|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Heydər Əliyev lektoriyasının növbəti məşğələsi Naxçıvan Dövlət Universitetində
fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının
118-ci məşğələsi yeni tədris ilinin başlanması
ərəfəsində keçirildi.
Məşğələni giriş sözü
ilə açan universitetin rektoru, akademik İsa
Həbibbəyli kollektivi yeni dərs ili münasibəti
ilə təbrik etdi. Rektor ümummilli lider Heydər Əliyevin
fenomenal yaddaşa, elmin istənilən sahəsində
akademik biliyə malik bir şəxsiyyət olmasından,
Azərbaycanda elmin, təhsilin inkişafında misilsiz rol
oynamasından bəhs etdi. Natiq ümummilli liderin elm,
təhsil sahəsində apardığı siyasətin bu
gün ölkə başçısı İlham Əliyev
tərəfindən uğurla yürüdüldüyünü
diqqətə çatdırdı. Sonra universitetin tərbiyə işləri
üzrə prorektoru, fəlsəfə elmləri doktoru
Məmməd Rzayev "Heydər Əliyev Azərbaycan
elminin və təhsilin böyük hamisidir" mövzusunda
ətraflı məruzə etdi. Natiq Heydər Əliyevin müstəqil
Azərbaycanın milli təhsil sisteminin formalaşmasına,
elm ocaqlarının inkişafına xüsusi diqqət və
qayğı göstərdiyini qeyd etdi. Mühazirəçi milli
tariximizin, mədəniyyətimizin, elmimizin çiçəklənməsində
bu böyük şəxsiyyətin əvəzsiz
xidmətləri olduğunu söylədi. Tərbiyə işləri
üzrə prorektor ümummilli liderin elm və təhsil
xadimlərimizin əməyini yüksək
qiymətləndirdiyini, gənclərin xaricdə təhsil
almasına, ayrı-ayrı regionların kadr potensialının
artırılmasına xüsusi əhəmiyyət verdiyini
vurğuladı. Məmməd Rzayev möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi dövründə
aparılan uğurlu təhsil islahatlarından, müstəqil
Azərbaycanın elmdə qazandığı
nailiyyətlərdən də söz açdı. Mehriban SULTAN, Naxçıvan Dövlət Universitetinin
mətbuat xidmətinin rəhbəri
Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr ölkəmizin universitetlərinə köçürülə bilməzlər Xaricdə təhsil alan azərbaycanlı
tələbələr (dövlət xətti ilə
xaricdə təhsil alan azərbaycanlı gənclər
istisna olmaqla) ölkəmizin universitetlərinə köçürülə
bilməzlər. AzərTAc xəbər verir ki, bu
barədə Təhsil Nazirliyi müvafiq qərar qəbul etmişdir.
Təhsil Nazirliyi Aparatının rəhbəri İlham
Pirməmmədov bildirmişdir ki, buna səbəb xarici ölkələrin
ali məktəblərindən Azərbaycanın
universitetlərinə köçürülən
tələbələrin sənədlərində saxtalaşdırma
hallarına yol verilməsi olmuşdur. Araşdırmalar
zamanı müəyyənləşdirilmişdir ki, həmin
tələbələrin əksəriyyəti
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
keçirdiyi qəbul imtahanlarında iştirak etməmişdir.
Aparat rəhbəri demişdir ki, xarici ölkələrin
ali təhsil müəssisələrini bitirən məzunlar
diplomlarının ölkəmizdə tanınması üçün
Təhsil Nazirliyinə müraciət edə bilərlər.
Burada onların sənədləri araşdırıldıqdan
sonra müvafiq qaydalara uyğun olaraq diplomları tanına
bilər.
BDU-da iməcilik keçirilib AzərTAc xəbər verir ki, sentyabrın
6-da Bakı Dövlət Universitetində (BDU) yeni dərs
ilinin başlanması ərəfəsində iməcilik
keçirilmişdir. Universitetin 3 minədək əməkdaşı,
o cümlədən professor və müəllimləri ayrı-ayrı
tədris korpuslarının həyətlərində yaşıllaşdırma
işləri görmüş, səliqə-sahman yaratmışlar.
Universitetin rektoru, Milli Məclisin deputatı,
akademik Abel Məhərrəmov təhsilin inkişafına
dövlət qayğısından danışaraq bildirmişdir
ki, Azərbaycan Prezidentinin "Bakı Dövlət
Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı
bəzi tədbirlər haqqında" sərəncamına
əsasən yeni tədris korpusunun inşası üçün ayrılmış
4,6 milyon manat məbləğində əlavə
vəsait hesabına korpusun tikintisi başa çatdırılmışdır.
Müasir tələblərə cavab verən
elektron kitabxanası, konfrans salonu, 300-dən çox auditoriya,
kafedra və laboratoriyası olan yeni tədris korpusuna
universitetin tətbiqi riyaziyyat və kibernetika,
mexanika-riyaziyyat, tarix fakültələrinin köçürülməsi
nəzərdə tutulmuşdur. Yaxın günlərdə
yeni tədris korpusunun açılışı olacaqdır. A.Məhərrəmov çindən 12 mindən
çox yeni parta gətirildiyini, universitetin tədris korpuslarının
digər müasir avadanlıqla təchiz edildiyini də
bildirmişdir. Gəncədə tələbə adını qazanmış gənclərlə görüş keçirilib AzərTAc xəbər verir ki,
Gəncədə bu il ali məktəblərə qəbul
olunmuş məzunlarla görüş keçirilmişdir. Bildirilmişdir
ki, qəbul imtahanlarında iştirak etmiş 2591
gəncəli abituriyentin 751 nəfəri tələbə
adını qazanmışdır. Onların 43
nəfəri 600-dən yuxarı bal toplamışdır.
Bu göstərici keçən ildəkindən 2,3 faiz çoxdur. Tələbə adını qazanmış
gənclərin valideynləri və onların orta
məktəb müəllimləri ölkədə təhsil
sistemində yaradılan sağlam şəraitə görə
minnətdarlıqlarını bildirmişlər. Görüşdə qəbul imtahanlarında
ən yüksək bal toplayanlara qiymətli
hədiyyələr təqdim edilmişdir.
|