· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Azərbaycan Prezidenti İlham Əliyev İslam ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda keçirilən IV konfransının iştirakçılarını qəbul edib

Görüşdə Prezident İlham Əliyev Azərbaycanda təhsilin səviyyəsinin artdığını və bu sahənin dövlət siyasətində əsas prioritet kimi götürüldüyünü bildirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da İslam ölkələrinin ali təhsil və elm nazirlərinin Bakıda keçirilən IV konfransının iştirakçılarını qəbul etmişdir.

Prezident İlham ƏLİYEV qonaqlara müraciətlə dedi:

- Mən Sizin hamınızı Azərbaycanda salamlamaq istəyirəm. çox şadam ki, burada əyləşənlərin ölkəmizə səfər etmək imkanı olubdur. Sizlərdən bəziləri burada artıq olublar, lakin konfrans iştirakçılarının bir çoxu Azərbaycana ilk dəfə səfər edirlər.

Eyni zamanda mən bu cür mühüm tədbiri Azərbaycanda təşkil etdiyinə görə İSESKO-ya və onun Baş direktoruna minnətdarlığımı bildirmək istəyirəm. İlk növbədə, belə konfrans iştirakçılarının bir-biri ilə görüşməsi və ölkələrimiz arasında münasibətləri möhkəmləndirmək, eləcə də təhsil məsələlərini müzakirə etmək baxımından yaxşı fürsətdir. Əminəm ki, konfrans bütün ölkələr üçün çox mühüm olacaqdır, çünki bu, elə bir sahədir ki, biz gələcəkdə əsas diqqəti ona yetirməliyik. Bu, xalqlarımızın, yeni nəsillərin gələcəyidir. İnanıram ki, gələn illər ərzində ölkələrimizin inkişaf səviyyəsi, əsasən, təhsilin səviyyəsindən və insanlarımızın biliklərindən, eləcə də ölkələrimizin inkişafına töhfə vermək qabiliyyətindən asılı olacaqdır.

Bir sözlə, fikrimcə, bu konfransın bir çox mühüm məqamları var. Əlbəttə ki, onlardan birincisi, İslam dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsidir. Bu baxımdan, biz Azərbaycanda həmin sahədə öz rolumuzu oynamağa çalışırıq və yəqin, siz bilirsiniz ki, Bakıda İKT-nin və müsəlman ölkələrinin müxtəlif sahələrə aid bir sıra beynəlxalq konfransları keçirilmişdir. Biz ölkəmizdə bu cür bir çox digər tədbirləri təşkil etməyə çalışacağıq.

İlk növbədə, bu, sizi görmək üçün münasib fürsətdir. İkincisi isə ondan ibarətdir ki, Azərbaycan gənc müstəqil dövlətdir və hələ də dünyada tam yaxşı tanınmır. Bunları nəzərə alaraq, daha çox səfərlər və təmaslar bir-birimizi daha yaxından tanımağa imkanlar yaradır.

Biz ölkəmizdə təhsil məsələlərinə xüsusi önəm veririk. Ali və orta təhsil bizim diqqətimiz mərkəzindədir. Dövlət siyasətimizin yaxşı misallarından biri təhsil məqsədləri üçün dövlət xərclərinin artırılmasıdır. Ola bilsin, siz bu haqda eşitmişsiniz. Əgər eşitməmişsinizsə, nazir sonra sizə təfərrüatı ilə məlumat verər ki, ötən illər ərzində bu sahədə hansı işlər görülübdür. Təhsil dövlət büdcəmizdəki xərclər siyahısında ikinci yeri tutur. Birinci yeri, əfsuslar ki, hərbi xərclər tutur. Lakin biz bunu etməyə məcburuq, çünki biz müharibə şəraitindəyik. 15 ildən çoxdur ki, ərazilərimiz Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Buna görə də hərbi güc imkanları bizim üçün çox vacibdir.

Dövlət təhsil proqramlarının həyata keçirilməsində üzləşdiyimiz məsələlərdən biri qaçqın və məcburi köçkün uşaqları arasında təhsilin səviyyəsi idi. Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal edilmiş yeddi rayonumuz tamamilə dağıdılıb, orada bütün orta məktəblər və tarixi abidələr məhv edilibdir. Əlbəttə ki, müharibə, işğal inkişafımıza, xüsusən də qaçqın-köçkün ailələrinin uşaqlarının təhsil səviyyəsinə çox mənfi təsir göstərmişdir. Biz bu məsələni tam ciddiliyi ilə aradan qaldırmalı idik. Qaçqın və məcburi köçkünlərin yeni yaşayış yerlərinə köçürülməsi proqramının birinci mərhələsi tam başa çatdırılmışdır. Biz bütün çadır düşərgələrini ləğv etməyə və qaçqın-köçkünlər üçün yeni evlərin, habelə orta məktəb binalarının tikilməsini nəzərdə tutan layihələri həyata keçirməyə nail olduq. Hər bir yeni salınmış qəsəbədə məktəb tikilmişdir. Beləliklə, Azərbaycanda bütün uşaqların təhsil almaq imkanları var.

