· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Bakıda İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı keçirildi

Oktyabrın 6-da "Gülüstan" sarayında  İslam ölkələrinin ali təhsil və elm nazirlərinin "Elmdə gənc alimlərin gücü ilə dəyişikliklərə nail olunması" mövzusunda IV konfransı başlandı.

Konfransdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə əklil qoydular. İştirakçılar görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət etdilər. Konfrans iştirakçıları daha sonra Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini andılar, məzarları üzərinə qərənfillər düzdülər.

Sonra konfrans "Gülüstan" sarayında öz işinə başladı.

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Nazirlər Kabinetinin məsul işçilərinin, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdikləri konfransı təhsil naziri Misir Mərdanov açaraq  qonaqları salamladı. Təhsil naziri 3 gün davam edəcək konfransda dünyanın 41 ölkəsindən 200-dən çox nümayəndənin iştirak etdiyini bildirdi. Belə  mötəbər bir tədbirin Bakıda təşkil edildiyinə görə İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycriyə minnətdarlıq etdi. Nazir konfransda İslam ölkələri arasında elm, təhsil sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsinin aparılacağını, bu sahədəki problemlərin, əməkdaşlığın yeni yollarının müəyyənləşdiriləcəyini söylədi.

Prezidentin İcra Aparatının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxudu (Təbrikin mətni qəzetimizin bu nömrəsində dərc olunur).

İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxışında  tədbirin keçirilməsində dəstəyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirdi. Baş direktor qeyd etdi ki, 2006-cı ildə Küveytdə təşkil olunmuş III konfransın qərarlarının həyata keçirilməsi qısa müddətdə İslam ölkələrində elm və təhsilin inkişafına böyük töhfə verib. O söylədi ki, bu tədbirlərin əsas məqsədi İslam ölkələrində davamlı inkişafa nail olunmasıdır.

Budəfəki mövzu "Elmdə gənc alimlərin gücü ilə dəyişikliklərə nail olunması"dır.  Konfransda gənclərə xüsusi diqqət yönəldilib. Elmi-texniki tərəqqiyə nail olunmasında gənclərin imkanlarının təmin edilməsi vacibdir.Burada  həmçinin digər aktual məsələlərin də geniş müzakirə olunacağını deyən Əbdüləziz bin Osman əl-Tüveycri çıxışının sonunda bir daha səmimi qonaqpərvərliyə görə öz minnətdarlığını bildirdi.

İslam ölkələri ali təhsil və elm nazirlərinin III konfransının prezidenti, Malayziyanın ali təhsil naziri  Xaled Nordin və İslam Konfransı Təşkilatı baş katibinin müavini Əli Əkbər Salehi tədbirin islam ölkələrində elm və texnologiyanın inkişafına təkan verəcəyini vurğulayaraq bildirdilər  ki, İslam dünyasının biliyə əsaslanan cəmiyyətlərinin inkişafına nail olunması üçün yeni texnologiyaların tətbiqi prioritet istiqamətdir.

çıxış edənlər  İslam Konfransı Təşkilatının üzvü olan ölkələrdə təhsilə, elmi texnologiyalara və innovasiyalara kifayət qədər diqqət verilməsindən söz açdılar. Tədbirin mövzusu, eyni zamanda  digər müzakirə olunacaq məsələlərlə bağlı müxtəlif ölkələrin təcrübəsindən bəhrələnməyin, geniş fikir mübadiləsi aparılmasının vacibliyini vurğuladılar. İştirakçılar konfransın keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə minnətdarlıq etdilər.

Açılış mərasimində elmin müxtəlif sahələri üzrə tədqiqatlar aparmış bir qrup şəxsə İSESKO-nun mükafatları verildi. Həmin mükafatları İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev və təhsil naziri Misir Mərdanov təqdim etdilər.

