyən
"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram"
kəlamı yazılmışdı. Dövlətimizin
başçısına məlumat verildi ki, Qardili kənd orta
məktəbinin müəllim və şagirdləri uzun
illərdən bəri köhnə binanın yaratdığı
problemlərdən əziyyət çəkirdilər. Qış
aylarında burada dərs keçmək daha çox çətinlik
yaradırdı. Yeni bina 220 şagird üçün
nəzərdə tutulmuşdur. Bu il məktəbdə
təhsil alacaq 161 şagirdin təlim-tərbiyəsi
ilə 21 müəllim məşğul olacaqdır. 11 sinif
otağı, 2 emalatxana, 2 laboratoriya və 1 həkim otağından
ibarət bina müasir istilik sistemi ilə təchiz olunmuş,
transformator quraşdırılmışdır.
Məktəbin həyəti abadlaşdırılmış,
burada gözoxşayan yaşıllıq salınmışdır.
Azərbaycanda
təhsilin inkişafında misilsiz xidmətləri olan
Heydər Əliyev Fondu əvvəlki illərdə olduğu
kimi, bu il də məktəbə ilk dəfə
qədəm qoyacaq uşaqlara çanta, dərslik və
digər məktəb ləvazimatı hədiyyə etmişdir.
Prezident
İlham Əliyev birincilərin oxuyacağı sinif otağına
baxdı, Heydər Əliyev Fondunun hədiyyələri
ilə tanış oldu, Fondun ölkəmizdə təhsilin
inkişafına göstərdiyi diqqət və qayğını
yüksək qiymətləndirdi. Məlumat verildi ki, bu
təhsil ocağının kitabxanasına Prezidentin
"Azərbaycan dilində latın qrafikası ilə kütləvi
nəşrlərin həyata keçirilməsi haqqında"
sərəncamına əsasən çap olunmuş kitablar,
kimya və fizika laboratoriyalarına isə Heydər Əliyev
Fondunun nəşr etdirdiyi əyani vəsaitlər
hədiyyə olunmuşdur. Hərbi hazırlıq otağı
da bütün lazımi tədris vəsaiti ilə təchiz
edilmişdir. Dövlət
başçısı kompüter otağına, akt və idman
salonlarına da baxdı. Kompüterlərin hamısı
İnternetə qoşulmuşdur. Əmək təlimi
kabinetində isə uşaqlar dərzi, xalçaçı və
çəkməçi peşələri üzrə kurslarda da
məşğul ola biləcəklər. Məktəblə
tanışlıqdan sonra pedaqoji kollektivlə söhbət
edən Prezident İLHAM ƏLİYEV dedi: - Sizi gözəl
məktəbin tikilməsi münasibətilə ürəkdən
təbrik edirəm. çox
gözəl şərait var. Əvvəlki məktəbin
şəkillərinə də baxdım. Gördüm ki, siz çox
çətin vəziyyətdə işləmişsiniz. Uşaqlar
da çətin vəziyyətdə oxuyublar. Amma indi bu
məktəb ən gözəl səviyyədədir. Oxumaq
üçün də, işləmək üçün də burada bütün
imkanlar var. Mən çox şadam ki, bizim kənd
məktəblərimiz də belə gözəl
səviyyədədir, şəhər
məktəblərindən heç nə ilə
fərqlənmir. Bəlkə də, onların
bəzilərindən daha da üstündür. İndi əsas
məsələ burada uşaqları yaxşı oxutmaqdır,
onlara yaxşı tərbiyə verməkdir ki,
gələcəkdə ölkəmizin inkişafı üçün
öz səylərini göstərsinlər. Sizi təbrik
edirəm, uğurlar arzulayıram. Müəllimlər yaradılan şəraitə
görə dövlətimizin başçısına minnətdarlıq
etdilər. AzərTAc
Akademik Zərifə Əliyeva adına orta məktəb ilə tanışlıq Sentyabrın
7-də Prezident İlham Əliyev Cəlilabad şəhərindəki
akademik Zərifə Əliyeva adına orta
məktəbdə olmuşdur. Dövlətimizin başçısı
əvvəlcə görkəmli oftalmoloq alim, akademik
Zərifə xanım Əliyevanın məktəbin
həyətindəki abidəsi önünə gül
dəstəsi qoydu. Məlumat verildi ki, 1100 şagird yeri olan bu
məktəb binası Heydər Əliyev Fondunun
"Yeniləşən Azərbaycana yeni
məktəb" Proqramı çərçivəsində inşa
edilmiş, ötən ilin sentyabrında istifadəyə
verilmişdir. üç və dördmərtəbəli tədris
korpuslarından ibarət təhsil ocağı ən müasir
avadanlıqla təchiz edilmişdir. Binanın foyesində
ümummilli lider Heydər Əliyevin və Prezident İlham
Əliyevin fəaliyyətlərini əks etdirən fotoguşə
vardır. Kompüter otağı ilə tanış olan
dövlət başçısına bildirildi ki, İnternet şəbəkəsinə
qoşulmuş kompüterlər uşaqların müasir
informasiya və kommunikasiya texnologiyaları sahəsində
biliklərə yiyələnmələrində mühüm rol
oynayacaqdır. Məktəbin sonuncu
mərtəbəsində görkəmli oftalmoloq alim, akademik
Zərifə xanım Əliyevaya həsr olunmuş fotoguşə
yaradılmışdır. Dövlət başçısı burada latın
qrafikalı Azərbaycan əlifbası ilə çap olunmuş
müxtəlif ədəbiyyatla təmin edilmiş kitabxanaya
və Heydər Əliyev elektron kitabxanasına baxdı. Prezident İlham Əliyev ayrı-ayrı
fənn kabinetlərini, sinif otaqlarını və örtülü
idman salonunu gəzdi, tədris işinin yüksək
səviyyədə təşkili ilə bağlı tövsiyələrini
bildirdi.