Biz çox şadıq və fərəhlənirik ki, uşaqlarımızın hamısı, yəni onların yüz faizi məktəblərdə təhsil alır. ölkədə savadlılıq, demək olar ki, yüz faizdir. Lakin biz gələcəyə nəzər salmalıyıq. Bu gün dünya dəyişir. Qloballaşma, inteqrasiya prosesləri gedir. Təbii ki, biz də buna hazır olmalıyıq. Hazırda biz kompüterləşdirmə proqramını həyata keçiririk. Biz informasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetiririk. Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bunun üzərində birgə çalışır. Yəni, nəinki məktəb tikintisi gedir, həm də təhsilin səviyyəsi artır. Bütün bunlar bizim üçün yeni imkanlar açır. Həyata keçirdiyimiz kompüterləşdirmə proqramı sayəsində biz elə bir səviyyəyə çatmışıq ki, əvvəllər 1000 məktəbliyə 1 kompüter düşürdüsə, indi 29 şagirdə 1 kompüter düşür.

Eyni zamanda biz öz adət-ənənələrimizi, həyat tərzimizi qoruyub saxlamalıyıq. Qloballaşma prosesi bizim dəyərlərimizə, köklərimizə, tariximizə və gələcəyimizə müdaxilə etməli deyil. Biz ölkəni müasirləşdiririk, şəhərlərimizi yeniləşdiririk. Bütün xalqımız, o cümlədən gənclər üçün mümkün qədər əla şərait yaratmağa çalışırıq. Gənclər ölkəmizdə çoxluq təşkil edir. Biz çalışırıq ki, onların yaxşı təhsil almaq, xaricdə biliklərə yiyələnmək və müasir dünyanı öyrənmək imkanı olsun. Lakin, eyni zamanda biz öz milli köklərimiz, tariximiz, adət-ənənələrimiz və həyat tərzimiz barədə hər zaman düşünməliyik.

Azərbaycan qədim tarixi və zəngin mədəniyyəti olan ölkədir. Lakin müstəqil ölkə kimi tariximiz nisbətən qısadır. Əsrlər boyu biz digər imperiyaların və ölkələrin tərkibində yaşamışıq. Lakin biz milli mənsubiyyətimizi qoruyub saxlaya bilmişik. Bu, bizim milli köklərimizə bağlılığımız sayəsində mümkün olmuşdur. Biz bu haqda daim düşünməliyik. Qloballaşan dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycana gətirmək üçün biz ümumbəşəri dəyərləri bölüşürük, lakin bizim öz dəyərlərimiz, Azərbaycan və İslam dəyərlərimiz, ənənəvi dəyərlərimiz də var. Bütün bunlar inkişafımızın əsaslarını təşkil edir.

Mən bir daha demək istəyirəm ki, bütün dövlət proqramlarımızda təhsil əsas prioritet kimi götürülür. ölkəmizdə həyatın bütün sahələrinə - iqtisadi inkişafa, siyasi islahatlara, sosial sahəyə, infrastruktur layihələrinə aid proqramlarımız var. üDM-in və sənaye istehsalının artımı baxımından Azərbaycan son dörd il ərzində dünyada birinci yeri tutur. Bu il Dünya Bankı ölkəmizi dünyada bir nömrəli islahatçı dövlət kimi tanımışdır. Bizim müxtəlif sahələrdə gözəçarpan proqramlarımız var. Əlbəttə ki, müstəqilliyini yenicə qazanmış ölkələr özlərinin iqtisadi potensialı haqqında düşünməlidirlər, çünki güclü iqtisadiyyat olmadan ideyalarımızdan heç biri həyata keçirilə bilməz. Lakin biz eyni diqqətlə təhsil məsələlərinə də yanaşmalıyıq, çünki bu, bizim gələcəyimizdir. Gələcəyini qurmayan ölkə heç bir uğuru qazana bilməz. Bizim böyük enerji resurslarımız, inkişaf etmiş infrastrukturumuz ola bilər və buna malikik. Lakin bilikli və bacarıqlı insanlar və ən yüksək standartları qavrayan gələcək nəsil olmasa, biz uzunmüddətli uğur qazana bilmərik.

