|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
ötən dərs ilində ən böyük qələbəmiz müsabiqədə qalib gəlməyimiz olub Məktəbimizin "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsində uğur
qazanması təsadüfi olmamışdır. Pedaqoji
kollektivin əsas məqsədi məktəbdə
təlim-tərbiyə prosesinin səmərəliliyini artırmaq
və şagirdlərə keyfiyyətli təhsil vermək
olmuşdur. Bu məqsədə nail olmaq üçün kollektiv daim
müxtəlif yollar axtarmış, pedaqoji ədəbiyyatı
müntəzəm izləyərək təhsildə baş
verən yenilikləri məktəbdə tətbiq
etməyə çalışmışdır. 2002-2003-cü dərs ilinin ilk günü ümummilli
liderimiz Heydər Əliyevin "Bilik günü" və yeni
dərs ilinin başlanması ilə əlaqədar
məktəbimizdə olması, məktəb kollektivi
ilə görüşməsi və onların qarşısında
dərin məzmunlu nitq söyləməsi, kollektivin bütün
illər üçün fəaliyyət planının əsas
tərkib hissəsinə çevrilmiş və bizi müvəffəqiyyət
qazanmağa ruhlandırmışdır. "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsi elan olunduqdan sonra, ilk növbədə,
pedaqoji kollektiv müsabiqənin şərtləri ilə tanış
edildi. Müsabiqənin şərtlərinə görə,
ən yaxşı məktəbin son üç ildə
məzunlarının ali məktəblərə qəbul
faizi yüksək olmalı, müasir təlim texnologiyalarının
tətbiqi üzrə layihələrdə, innovativ təhsil
proqramlarında iştirak etməli, respublika və
beynəlxalq səviyyəli olimpiada, müsabiqə və yarışlarda
şagirdləri mükafata layiq yerlər tutmalıdır.
Yeri gəlmişkən qeyd edim ki, son üç ildə
məktəbimizin məzunlarının ali
məktəblərə qəbulu 50 faizə yaxın olmuş,
məktəb müxtəlif innovativ layihələrdə iştirak
etmiş, respublika olimpiadasında hər il mükafata layiq
yerlər tutmuş, həmçinin məktəbin şagirdi
Nicat Musayev respublika olimpiadasında kimya fənni üzrə 1
yeri, Cənubi Koreyada keçirilən beynəlxalq olimpiadada mükafata
layiq yer tutmuşdur. Məktəbimizin göstəriciləri müsabiqənin
şərtlərinə uyğun gəldiyinə görə,
pedaqoji şuranın qərarı ilə müsabiqədə
iştirak etməyi qarşıya məqsəd qoyduq. Müsabiqənin
hər üç mərhələsində Təşkilat
Komitəsi tərəfindən məktəbimizin göstəriciləri
layiqincə qiymətləndirildi. Məktəbimizin
respublikamızın 50 ən yaxşı məktəbi sırasına
düşməsi kollektivin böyük sevincinə səbəb olmuş,
hər bir müəllimin üzərinə
böyük məsuliyyət qoymuş və onları təlim
prosesinin keyfiyyətini artırmağa ruhlandırmışdır. Telman QARDAŞOV, fizika-riyaziyyat elmləri namizədi, Bakıdakı 275 nömrəli
məktəbin direktoru Sumqayıt müəllimlərinin konfransı AzərTAc-ın müxbiri xəbər
verir ki, Sumqayıtda kimyaçıların üzeyir Hacıbəyov
adına Mədəniyyət Sarayında şəhər
təhsil işçilərinin konfransı keçirilmişdir.
Şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırov
Sumqayıtın təhsil sisteminin fəaliyyətinin bütün
spektrini əks etdirən geniş hesabat məruzəsi
ilə çıxış etmişdir. Bu il şəhərin 3 tədris müəssisəsi
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin,
4 fənn müəllimi "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuş, 7 şagird fənn
olimpiadalarında qalib gəlmişdir. Məruzəçinin
qeyd etdiyi kimi, bu, respublika üzrə ən yüksək
nəticədir. Məktəblilərin yay istirahətinin
təşkili sahəsində sumqayıtlıların müsbət
təcrübəsi də təqdir edilməyə və yayılmağa
layiqdir. Yeni dərs ilində şəhərdə
2 məktəb binası istifadəyə
veriləcəkdir. 17 orta məktəbdə əlavə
tədris korpusları tikilmiş, məktəblərin
mebel və müvafiq laboratoriya avadanlığı ilə
təchizatı xeyli yaxşılaşmışdır.
Məktəblərin istilik sistemləri ilə
mərhələlər üzrə təchiz olunması başa
çatmaq üzrədir. Belə ki, qış mövsümündə
şəhərdəki 50 məktəbin hamısı qızdırılacaqdır.
Dövlətimizin başçısının
tədris prosesinin telekommunikasiya təminatına dair
tələbləri çərçivəsində 1499 stasionar kompüter,
48 noutbuk, 49 proyektor alınmışdır. Natiqin sözlərinə
görə, bütün bunlar təhsilin keyfiyyətinə müsbət
təsir göstərir, həm şagirdlərin, həm
də müəllimlərin potensial imkanlarının üzə
çıxarılmasına stimul yaradır. Şəhərdə
məktəblilərin estetik tərbiyəsi, yaradıcılıq
qabiliyyətinin inkişafı üçün maksimum şərait
yaradılmışdır. "Qanadlandıq uçmağa"
adlı illik almanaxın doqquzuncu buraxılışı
çapdan çıxmışdır. Bu almanaxa Sumqayıt
məktəblilərinin şeirlərinə peşəkar
bəstəkarların yazdığı mahnılar daxil
edilmişdir. Məktəblilərin xalqımızın ümummilli
lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş
inşalar toplusu "Tarixdə tarixi yaradanlar qalır"
adlı ayrıca kitab şəklində çap edilmişdir. Məruzədə
məktəbəqədər müəssisələrin
fəaliyyəti də təhlil edilmiş, təhsil
sisteminin bu problemli sahəsində yaranmış
vəziyyəti əsaslı şəkildə yaxşılaşdırmaq
vəzifəsi qarşıya qoyulmuşdur. Konfransda şəhər
təhsil sisteminin işçiləri, valideynlər,
eləcə də qəbul imtahanlarında mütləq
nəticə göstərərək 700 bal toplamış
Elvin Dadaşov dövlətimizin başçısı İlham
Əliyevə ölkədə təhsil prosesinin təşkili
şəraitinin yaxşılaşdırılmasına
və bu prosesin modernləşdirilməsinə daimi qayğısına
görə minnətdarlıqlarını bildirmişlər. Sumqayıt Şəhər İcra
Hakimiyyətinin başçısı Vaqif Əliyev və
respublika təhsil nazirinin müavini İsgəndər İsgəndərov
konfrans iştirakçıları qarşısında çıxış
etmişlər. Natiqlər şəhər təhsil şöbəsinin
fəaliyyətini yüksək qiymətləndirərək
fəal təlim metodlarının tətbiqi, müstəqil iş
vərdişlərinin inkişaf etdirilməsi ilə
əlaqədar bir sıra təklif və tövsiyələr
söyləmişlər. ölkədə peşə təhsili
sisteminə münasibətin kökündən dəyişməsi,
biliklərin qiymətləndirilməsi üçün yeni sistemin
tətbiq edilməsi, kurrikulum islahatları və digər
məsələlər barədə də fikir mübadiləsi
aparılmışdır. Konfransda Heydər Əliyev Fondunun, onun
prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafı
sahəsində müstəsna xidmətləri barədə
xoş sözlər deyilmişdir. Qeyd edilmişdir ki, Fondun
"Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi çərçivəsində
əsasən kənd yerlərində yüzlərlə
məktəb binası tikilmiş və modernləşdirilmişdir.