Konfransın birinci iş günündə iştirakçılar proqramda nəzərdə tutulan bir sıra  sənədlərlə tanış oldular, konfransın İdarəetmə Komitəsi təyin edildi. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov komitənin sədri seçildi. Sonra üzv ölkələrin nümayəndə heyəti başçılarının ali təhsil və elmi -tədqiqat sahəsində milli proqramlara dair  çıxışları dinlənildi. İslam ölkələrində biliyə əsaslanan  iqtisadiyyatın transformasiyası və ali təhsilin mövcud vəziyyətinə həsr olunan təqdimatlar oldu. Həmin məsələlərlə bağlı konfrans iştirakçıları tərəfindən geniş diskussiya aparıldı. Bununla da konfransın birinci iş günü başa çatdı.

***

Oktyabrın 7-də konfrans öz işini davam etdirdi. İkinci iş gününün səhər iclasında üzv ölkələrin nümayəndə heyəti başçılarının ali təhsil və elmi-tədqiqat sahəsində milli proqramlara dair çıxışlarının davamı oldu. Sudan, Yəmən, Siera-Leone respublikalarının, Pakistan İslam Respublikasının, Malayziya, Səudiyyə Ərəbistanı, Burkina Faso və digər İslam dövlətlərinin nümayəndələri öz ölkələrində ali təhsil sahəsindəki    nailiyyətlərdən, tətbiq edilən yeniliklərdən danışdılar, konfransın təcrübə mübadiləsi və əməkdaşlıq baxımından olduqca faydalı olduğunu xüsusi qeyd etdilər.

Sonra İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ali təhsil, elmi- tədqiqat və texnologiyaların dəstəklənməsi üzrə geniş məruzə ilə çıxış etdi. Məruzə başa çatdıqdan sonra iştirakçılar tərəfindən ona münasibət bildirildi. İştirakçıların müzakirəsinə çıxarılan islam dünyası ölkələri universitetlərinin reytinqi ilə bağlı sənəd isə olduqca diqqətlə qarşılandı. İslam Konfransı  Təşkilatı baş katibinin müavini Əli Əkbər Salehinin  bununla bağlı etdiyi məruzə ciddi müzakirəyə səbəb oldu. Məsələ ətrafında Liviya, Suriya, Mərakeş, Fələstin, İran və digər ölkələrin nümayəndələri çıxış edərək  fikirlərini söylədilər. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov buna öz münasibətini bildirərək müəyyən təkliflərini səsləndirdi.

Daha sonra konfransda İslam ölkələrində elm və texnologiyanın inkişafı üzrə əməkdaşlıq edən beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları oldu. İslam ölkələrində elm,  texnologiya və innovasiya sahələrində strategiyanın, həmin dövlətlərdə elm və texnologiyanın inkişaf strategiyasının mexanizmlərinin hazırlanmasının yeni variantları üzrə sənədlərin təqdimatları oldu.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun geniş məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılandı (Məruzə qəzetimizin bu nömrəsində dərc olunur).

Günün ikinci yarısında konfransda İslam qadın alimləri şəbəkəsinin yaradılması ilə bağlı sənədi və "İslam dünyasında innovasiyalar Atlası" layihəsinin təqdimatları oldu. İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri III və IV İslam konfransının iclasları arasındakı  dövrdə hazırlıq işləri barədə konfrans iştirakçılarına məlumat verdi. Konfransda islam ölkələrində elm və texnologiyanın inkişaf strategiyasının hazırlanması üzrə Məşvərət Şurasının yeni üzvləri seçildi. Ali təhsil və elm nazirlərinin V konfransının tarixi və keçirilmə yeri müəyyənləşdirildi. Malayziya nümayəndələrinin bu konfransa ev sahibliyi etmək arzusu üzv ölkələr tərəfindən razılıqla qarşılandı. Qərara alındı  ki, İslam ölkələrinin ali təhsil və elm nazirlərinin növbəti V iclası 2010-cu ildə Malayziyada keçirilsin. Bütövlükdə, konfransın ikinci iş günü islam ölkələrində təhsilin vəziyyətinin, qabaqcıl təcrübənin öyrənilməsi, qarşılıqlı mübadilə və təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün birgə səylərin gücləndirilməsinin vacibliyi baxımından olduqca faydalı və səmərəli oldu. Onu da qeyd edək ki, bu müzakirələrdə respublikamızın bir sıra ali təhsil ocaqlarının rektorları, tanınmış alim və mütəxəssislər də iştirak edirdilər.