Mən, sadəcə, bu məsələ ilə bağlı fikirlərimi və təhsilə, eləcə də İslam həmrəyliyinə nə dərəcədə böyük önəm verdiyimizi söyləmək istəyirdim. Bu konfrans həmin iki amili, o cümlədən Azərbaycanın hazırkı inkişafının bir çox digər amillərini əhatə edir. Eyni zamanda bu, ölkələrimiz arasında dostluğu möhkəmləndirmək üçün yaxşı fürsətdir. Burada bir çox ölkənin nümayəndəsi əyləşibdir. Artıq qeyd etdim ki, sizlərdən çoxunuz ölkəmizə ilk dəfədir ki, səfər edirsiniz. Əminəm ki, bu səfər sonuncu olmayacaq və əməkdaşlığımız davam edəcəkdir.

çıxışımın sonunda mən müsəlman dünyasında və Azərbaycanda bu məsələlərə sadiqliyinə görə İSESKO-ya və onun rəhbərinə bir daha minnətdarlığımı bildirirəm. Bizim cənab əl-Tüveycriyə böyük hörmətimiz var. O, əlaqələrimizin inkişaf etdirilməsində, mədəniyyət, təhsil və humanitar sahədə göstərdiyi səylərə görə Azərbaycanın yüksək ordeninə layiq görülmüşdür.

Bir daha xoş gəlmişsiniz. Əminəm ki, Azərbaycana səfərinizdən razı qalacaqsınız.

* * *

İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri beynəlxalq konfransın Bakıda keçirilməsini mühüm hadisə adlandıraraq dedi ki, İSESKO və İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələr Sizin müdrik siyasətiniz sayəsində gedən güclü və sürətli inkişafı görməkdən məmnundur. Mən ölkənizə dəfələrlə səfər etmişəm və bütün sahələrdə gözəl inkişafın şahidi olmuşam.

Baş direktor Azərbaycan təhsilində də böyük inkişaf olduğunu, dövlətin bu sahədə uğurlu siyasətini xüsusi vurğulayaraq dedi ki, son illər ölkədə 1500 məktəbin tikilməsi gözəl göstəricidir. Bir çox ölkələrdə bunu görmək mümkün deyildir. Biz bu nailiyyətlərə görə Sizə təşəkkür edirik. Konfransın işini yüksək qiymətləndirən İSESKO-nun Baş direktoru onu gələcək məqsədlərə nail olmaq baxımından mühüm addım adlandırdı.

Görüşün sonunda Prezident İlham Əliyev konfrans nümayəndələri ilə xatirə şəkli çəkdirdi.

AzərTAc

 

 

 

Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

"Azərbaycan Respublikasının əməkdar müəllimi"

 