Konfrans respublika müəllimlərinin XIII
qurultayına nümayəndələr seçilmişdir. Qəbul imtahanlarında 650-dən çox bal
toplamış tələbələrə, "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı
müəllim" respublika müsabiqələrinin
qaliblərinə mükafatlar təqdim edilmişdir. Sevincimizə bir sevinc də qatıldı Bu gün S.Bəhlulzadə adına xarici
dillər təmayüllü gimnaziyanın kollektivi ikiqat sevinc içindədir.
Birincisi, 2007-2008-ci tədris ilində ilk dəfə keçirilmiş
"Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində
50 qalib məktəbdən biri olmağımızdır.
İkincisi isə bu günlər Azərbaycan Respublikasının
Prezidenti möhtərəm İlham Əliyevin təhsil müəssisələrində
çalışan işçilərin əməkhaqlarını
25 faiz artırmasıdır. Müəllimlərimiz bütün bunları dövlətimizin
təhsil sisteminə və təhsil işçilərinin
əməyinə olan diqqət və qayğısı
kimi qiymətləndirir. Onu da deyim ki, məktəbimizin bu müsabiqədə
uğur qazanması təsadüfi olmamışdır.
Pedaqoji kollektivin əsas məqsədi təhsil ocağında
təlim-tərbiyə prosesinin səmərəliliyini artırmaq
və şagirdlərə yüksək keyfiyyətli
təhsil vermək olmuşdur. Müəllimlərimiz bu
məqsədə nail olmaq üçün daim müxtəlif yollar
axtarmış, təhsildə baş verən
yenilikləri məktəbdə tətbiq etməyə çalışmışlar. Prezident İlham Əliyevin 4 sentyabr 2007-ci
il tarixli sərəncamı ilə "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsi elan olunduqdan
sonra, birinci növbədə, pedaqoji kollektivimizi müsabiqənin
şərtləri ilə tanış etdik. Həmin şərtlərə
görə son üç ildə məzunlarının ali
məktəblərə qəbul faizi yüksək olmalı,
müasir təlim texnologiyalarının tətbiqi üzrə
layihələrdə, innovativ təhsil proqramlarında iştirak
etməli, respublika və beynəlxalq səviyyəli
olimpiada, müsabiqə və yarışlarda şagirdləri
mükafata layiq yerlər tutmalıdır. Müsabiqənin bu
şərtlərinə görə, üç ildə
məktəbimizin məzunları 2006-cı ildə 150
nəfər XI sinif məzunundan 145 nəfəri
sənəd verib, 98-i ali məktəblərə qəbul
olunub, 6 nəfəri 600-dən yuxarı bal toplayıb.
2007-ci ildə 61 nəfər XI sinif məzunundan 60-ı
sənəd verib, 42 nəfəri qəbul olub, 4
nəfəri 600-dən yuxarı bal toplayıb. 2008-ci
ildə isə 68 nəfər XI sinif məzunundan 65-i
sənəd verib, 37-si müxtəlif ali
məktəblərə qəbul olub. Dörd nəfəri
600-dən yuxarı bal toplayıb. Məzunumuz Arzu Şahverənova
676 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul
olmuşdur. Arzu həm də respublika olimpiadasında 4-cü
yeri tutmuşdur. Məktəbimiz, eyni zamanda müxtəlif
innovativ layihələrdə iştirak etmiş, respublika
və beynəlxalq olimpiadalarda mükafatlara layiq yerlər
tutmuşlar. Sonda onu da deyim ki, məktəbimizin "Ən
yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibi olması sevincini yaşadığımız bir
vaxtda ölkə Prezidentinin təhsil işçilərinin
əməkhaqlarını artırması sevincimizə bir
sevinc də qatdı. Eyni zamanda bu uğurlar pedaqoji
kollektivimizin bütün üzvlərinin qarşısına işlərinə
yeni tələblər səviyyəsində yanaşmaq
məsuliyyəti qoymuş və onları təlim
prosesinin keyfiyyətini artırmağa ruhlandırmışdır. Məhəmmədəli ABBASOV, S.Bəhlulzadə adına xarici dillər
təmayüllü gimnaziyanın direktoru |