***

Oktyabrın 8-də İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının yekun iclası keçirildi. İslam dövlətləri arasında həmrəyliyin gücləndirilməsinə xidmət edən konfransın üçüncü  iş günündə ayrı-ayrı ölkələrin nümayəndələrinin təklifləri dinlənildikdən sonra qətnamə qəbul edildi. Konfrans iştirakçıları İslam dövlətləri arasında elmi -tədqiqatların inteqrasiyası, elm sahəsində yeniliklərin hər il hesabat şəklində üzvlərin arasında yayılması, İslam ölkələri universitetlərinin reytinq cədvəlinin hazırlanması, dünyanın 500 ən yüksək səviyyəli universitetləri sırasına 20 İslam dövləti universitetinin daxil edilməsi və digər məsələlərin öz əksini tapdığı bu sənədin müsəlman ölkələrində elm və təhsilin inkişafına güclü təkan verəcəyinə əmin olduqlarını bildirdilər.

Qeyd edək ki, yekun olaraq qəbul edilmiş sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd də öz əksini tapıb. Xatırladaq ki, İslam Konfransı Təşkilatının Gənclər Forumu tərəfindən konfransda quruma üzv ölkələrin tədris proqramlarına Azərbaycan xalqına qarşı yeridilən soyqırımı siyasəti ilə bağlı həqiqətlərin salınması, Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması  barədə təşəbbüs irəli sürülmüşdü.

İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri üç gün ərzində konfransın işinə öz xidmətini göstərməsindən şərəf duyduğunu dedi və  tədbirdə aparılan müzakirələrin, qəbul edilən sənədlərin İslam ölkələrində ali təhsilin inkişafına, dəyərli elmi-tədqiqat işlərinin aparılmasına, gənclərin elm və texnologiyalar sahəsində fəaliyyətinin güclənməsinə töhfəsini verməsini arzuladı. O, İslam dövlətlərinin və beynəlxalq təşkilatların nümayəndələrinə, eləcə də bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycan hökumətinə təşəkkürünü bildirdi.

üç gün ərzində davam edən  mühüm tədbirin artıq başa çatdığını və nəzərdə tutulan bütün işlərin uğurla həyata keçirildiyini qeyd edən Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov yekun nitqində dedi: "Mən inanıram ki, öz vətənlərinə qayıdan bütün nümayəndələr Azərbaycandan ən xoş təəssüratlarla ayrılacaqlar. Bu konfrans ölkəmizin tarixində yaddaqalan bir hadisə oldu. Biz bir-birimizi daha yaxından tanıdıq, müxtəlif ölkələrdən gəlmiş qonaqlarla xüsusi görüşlər keçirərək gələcək perspektivlərimizi, təhsillə, elmlə bağlı bundan sonra hansı addımı atacağımızı, qarşılıqlı əməkdaşlıq əlaqələri quracağımızı müəyyənləşdirdik. Mən əminəm ki, bu görüşlər  yaxın gələcəkdə İslam ölkələrində təhsil və elm sahəsində daha yüksək inkişafa nail olmaq üçün zəmin hazırladı".

Təhsil naziri konfransın yüksək səviyyədə təşkil edilməsində əməyi olan hər kəsə, İslam Konfransı Təşkilatının və İSESKO-nun rəhbərliyinə, bu təşkilatların  ölkəmizlə əməkdaşlıq edən ekspertlərinə, eləcə də dəvəti qəbul edib Bakıya gəlmiş hər bir nümayəndəyə Azərbaycan  hökuməti və Təhsil Nazirliyi adından təşəkkürünü bildirdi.