Abdullayeva Gülnaz Fərman qızı

Ağayeva çimnaz Mirzəbala qızı

Alıyev Şəmil Musa oğlu

Babayev Sehran Ənam oğlu

Babayev Şahmalı Behbud oğlu

Carçıyev Şadət Qasım oğlu

Cəfərova Fəridə Nəsib qızı

Cəfərova Mehparə Hüseynağa qızı

Dilbazi Minirə Xulusi qızı

Dünyamalıyev Dilsuz İsa oğlu

Eynullayeva Səmayə Xankişi qızı

Əfəndiyeva Hicran Mikayıl qızı

Əhmədov Saday Xasay oğlu

Əhmədova Validə Həmid qızı

Əliyev Hidayət Arazxan oğlu

Əliyeva Rəhilə Xızır qızı

Əliyeva Sevda Alim qızı

Əsədov Surxay Rəzzaq oğlu

Əsgərov Niyazi Həsən oğlu

Əsgərova İradə Əziz qızı

Əzimova Sədaqət Qərib qızı

Əzizli Fərman Məhəmməd oğlu

Əzizov Aydın Məmmədəziz oğlu

Hacıyev Səyyad Mustafa oğlu

Hacıyeva Sevda Həbib qızı

Həsənov Ayaz Yolçu oğlu

Həsənov İsgəndər Alış oğlu

Həsənova Dilarə Həmid qızı

Hüseynov Arif Mehdi oğlu

Hüseynov Nəriman Muxtar oğlu

Hüseynov Nəsimi Hüseynəli oğlu

Hüseynova Dilrubə Şövlət qızı

Xasıyev Məhəmməd Abdurrahman oğlu

Xəlilov İbrahimxəlil Qurban oğlu

Xubyarov Babək Ələkbər oğlu

İbrahimova Aybəniz Paşa qızı

İsgəndərova Xalidə Əmirxan qızı

İsmayılov Ağayar Soltan oğlu

İsmayılov İslam Yusif oğlu

İsmayılov Sakit Aslan oğlu

İsmayılova Rəhilə Mustafa qızı

Kazımova Füruzə Cümşüd qızı

Kərimova Sevil Cabbar qızı

Kişiyev Hacırza Baxşəli oğlu

Qermes Anna Romanovna

Qəhrəmanlı Malik İsmayıl oğlu

Quliyev Famlet Şirin oğlu

Quliyev Maarif İbrahim oğlu

Quliyev Vaqif Yunis oğlu

Qurbanova Tahirə Hümbət qızı

Mahmudov Şükür Məhər oğlu

Mehdiyev Ələsgər Rəşid oğlu

Mehdiyeva Sücaət Təhməz qızı

Məmmədov Əfsər Ərzulla oğlu

Məmmədov Namiq Qəzənfər oğlu

Məmmədov Rəfail İnqilab oğlu

Məmmədov Sabir Məhəmməd oğlu

Məmmədov Şükür ömürmalı oğlu

Məmmədov Tahir Məmmədalı oğlu

Məmmədov Valeh Hüseyn oğlu

Məmmədova Aidə Rza qızı

Məmmədova Alla Cəfər qızı

Nəzirov Nəzir Hadı oğlu

Orucov Rasim Mikayıl oğlu

Rəhimov İsfəndiyar Kazım oğlu

Sabirov İmran Bulud oğlu

Sadıqova Zəkiyə Ağa Əli qızı

Səfərəliyev Məhəmməd Yusif oğlu

Səmədov Rafiq İslam oğlu

Soltanov Qəzənfər Ələmdar oğlu

Şiriyev Bəhram Qəzənfər oğlu

Teyli Akif Əmiraslan oğlu

Topiyev Məlikşah Cəmisər oğlu

Veysova Zülfiyyə Altay qızı

 

"Azərbaycan Respublikasının əməkdar elm xadimi"

 

İsgəndərov Asəf Daşdəmir oğlu

 

"Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi"

 

Babayeva Həcər Teymur qızı

Əliyev Eldar Hacıməmməd oğlu

 

"Azərbaycan Respublikasının əməkdar jurnalisti"

 

Məmmədov Şamxəlil Hətəm oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 oktyabr 2008-ci il

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının təhsil işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə aşağıdakı təhsil işçiləri "Tərəqqi" medalı ilə təltif edilsinlər:

 

Abbasov İlyas Əliqulu oğlu

Abbasova Adilə Allahyar qızı

Abdullayev Nadir Yaqub oğlu

Asəfli Elmira Qafar qızı

Babayev Səyyad Əsəd oğlu

Bağırov Bəkir Bağır oğlu

Bədəlov Maarif Ağamalı oğlu

Canəhmədov Nurəhməd Xanəhməd oğlu

Cəfərova Əntiqə Savalan qızı

Cəlilov Babək Şirin oğlu

Əfəndiyeva Ofelya Həsən qızı

Ələkbərova Viktoriya Sadıq qızı

Əlixanova Emma Hidayət qızı

Əzimova Həqiqət Nizaməddin qızı

Hacıyev Eyvaz Mirhüseyn oğlu

Hüseynov Nəriman Cavad oğlu

Hüseynov Nizami Niftalı oğlu

Hüseynova Gülnarə Ənvər qızı

İsmayılov Pənah İsmayıl oğlu

Kərimov Rza Məhərrəm oğlu

Qasımov Elmar Eldar oğlu

Qədirova Nailə Əkbər qızı

Qəmbərov Elsivər Bayram oğlu

Quliyev Yusif Əliqulu oğlu

Qurbanov Saleh Cümşüd oğlu

Mehdiyev Vaqif Bəylər oğlu

Mehdiyeva İmarət Şamxal qızı

Mehtiyev Ənvər Nəsib oğlu

Məhərrəmov Lətif Fərhad oğlu

Məmişov Allahverən Məmmədxan oğlu

Məmmədov Məhəmməd Bəşir oğlu

Məmmədov Məhərrəm Cəfər oğlu

Məmmədova Şərqiyyə Baxşəli qızı

Musayev Kamal Bəhram oğlu

Mürşüdov Qəzənfər Müzəffər oğlu

Mürvətov Nəcməddin Taci oğlu

Nabatov Dadaş Rüstəm oğlu

Nağıyev Piri Abbas oğlu

Nəbiyev Fikrət Nəbi oğlu

Nəcəfov Hakim Rəhim oğlu

Novruzova Zöhrə Ağagül qızı

Rüstəmov Rüstəm Nəbi oğlu

Salahov Telman Bəxtiyar oğlu

Seyidov Nüsrət Əsgər oğlu

Seyidova Nərminə Mirmahmud qızı

Səmədov Mirhümbət Qeyrət oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 oktyabr 2008-ci il

 

 

 

 

 

 

İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının iştirakçılarına

Hörmətli konfrans iştirakçıları!