AzərTAc
Ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikasının ali
təhsil müəssisələrində çalışan işçilərin
peşəkarlıq səviyyəsinin yüksəldilməsinə
yönəldilmiş stimullaşdırma sisteminin tətbiqini
təmin etmək və onların sosial müdafiəsini gücləndirmək
məqsədi ilə qərara alıram: 1. Dövlət büdcəsindən
maliyyələşdirilən ali təhsil müəssisələrində
çalışan işçilərin aylıq vəzifə maaşları
2008-ci il sentyabrın 15-dən orta hesabla 50 faiz artırılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın: 2.1. Dövlət büdcəsindən
maliyyələşdirilən ali təhsil müəssisələrində
çalışan işçilərin bu sərəncamın 1-ci
bəndinə uyğun olaraq aylıq vəzifə maaşlarının,
habelə elmi-pedaqoji stajları və həmin müəssisədə
təhsil alan tələbələrin sayı ilə
əlaqələndirilmiş vəzifə maaşlarına
əlavələrin məbləğlərini təsdiq
etsin; 2.2. Dövlət büdcəsindən
maliyyələşdirilən ali təhsil müəssisələrində
çalışan professor-müəllim heyətinin ümumi dərs
yükünün optimallaşdırılması ilə
əlaqədar müvafiq tədbirlər görsün; 2.3. Qüvvədə olan normativ-hüquqi aktların
bu sərəncama uyğunlaşdırılmasını
təmin etsin; 2.4. Bu sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
3. Bu sərəncam dərc edildiyi gündən
qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 sentyabr 2008-ci
il Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdünün məbləğinin artırılması haqqında Azərbaycan
Respublikası Prezidentinin Fərmanı 1. "Azərbaycanın olimpiya çempionları
üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya
təqaüdünün təsis edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr
tarixli 798 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il,
N 10, maddə 594; 2006-cı il, N 5, maddə 403; 2008-ci
il, N 1, maddə 5) 1-ci
bəndi ilə müəyyən edilmiş xüsusi Olimpiya
təqaüdünün məbləği artırılaraq,
həmin bənddə "yeddi yüz əlli" sözləri
"min" sözü ilə əvəz edilsin. 2. Bu fərman imzalandığı gündən
qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2008-ci
il E.ç.Məmmədliyə Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycanın olimpiya çempionları üçün
Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin
təsis edilməsi haqqında" 2002-ci il 10 oktyabr
tarixli, 798 nömrəli fərmanına uyğun olaraq qərara
alıram: 1. XXIX Pekin Yay Olimpiya Oyunlarının
çempionu Elnur çingiz oğlu Məmmədliyə
Azərbaycan Respublikası Prezidentinin xüsusi Olimpiya təqaüdü
verilsin. 2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2008-ci
il 2008-2009-cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Respublikasının ali məktəb
tələbələri üçün Prezident təqaüdünün
təsis edilməsi haqqında" 3 sentyabr 2001-ci il tarixli
564 nömrəli fərmanına uyğun olaraq qərara alıram:
1. 2008-2009-cu tədris ilində
tələbə qəbulu imtahanlarında ixtisas qrupları
üzrə ən yüksək nəticə göstərmiş
və Azərbaycan Respublikasının ali
məktəblərinə daxil olmuş aşağıdakı
tələbələrə Prezident təqaüdü verilsin: Abbaslı Elvin Şamrud oğlu Abbasova İlahə Qoşqar qızı Abberin Nüşabə Ramiz qızı Abdullayev Elçin Ələkbər oğlu Abdullayev Zaur İmran oğlu Abdullayeva Ləman Şamil qızı Abdurahmanov Elvin Eldəniz oğlu Ağai Elçin Ələddin oğlu Allahverdiyev Rəşad Elman oğlu Allahverdiyeva Tahirə Ceyhun qızı Babayev Kənan Mehdi oğlu Babayev Ramil Soltan oğlu Babayev Rüfət Yaşar oğlu Babayev Tural Atakişi oğlu Bağışov Damət Bağış
oğlu Beydullayev Rahib Ramiz oğlu Cabbarlı Leyli Rasim qızı Cəbiyev Əvəz Niyazi oğlu Cəbiyeva Leyla Nadir qızı Dadaşov Elvin Vaqif oğlu Daşdəmirova Günay Fəxrəddin qızı
Əhmədli Nərmin İslam qızı