Sonra İSESKO-nun təşkilatçılığı ilə keçirilən İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı  nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul edildi. Bununla da  Bakıda keçirilən üçgünlük  beynəlxalq  konfrans başa çatdı.

 

 

 

 

 

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun məruzəsi

İSESKO-nun Baş direktoru hörmətli cənab Əbdüləziz Tüveycri! Hörmətli qonaqlar! Nörmətli konfrans iştirakçıları! Xanımlar və cənablar!

İSESKO-nun təşkilatçılığı ilə İslam Konfransı Təşkilatına üzv ölkələrin ali təhsil və elm nazirlərinin Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən IV konfransında sizi salamlayır, dərin hörmət və ehtiramımı ifadə edirəm. İnanıram ki, bu konfrans Azərbaycanda, o cümlədən İslam ölkələrində təhsilin inkişafına əhəmiyyətli təsir göstərəcək. Fürsətdən istifadə edərək, belə bir mötəbər konfransın Azərbaycanda təşkili və keçirilməsinə, burada iştirakına, eyni zamanda Azərbaycan müəllimlərinin XIII qurultayına təbrik məktubu ünvanladığına görə cənab Tüveycriyə öz minnətdarlığımı bildirirəm.

Qeyd etmək istərdim ki, konfrans 8,5 milyon əhalisi olan Azərbaycanın beynəlxalq aləmdə nüfuz dairəsinin durmadan genişləndiyi, iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində böyük uğurların əldə olunduğu tarixi bir dövrə təsadüf edir.

Son illərdə mühüm beynəlxalq əhəmiyyətə malik enerji və kommunikasiya layihələri sahəsində ciddi addımların atılması nəticəsində Azərbaycan bütövlükdə dünyada eneryi təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilmişdir. Bu irimiqyaslı layihələr həm də ölkənin maliyyə imkanlarının durmadan yüksəlməsinə, investisiyaların həcminin artmasına, regionların sosial-iqtisadi tərəqqisinə, eyni zamanda təhsil sektorunun davamlı  inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Son illərdə Azərbaycan təhsili də dinamik inkişaf etmiş, başlanmış təhsil islahatları geniş vüsət almış, təhsilə ayrılan büdcə və investisiya qoyuluşları xeyli artmışdır. Təhsil tariximizdə ilk dəfə olaraq 14 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Təhsil infrastrukturunun müasir tələblərə uyğun təkmilləşdirilməsi, əmək bazarının tələbatına uyğun ölkədə və xaricdə rəqabətədavamlı kadr hazırlığı, təhsil sisteminin informasiyalaşdırılması, təhsilin ayrı-ayrı pillələrinin inkişafı və digər bu kimi aktual məsələlər proqramların başlıca istiqamətlərini təşkil etmişdir.

Son illərdə məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində əhəmiyyətli addımlar atılmış, yeni tikilmiş və əsaslı təmir edilmiş məktəblərin sayı 1600-ü ötmüş, ümumilikdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almağa başlamışdır. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  xidmətləri xüsusi qeyd edilməlidir.

Dünya Bankının maliyyə dəstəyi ilə təhsil sistemində aparılan islahatlar da dünya təhsil sisteminə inteqrasiyaya yönəlmişdir. Hazırda bu istiqamətdə ümumi orta təhsilin məzmununda ciddi yeniliklər edirik. Həyati bacarıqlara, milli mənəvi və bəşəri dəyərlərə yiyələnmiş şəxsiyyətin formalaşmasına xidmət edən, bilavasitə davamlı inkişafa və biliklərin tətbiqinə yönəlmiş yeni standartların (kurrikulumun) tətbiqinə başlamışıq.