Sizi - İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransının iştirakçılarını Azərbaycanın paytaxtı Bakı şəhərində ürəkdən salamlayıram, konfransınızın işinə uğurlar diləyir, hər birinizə ən xoş arzularımı yetirirəm.

İslam ölkələri ilə hərtərəfli əməkdaşlıq müstəqil Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası yolunda əsas istiqamətlərdən birini təşkil edir. Son illər İslam Konfransı Təşkilatı və İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı ilə əlaqələrimizin daha da genişlənməsi bu münasibətlərin qarşılıqlı faydalı zəmində qurulmasından xəbər verir, xalqlarımızın təhsil və elm sahələrində gələcək inkişafına xidmət edir.

Müasir dünyanın qlobal inkişaf meyilləri dövlətlərin və cəmiyyətlərin sosial-iqtisadi həyatında təhsilin, elmin və yeni texnologiyaların əvəzsiz rol oynadığını aydın göstərir. İnkişafı təmin edən intellektual potensialın artırılması naminə təhsildə və elmdə qazanılmış qabaqcıl təcrübələrin öyrənilməsi, mübadiləsi və tətbiqi istiqamətində bütün birgə səylər yüksək qiymətləndirilməlidir. ümidvaram ki, konfransınızda İslam ölkələrində elm, texnologiya və innovasiya strategiyası, biliklərə əsaslanan iqtisadiyyatın qurulması və ali təhsil sahəsində əməkdaşlığa dair problemlərin müzakirəsi təqdirəlayiq amil olaraq öz səmərəsini verəcəkdir.

Son illər Azərbaycan sosial-iqtisadi inkişaf yolunda ciddi uğurlar əldə etmişdir. Bütün bunlar ölkəmizin təbii resurslarından məqsədyönlü istifadə olunmasına yönəlmiş iqtisadi siyasətin nəticəsidir. Sevindirici haldır ki, həmin islahatlar, eləcə də yerli və beynəlxalq əhəmiyyətli iri layihələr peşəkar milli kadrların bilik və bacarıqları sayəsində müvəffəqiyyətlə həyata keçirilmişdir.

Azərbaycanda cəmiyyətin tərəqqisinin mühüm amili kimi təhsil və elm xüsusi dövlət qayğısı ilə əhatə olunmuşdur. İnformasiya Cəmiyyəti üzrə Sammitdə ölkəmiz bəyan etmişdi ki, bizim əsas vəzifəmiz mövcud iqtisadi nailiyyətlərimizin bəhrələrini insani sərvətə çevirməkdən ibarətdir. Bu məqsədlə ölkəmizdə təhsilin və elmin daha da inkişaf etdirilməsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi ildən-ilə artırılır, xüsusi dövlət proqramları gerçəkləşdirilir. İnanıram ki, mötəbər tədbiriniz təmsil etdiyiniz ölkələrdə bu istiqamətdə məsələlərin ətraflı müzakirəsini aparacaq, gələcək faydalı əlaqələrin qurulması üçün geniş imkanlar açacaqdır.

Əminəm ki, konfransınız ölkələrimizin inkişafı, xalqlarımızın rifahı naminə təhsil və elm sahələrində əməkdaşlığın yeni yollarını müəyyən edərək, qarşıdakı vəzifələrin həyata keçirilməsinə öz layiqli töhfəsini verəcəkdir.

Dərin hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 oktyabr 2008-ci il

 

 

 

 

 

Heydər Əliyev adına park sakinlərin sevimli istirahət yeridir

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda Şirvan şəhərinin bir qrup təhsil işçisi ilə görüşdülər

 Prezident İlham Əliyev oktyabrın 4-də Şirvan şəhərində ulu öndərin adını daşıyan parkla tanış olmuşdur.

Bu park şəhər sakinlərinin ən sevimli istirahət guşələrindən biridir. Buradakı oturacaqlar yeniləşdirilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Fəvvarələr, şəlalə isə parka xüsusi gözəllik verir. Bir sözlə, burada Şirvan sakinlərinin asudə vaxtlarını səmərəli keçirməsi üçün yaxşı şərait yaradılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda şəhərin bir qrup təhsil işçisi ilə görüşdülər.

Şəhər 21 nömrəli orta məktəbin müəllimi SƏADƏT QULİYEVA dövlətimizin başçısına müraciətlə dedi:

- Cənab Prezident, bizim şəhərimizə xoş gəlmişsiniz. İlham müəllim, çox gözəl təsadüfdür ki, bu gün, bizim bu gözəl günümüzdə gəlmişsiniz. Biz Müəllim gününü qeyd etməyə hazırlaşırıq, sevincimizin həddi-hüdudu yoxdur. Bax belə gözəl gündə Siz bizə yeni hədiyyə etdiniz. Mehriban xanım, Sizi də görməyimizə çox şadıq.