Əhmədov Ceyhun Sərdar oğlu Əhmədov Nurlan Cəsarət oğlu Əliyev Ağayar Eldar oğlu Əliyev Elnur Adil oğlu Əliyev Emil Məmmədhüseyn oğlu Əliyev Emil Səməndər oğlu Əliyev Əli Ehtiram oğlu Əliyev Orxan Ərşad oğlu Əliyev Zülfüqar Tofiq oğlu Əliyeva Fatimə Natiq qızı Əliyeva Gülər Balahüseyn qızı Əlizadə Xəlil Firudin oğlu Əmmayev Təbriz Bilal oğlu Əskərli Nigar İntiqam qızı Fətəlizadə Kamal Eldar oğlu Hacıyeva Sevinc Vaqif qızı Həmidov Müşfiq Alik oğlu Həsənli Ceyhun Sabir oğlu Həsənli Ceyhun Yaqub oğlu Həsənov Şahin İlham oğlu Həsənova Gültəkin Akif qızı Həsənova Şəbnəm
Rəhbər qızı Həsənova Təranə Hidayət qızı
Hümmətzadə Tural Ramazan oğlu Hüseynov Kənan Qurban oğlu Xəlilov Nicat Səlam oğlu İbişova Bənövşə Balay qızı
İbrahimova Mehriban Ələkbər qızı
İmranlı Nuran Rafail oğlu İsmayılov Məhərrəm
Məhəmməd oğlu İsmayılzadə Cavid Ramiz oğlu İsrəfilzadə Fateh Məftun oğlu Kərəmov Anar Əbülfəz oğlu Qaçaylı Leyla Nofəl qızı Qasımlı ülkər Ələsgər qızı
Qasımov Kamran Nizami oğlu Qəhrəmanlı Şirin Cümşüd oğlu
Quliyev Xəyyam Mübariz oğlu Quliyev Müşfiq Baxış oğlu Quliyeva Günel Nazim qızı Qurbanlı Əhməd Xamiz oğlu Qurbanova Güləsər Kamal qızı Mehrəliyev Vüsal Bəhram oğlu Məmiyev Vüsal İsbat oğlu Məmmədxanova Rumiyə Mahir qızı
Məmmədli Orxan Elçin oğlu Məmmədov Amin Zakir oğlu Məmmədov Fərid Faiq oğlu Məmmədov Qənbər İlyas oğlu
Məmmədov Murad İsmayıl oğlu Məmmədov Tural Ələddin oğlu Məmmədova Aygül Nəsir qızı Məmmədova Südabə İlham qızı
Məmmədova Şəlalə Rza qızı
Məmmədzadə Gültən
Nəcməddin qızı Məmmədzadə Mətanət Mübariz qızı
Mirzəli Elvin Fikrət oğlu Mirzəyev Rəşad Rafayıl oğlu Mustafazadə çinarə Yaqub qızı Namazov Rüfət Asif oğlu Nəcəfov Şəmsur Mənsur oğlu
Nəzirov Tural Əfqan oğlu Orucəliyeva Nubar Ramiz qızı Paşazadə Elgün Ramiz oğlu Rəsulov Sənan Sahib oğlu Rüstəmli Vüqar Oqtay oğlu Salmanlı Faris Gündüz oğlu Sultanlı Dilbər Vidadi qızı Şahverənova Arzu Əlövsət qızı
Şəfəqqətov Taleh Nadir oğlu Şirinova Səmra Mabud qızı Şükürov Şahmar Məmmədxan oğlu
Şükürova Gülər Asif qızı Şükürzadə Azər Məjlum oğlu Tağızadə Murad Allahyar oğlu Talıbov Elmar Etibar oğlu Vəliyev Kamran Yaqub oğlu Yaqubov Hilal Hikmət oğlu Yunusov Eldəniz Taleh oğlu Zodorova Aytən Məhəmməd qızı
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn
məsələləri həll etsin. 3. Bu sərəncam dərc edildiyi gündən
qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 8 sentyabr 2008-ci
il Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında Azərbaycan
Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikasında təhsil
sahəsində yüksək nəticələr əldə
etmiş tələbələrə dövlət qayğısını
gücləndirmək və onların təhsilə olan
həvəsini artırmaq məqsədi ilə qərara
alıram: 1. Azərbaycan Respublikasının ali
məktəblərinə qəbul imtahanlarında ən yüksək
nəticə göstərmiş tələbələr üçün
Prezident təqaüdünün məbləği 50 faiz artırılaraq
150 (yüz əlli) manat müəyyən edilsin. 2. "Azərbaycan Respublikasının
ali məktəb tələbələri üçün Prezident
təqaüdünün təsis edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr
tarixli 564 nömrəli fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 9,
maddə 579; 2004-cü il, N 9, maddə 684; 2006-cı il, N 12,
maddə 1056) 1-ci bəndində "500.000 (beş yüz min)
manat" sözləri "150 (yüz əlli) manat" sözləri
ilə əvəz edilsin. 3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu fərmandan irəli gələn
məsələləri həll etsin. 4. Bu fərman 2008-ci il sentyabrın
1-dən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 sentyabr 2008-ci
il
|