Hörmətli konfrans iştirakçıları! Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının istisnasız olaraq hər bir fəaliyyət sahəsinə nüfuz etməsi dünyanı nəhəng informasiya məkanına çevirmişdir. Tədqiqatlar göstərir ki, İKT sahəsində savadlılığın dövlətə verdiyi fayda istənilən sənaye yeniliyinin səmərəsindən bir neçə dəfə çoxdur. Bu istiqamətdə ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş 2005-2007-ci illəri əhatə edən Proqramın yerinə yetirilməsi nəticəsində məktəblərimizdə hər 29 şagirdə 1 komrüter nisbəti təmin edilmişdir. Halbuki proqramaqədərki dövrdə bu göstərici 1000 şagirdə 1 kompüter nisbətində idi. İndiyədək 20 minə yaxın müəllim və məktəb rəhbərinin öyrədici treninqlərdə müvafiq İKT bacarıqlarına yiyələnməsi, ilk dəfə olaraq elektron tədris resurslarının hazırlanıb məktəblərə çatdırılması təmin edilmiş, bir neçə məktəbdə "elektron məktəb" layihəsinə başlanılmışdır.

Bununla belə, hazırda İKT sahəsində apardığımız işləri öz əhəmiyyətinə və miqyasına görə ötən əsrin 20-30-cu illərində kütləvi savadsızlığın ləğvi ilə müqayisə etmək olar. Biz yaxşı başa düşürük ki, məktəblərə kompüterlərin verilməsi işin yalnız bir tərəfidir. Daha vacib məsələ şagirdlərin və müəllimlərin onlardan səmərəli istifadə etməsinə nail olmaqdır. Fikrimcə, İKT-nin təhsil sisteminə inteqrasiyası islam ölkələri arasında əsas əməkdaşlıq istiqamətlərindən biri ola bilərdi. 

Hörmətli konfrans iştirakçıları! Yüksək intellektə malik insan karitalının formalaşması və biliyə əsaslanan güclü iqtisadiyyatın qurulmasında ali təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır. Təcrübə göstərir ki, hər hansı bir dövlətin inkişafını təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək səviyyədə insan karitalına çevrilməsi təmin edir. Bu, hazırkı mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir.

Yeri gəlmişkən onu da qeyd edim ki, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 30 ölkənin 200-dək təhsil ekspertinin iştirak etdiyi "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda Bakı şəhərində keçirilən YUNESKO-nun regional konfransı dünyada təhsilin inkişafına öz töhfəsini verəcəkdir.

Hazırda respublikamızda 49 ali məktəb fəaliyyət göstərir ki, onlardan 35-i dövlət, 14-ü özəl təhsil müəssisələridir.

Bu gün Azərbaycan ali təhsil sisteminin inkişaf prioritetlərini dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Ali təhsil sahəsində həyata keçirilən islahatların əsas istiqamətini də məhz bu prinsip təşkil edir. Məhz ümumavropa dəyərlərinin Azərbaycanın ali təhsil sisteminə tətbiqi zərurəti nəzərə alınaraq, 2005-ci ildə ölkəmiz Boloniya Bəyannaməsinə qoşulmuş, yaxın gələcəkdə ali təhsil sistemində aparılacaq islahatların əsas istiqamətləri müəyyənləşdirilmişdir. Düşünürəm ki, bu prosesdə İslam Konfransı Təşkilatına üzv ölkələrin aparıcı universitetləri ilə əməkdaşlıq əlaqələrinin yaradılması və təcrübə mübadiləsi faydalı olardı.

Məlumdur ki, müasir dövrdə mütəxəssis hazırlığını ali təhsil müəssisələrində verilən təhsil müddəti ilə məhdudlaşdırmaq qeyri-mümkündür. Ona görə də insanın ömrü boyu fasiləsiz təhsil almasına  şəraitin yaradılması, onun bilik, bacarıq və qabiliyyətlərinin daim təkmilləşdirilməsi ali təhsilin mühüm vəzifələrindən biri kimi qarşıya qoyulur. Bu səbəbdən universitetlərin statusu yüksəldilməklə onlar tədricən elmi-tədqiqat, peşə hazırlığı, fasiləsiz təhsil mərkəzlərinə çevrilməli, mütəxəssis hazırlığı prosesində elmi və innovativ vasitələr geniş tətbiq edilməlidir.