Bizim bu şəhərdə aparılmış abadlıq işlərini öz gözlərinizlə gördünüz.

İLHAM ƏLİYEV: - çox gözəl işlər görülür.

SƏADƏT QULİYEVA: - Biz bütün bunlara görə həmişə Sizə minnətdarıq. Bu işlər respublikanın bütün yerlərində görülür. Hamı bütün rayonlar haqqında gözəl sözlər deyir. Amma hamısı Sizin adınızla bağlıdır.

Son vaxtlar şəhərimizin nailiyyətləri çoxdur. Ona görə ki, bu il təhsil üzrə göstəricilərimiz yüksəkdir. Bu il 23 nəfər məzun 600-dən yuxarı, Nurlan adlı oğlan isə 700 bal toplayıbdır. üç nəfər də Prezidentin fərdi təqaüdünə layiq görülmüşdür.

Biz bununla çox fəxr edirik. İnanırıq ki, gələcəkdə şəhərimiz daha da gözəlləşəcəkdir. Bu parkı da ulu öndərin adına layiq saxlamağa çalışırıq. Həmişə Sizin görüşlərinizi televiziyada, hər yerdə izləyirik. Fəxr edirik ki, bizim Prezidentimiz xanımı ilə birlikdə adımızı bütün dünyada ucaldır. Sizinlə, doğrudan da, fəxr edirik.

ƏZİZƏ MƏMMƏDOVA  (Şəhər Qadınlar Şurasının sədri): - Sevincimin həddi-hüdudu yoxdur. çünki bu, mənim ən gözəl günümdür. Təsadüfə baxın, Siz məni "Tərəqqi" medalı ilə təltif etdiniz. ömrüm boyu Sizə minnətdaram.

İLHAM ƏLİYEV: - Təbrik edirəm.

ƏZİZƏ MƏMMƏDOVA: - çox sağ olun. Sabah Müəllim günüdür, təntənəli şəkildə qeyd edəcəyik. Yüz yaşayın. Sizi ulu Tanrı özü qorusun. Əgər ulu Tanrı Sizi bu yüksək təbəqəyə layiq görürsə, biz ömrümüz boyu minnətdar olacağıq və Sizi həmişə dəstəkləyirik.

ALMAZ MAHMUDOVA (müəllim): - Bizim maaşlarımızı artırmışsınız. Sizə buna görə minnətdarıq. Siz həmişə müəllimlərin qayğısına qalmışsınız.

İLHAM ƏLİYEV: - Mən sizi təbrik edirəm. Müəllim uşaqların tərbiyə olunmasında əsas rol oynayır. Ona görə indi Azərbaycanda təhsil məsələlərinə çox böyük diqqət göstərilir. Həm yeni məktəblər tikilir, həm də müəllimlərin sosial vəziyyəti yaxşılaşır. İndi yeni imzalanmış sərəncamda bir neçə müəllimin fəaliyyəti qiymətləndirilibdir. Həm medal, həm də fəxri adlar verilibdir. Bu, lazımdır. Təhsil bizim gələcəyimizin, uğurlu gələcəyimizin əsasıdır. Təhsildən çox şey asılıdır. Həm bilik, həm savad, həm də tərbiyə. Uşaqlar həm bilikli, həm savadlı olmalıdır, həm də vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Yəni bütün bunlar məktəb illərində həll olunur və müəllimlərdən çox şey asılıdır. Azərbaycanda müəllimlərin sayı çoxdur və onların sosial vəziyyəti ildən-ilə yaxşılaşmalıdır.

Bütün məktəblər təmir olunacaqdır. Son illər ərzində 1500 yeni məktəb tikilib, yüzlərlə məktəb əsaslı təmir olunubdur. Növbəti illərdə bu, davam etdiriləcəkdir. Hələ elə məktəblər var ki, onlar yararsız vəziyyətdə, qəza vəziyyətindədir.

İndi xüsusi proqram icra olunur. Bütün rayon və şəhərləri, o cümlədən Şirvanı da nəzərdə tutur. Hesab edirəm ki, növbəti 3-4 il ərzində Azərbaycanda yararsız vəziyyətdə məktəb qalmayacaqdır. İndi bütün məktəblərdə yaxşı avadanlıq quraşdırılır, kompüter sinifləri yaradılır ki, bizim uşaqlarımız gənc yaşlarından bütün qabaqcıl texnologiyalara hazır olsunlar. Bu, onların gələcək fəaliyyəti üçün çox vacibdir.