Ali təhsilimizin Avropa ali təhsil məkanına inteqrasiyası istiqamətində daha bir əhəmiyyətli addım dövlət başçısının müvafiq sərəncamına əsasən "2009-2013-cü illərdə Azərbaycan Resrublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsi, eyni zamanda YUNESKO və digər beynəlxalq qurumların qəbul etdiyi sənədlərə uyğun olaraq hazırlanmış ixtisasların yeni siyahısı olmuşdur. Həmin sənədlər təsdiq üçün hökumətə təqdim edilmişdir. 

Mövcud intellektual rotensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükəmməl bilən, elmin son nailiyyətlərinə və müasir texnologiyalara yiyələnən, beynəlxalq təcrübəni yaxşı mənimsəyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir. Diqqətinizə çatdırım ki, hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin, o cümlədən İslam ölkələrinin nüfuzlu ali məktəblərində təhsil alır. ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı isə 6500 nəfərə çatmışdır. Müsbət haldır ki, onların da əksəriyyəti islam ölkələrindəndir.

ölkə Prezidentinin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" xaricdə kadr hazırlığına hərtərəfli imkanlar açdı. Proqrama əsasən iki il ərzində 230 nəfər xaricdə təhsil almağa göndərilmişdir. Onların arasında magistratura və doktorantura təhsilinə göndərilən gənc alimlər üstünlük təşkil edir. Eyni zamanda Proqramın icrası ilə bağlı ABŞ hökuməti, Almaniya Akademik Mübadilə Xidməti (DAAD) və Fransanın KNOUS təşkilatı ilə sazişlər imzalanmışdır. Hesab edirəm ki, İslam ölkələri ilə tələbə və mütəxəssis mübadiləsi proqramlarının reallaşdırılması da əməkdaşlıq sahələrindən biri ola bilərdi.

Bu gün ölkəmizin ali məktəblərində həyata keçirilən elmi-tədqiqatlar  bütövlükdə elmi nailiyyətlərin artırılmasına və beynəlxalq miqyasda tanınmasına xidmət edir. Hazırda resrublikamızda 1800 elmlər doktoru, 8725 elmlər namizədi fəaliyyət göstərir. Elmlər doktorlarının 46 faizi (832 nəfər), elmlər namizədlərinin isə 48 faizi (4248 nəfər) Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərdə çalışır. Qeyd edim ki, Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələri, məktəbəqədər təhsildən tutmuş ali təhsilədək Təhsil Nazirliyinin tabeliyindədir. Elmi-tədqiqatlar isə AMEA-nın strukturlarında və ali təhsil müəssisələrinin kafedralarında həyata keçirilir.

Diqqətinizə çatdırım ki, ötən il ali məktəb alimləri tərəfindən ararılmış 80 elmi-tədqiqat işinin nəticələri uğurlu nailiyyətlər kimi qiymətləndirilmişdir. Bu nailiyyətlərin əldə edilməsində gənc alimlərin böyük rolu olmuşdur. Bundan əlavə, nüfuzlu xarici yurnallarda alimlərimizin 800-dən artıq elmi məqaləsi dərc olunmuş, ali məktəblərin 300 əməkdaşı xarici ölkələrdə keçirilən konfrans və simroziumlarda iştirak etmişdir. Bununla belə, hesab edirəm ki, həm Azərbaycanda, həm də ümumilikdə İslam ölkələrində elmi-tədqiqatlara yönəldilən vəsaitlərin həcminin artırılması, beynəlxalq aləmdə tanınan nüfuzlu elmi jurnallarının, elmi-tədqiqat işlərinin sayının artırılması istiqamətində əsaslı addımlar atılmalıdır.

Hörmətli konfrans iştirakçıları! Tarixi mənbələr sübut edir ki, Şərqdə müsəlman aləmində təhsillə bağlı humanist, demokratik fikirlər Qərbdən xeyli əvvəl formalaşmış və inkişaf etmiş, Avrorada elmin sürətlə inkişafına təkan vermişdir. Amerika tədqiqatçısı Azərbaycan alimi Nəsirəddin Tusi haqqında yazırdı: "Əgər Qərb alimləri Tusinin nələr yaratdığından xəbərdar olsaydılar, o zaman öz kəşflərini yeni hesab etməzdilər. çünki təhsil-tərbiyə sahəsində XIV-XV əsrlərdə Qərb humanistlərinin irəli sürdüyü ideyaların bir çoxu daha təkmil şəkildə XIII əsrdə Tusi tərəfindən irəli sürülmüşdü". Fikrimcə, Azərbaycan elminin bu nailiyyətləri dünyanın elmi ictimaiyyəti tərəfindən qəbul edilməli, elmin inkişafı da məhz bu kontekstdə aparılmalıdır.     

ölkə Prezidentinin "Azərbaycan elmində islahatların aparılması ilə bağlı dövlət komissiyasının yaradılması haqqında" 10 aprel 2008-ci il tarixli sərəncamına əsasən "2009-2015-ci illərdə elmin inkişafı üzrə Dövlət Proqramı"nın layihəsi üzərində işlər başa çatmaq üzrədir. Hesab edirəm ki, Proqram təsdiq edildikdən sonra bu mühüm sahənin inkişafında əsaslı dəyişikliklər olacaqdır.

Müasir dövrdə sürətlə genişlənən qloballaşma rrosesi təhsil sahəsindən də yan keçməmişdir. Təhsilin qloballaşması beynəlxalq münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması kimi də qiymətləndirilə bilər. Ənənəvi beynəlxalq münasibətlərin, o cümlədən tələbə mübadiləsinin intensivləşdirilməsi, eləcə də informasiya texnologiyalarından istifadə bazasında yeni formaların, distant təhsil, virtual universitetlər və sairənin yaranması bunu bir daha sübut edir. Beynəlxalq təhsil məkanının yaranması və həmin məkanda müxtəlif təhsil xidmətlərinin və beynəlxalq rəqabətin meydana gəlməsi qloballaşma rrosesinin əlamətləridir. Belə bir şəraitdə, dünyada gedən rroseslərdən kənarda qalmamaq üçün, hər bir ölkə beynəlxalq strukturlar və təşkilatlarla sıx əməkdaşlıq etməyə çalışmalıdır. Məhz bunu nəzərə alaraq biz, beynəlxalq əlaqələrin və qarşılıqlı əməkdaşlığın gücləndirilməsini fəaliyyətimizin əsas strateji istiqamətlərindən biri kimi müəyyənləşdirmişik.

Hazırda 18 ölkənin təhsil nazirlikləri ilə rəsmi əməkdaşlıq əlaqələri, 30-dək dövlətlə təhsil əlaqələri yaratmış, ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlarla 47 saziş və protokol imzalamış, 20-dən artıq beynəlxalq təşkilatla ümumilikdə 70-dən çox birgə layihə və rroqramlar həyata keçiririk. Avrora Şurası, BMT, YUNESKO, İSESKO, Avrora İttifaqı, YUNEVOK, YUNİCEF və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq edir, beynəlxalq və regional təhsil rroqramlarında fəal iştirak edirik. Qeyd etmək istərdim ki, İslam Konfransı Təşkilatına üzv ölkələrlə təhsil sahəsində əməkdaşlığın hazırkı səviyyəsi bizi qane edə bilməz, ümid edirəm ki, bu əlaqələr gələcəkdə daha da genişlənəcəkdir.  