Şirvan şəhərinin də inkişafı göz qabağındadır.

ƏZİZƏ MƏMMƏDOVA: - Bəli, təzə ad, inkişaf, tərəqqi, gözəllik.

SƏADƏT QULİYEVA: - çox sağ olun ki, bu adı bizim şəhərimizə verdiniz. Doğrudan da, biz bununla fəxr etdik.

İLHAM ƏLİYEV: - Mən o vaxt belə təşəbbüs irəli sürdüm ki, şəhərin adı dəyişməlidir. çünki şəhərin özünəməxsus bir adı olmalıdır. Əvvəlki ad bir növ uyğun deyildi. Süni şəkildə yaradılmışdı. Düzdür, insanlar ona öyrəşmişdilər. Ancaq bəziləri heç bilmirdi ki, bu nə deməkdir, kiminlə bağlıdır. Amma, eyni zamanda mən icra hakimiyyətinin başçısına dedim ki, bütün fəallarla məsləhətləşin, sizin üçün hansı ad daha uyğundursa, biz onun üstündə dayanaq. Hələ mən istəyirdim ki, burada yaşayan insanlar bu qərarı versinlər. Bu ad - Şirvan, doğrudan da, tarixi addır. Azərbaycanın böyük bir hissəsi Şirvan bölgəsi hesab olunur.

SƏADƏT QULİYEVA: -Həm də üzərimizə böyük məsuliyyət qoyur.

İLHAM ƏLİYEV: - Əlbəttə, Şirvan zonasında müxtəlif şəhərlər, qədim şəhərlər yerləşir. Ona görə bu şəhərə Şirvan adının verilməsi həm də böyük məsuliyyətdir, şərəfdir. Bu, çox gözəl addır, Azərbaycanın tarixinin böyük bir parçasıdır. Tariximizin böyük bir hissəsi Şirvanla bağlıdır.

ƏZİZƏ MƏMMƏDOVA: - Hörmətli Prezident, bu diqqətə, qayğıya görə çox sağ olun. Bir gözəl keyfiyyəti də demək istəyirəm ki, Siz tədrisə necə böyük qiymət verirsiniz. Azərbaycandan kənarda 4 mindən çox tələbənin oxuması balaca iş deyildir. Onlar bizim xəzinəmizdir. Ən zəngin xəzinədir. Onlar təhsili qurtarıb gələndən sonra, inşallah, Azərbaycan dünyaya meydan oxuyacaq. Allah Sizə cansağlığı versin. O gözəl günləri hamımız bir yerdə görək.

İLHAM ƏLİYEV: - Əslində, bir yenilik yoxdur. çünki bu ənənəni vaxtilə Heydər Əliyev qoymuşdur.

ƏZİZƏ MƏMMƏDOVA: - Bəli, ilk dəfə ulu öndər qoymuşdur.

İLHAM ƏLİYEV: - Hər il 800-900 tələbə Moskva, Leninqrad, Kiyev və SSRİ-nin başqa aparıcı şəhərlərinə imtahansız göndərilirdi. Yəni imtahanları Bakıda verirdilər, oxumağa oraya gedirdilər. İndi onların bir çoxu Azərbaycanda, müxtəlif yerlərdə işləyir. Yəni biz bu ənənəni, elə bil ki, bərpa edirik və bu, başlanıbdır.

SƏADƏT QULİYEVA: - Bu, ulu öndərin qoyduğu ənənədir. Biz bunu bilirik.

İLHAM ƏLİYEV: - Ancaq, bununla bərabər, mən hesab edirəm, növbəti mərhələdə Azərbaycanın daxilində təhsilin keyfiyyəti elə olmalıdır ki, biz uşaqları xaricə göndərməyək. Yəqin biz növbəti mərhələdə daha çox xaricdən bilikli, tanınmış müəllimləri dəvət edəcəyik ki, onlar bizim ali məktəblərdə dərs desinlər və müxtəlif seminarlar keçsinlər. Buna ehtiyac var. Bizə bilikli mütəxəssislər lazımdır. Ancaq yenə də deyirəm, əsas vəzifə odur ki, Azərbaycanda təhsilin səviyyəsi yüksək olsun.

SƏADƏT QULİYEVA: - Bəli, hər şey özümüzdə olmalıdır.

Mən qadınların qurultayında idim. Mehriban xanım çox gözəl çıxış etdi, yəni hər sahəyə toxundu. Biz birinci xanımımızla, həqiqi mənada, fəxr edirik. Təhsilə böyük önəm verir. Gözəl, xeyirxah işlərlə məşğuldur. Mehriban xanım, uşaqdan tutmuş böyüyə kimi hamı Sizi sevir. Biz Sizinlə fəxr edirik.