Bildiyiniz kimi, davamlı insan inkişafı konsepsiyası hazırda dünyada ən mühüm prioritetə çevrilmişdir. Təhsil Nazirliyinin səylərinin nəticəsidir ki, Azərbaycan insan inkişafının tədrisi sahəsində ən qabaqcıl ölkələr sırasındadır. Təqdirəlayiq haldır ki, davamlı insan inkişafının tədrisinə dair onillik qlobal səviyyədə 2005-ci ildə başlandığı halda, Azərbaycanda bu proses 1998-ci ildən başlanmış, "Davamlı insan inkişafı" kursunun ümumi və ali təhsil müəssisələrində tədrisinə başlanmış, müvafiq proqram və tədris vəsaiti hazırlanmışdır. Bu sahədə Azərbaycanda aparılan işlər BMT tərəfindən yüksək qiymətləndirilmişdir.

Hörmətli konfrans iştirakçıları! Narahatlıq hissi ilə qeyd etməliyəm ki, bu gün Azərbaycanda hər bir uşaq üçün yararlı yaşayış və təlim mühitinin təmin edilməsinə mane olan ciddi bir problem hələ də həll edilməmişdir. Bildiyiniz kimi, Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsi nəticəsində 1 milyon insan öz doğma yurdundan didərgin düşmüş, Azərbaycan əhalisinin hər 8 nəfərindən biri qaçqın və məcburi köçkünə çevrilmişdir. İşğal edilmiş ərazilərdə ümumilikdə 1000-ə yaxın təhsil müəssisəsi dağıdılmış, 130 min şagird, 20 min müəllim məcburi köçkün düşmüş, təhsil müəssisələrinin binalarında və onların yataqxanalarında 8000-ə qədər məcburi köçkün ailəsi məskunlaşmışdır.

Böyük çətinliklərə baxmayaraq, işğal edilmiş ərazilərdə mövcud olmuş təhsil infrastrukturunu qoruyub saxlamış və ölkənin müxtəlif regionlarında zəruri şərait yaratmaq mümkün olmasa belə, məcburi köçkün təhsil müəssisələrinin fəaliyyətini və köçkün uşaqların təhsilini təşkil etmişik. ölkə Prezidentinin səyləri nəticəsində çadır şəhərciklərinin ləğv olunmasına və məcburi köçkünlər üçün yeni yaşayış məntəqələrinin salınmasına baxmayaraq, bu uşaqlar üçün yararlı yaşayış və təhsil mühiti o zaman yaradılacaq ki, onlar öz doğma yurdlarına qayıtsınlar.

Azərbaycan hökuməti olaraq biz İSESKO və İslam Konfransı Gənclər Forumunun "Müsəlman xalqlarına qarşı həyata keçirilmiş qətlanların Anım Gününü təsis etmək haqqında" təşəbbüsünü dəstəkləyirik. Fürsətdən istifadə edərək bu təşəbbüs çərçivəsində Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının anılmasına yönəlmiş "Xocalıya ədalət" kamraniyasına görə hər iki təşkilata təşəkkürümü bildirirəm.

Nesab edirik ki, birgə tariximizin həm şərəfli, həm də faciəli səhifələrinin tarix dərsliklərinə salınmaqla gənclərimizə öyrədilməsi xalqlarımız arasında dostluq və həmrəyliyin möhkəmləndirilməsinə böyük töhfə vermiş olardı. Bu təşəbbüslə bağlı yekun sənədə əlavə etmək üçün konfransın katibliyinə təqdim etdiyimiz təklifin dəstəklənməsinə ümid edirəm.

Nörmətli konfrans iştirakçıları! Əminəm ki, bu konfrans ümumilikdə dünyada təhsilin inkişaf tendensiyaları və prioritetlərinin müzakirəsi üçün geniş imkanlar açmaqla mövcud rroblemlərin həlli yollarının tarılmasına öz töhfəsini verəcəkdir. Bir daha konfransın işinə uğurlar diləyirəm.

Diqqətinizə görə sağ olun.