FİRƏNGİZ ŞİRƏLİYEVA: - Mehriban xanım, builki birinci sinif uşaqlarının hamısına çanta və içərisində lazım olan ləvazimatlar paylamışsınız.

İLHAM ƏLİYEV: - Hamıya çatdımı?!

FİRƏNGİZ ŞİRƏLİYEVA: - Bəli, hamıya çatdı. Bütün valideynlər minnətdardırlar. Mənim nəvəm bu il birinci sinfə gedir, bu sevinci bütün ailəmiz yaşayıbdır. Siz Azərbaycanda nə qədər ailənin sevincinə səbəb olursunuz. çox sağ olun.

***

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva təhsil işçiləri ilə xatirə şəkli çəkdirdilər.

Bununla da dövlətimizin başçısının Füzuli, Beyləqan, Ağdam rayonlarına və Şirvan şəhərinə səfəri başa çatdı.

 

AzərTAc

 

 

 

Prezident İlham Əliyev Beyləqan rayonundakı məcburi köçkünlər qəsəbəsində orta məktəb binasının açılışında iştirak edib

Oktyabrın 4-də Prezident İlham Əliyev Beyləqan rayonu ərazisində Xocavənddən olan məcburi köçkünlər üçün salınmış qəsəbədəki 360 şagird yerlik orta məktəbin binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı əvvəlcə qəsəbənin baş planına, məcburi köçkünlər üçün ayrılmış əkin-səpin sahələrinin, suvarma şəbəkəsinin sxeminə baxdı, sonra məktəbin idman salonu, sinif otaqları, kompüter və fənn kabinetləri ilə tanış oldu, binanın ikinci mərtəbəsinin eyvanından ətrafı seyr etdi. Prezidentə məlumat verildi ki, hazırda məktəbdə 200 şagirdin təlim-tərbiyəsi ilə 27 müəllim məşğuldur. Sinif otaqları, fənn kabinetləri, laboratoriyalar müasir avadanlıqla təmin olunmuşdur. Kitabxana latın qrafikası ilə nəşr edilmiş ədəbiyyatla komplektləşdirilmişdir. 15 sinif otağından ibarət məktəb Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə tikilmişdir.

Prezident İlham Əliyev idman salonunda şagirdlərlə görüşdü, onlarla xatirə şəkli çəkdirdi. Məlumat verildi ki, məktəbin şagirdləri müxtəlif idman yarışlarında uğurlu nəticələr qazanmışlar.

Dövlətimizin başçısı və xanımı Xocavənd şəhidlərinin fotoşəkillərindən ibarət guşəyə də baxdılar.

 

 

 

 

Məktəb-lisey kompleksi müasir tipli təhsil ocağıdır

Oktyabrın 7-də Prezident İlham Əliyev Biləsuvarda məktəb-lisey kompleksinin açılışında iştirak etmişdir.

ümumi sahəsi 6 min kvadratmetr olan və Avropa standartlarına uyğun layihələndirilmiş bina zəlzələyə yüksək davamlılıq nəzərə alınmaqla tikilmişdir.

Beş yüz şagird üçün nəzərdə tutulan məktəb-liseyə bu il Biləsuvar rayonunda 2800 şagird arasından test üsulu ilə 192 nəfər seçilmişdir. Daha 15 şagird rayon ərazisindəki məcburi köçkün qəsəbələrindəki 140 şagird arasından seçilmişdir və onlar yataqxana ilə də təmin olunacaqlar. Liseydə təhsil pulsuzdur. Bu il hərəsi iki sinif olmaqla, 5-8-ci siniflər komplektləşdirilmişdir. Hər sinifdə 24-26 şagird təhsil alacaqdır. Növbəti ildə bütün bölgəni əhatə etməklə birinci sinfə qəbul aparılacaqdır. Bu məqsədlə gələn il yeni yataqxananın tikintisi də planlaşdırılır.

Hazırda liseydə 20 müəllim çalışır, gələcəkdə onların sayı 70-ə çatdırılacaqdır. Tədris genişləndirilmiş proqram üzrə, nəzəriyyə və təcrübələrin inteqrasiyası vasitəsilə aparılacaqdır. Keçilmiş hər mövzudan sonra yoxlama testi, hər ay isə sınaq imtahanı olacaqdır.

Gələcəkdə kompleksin nəzdində məktəbəqədər təlim bölməsinin də açılması nəzərdə tutulmuşdur. Kompüter otağında şagirdlər üçün İnternetə qoşulmuş 24, informatika dərsini aparan müəllim üçün ayrıca kompüter vardır. Vahid elektron şəbəkəsi olan liseydə respublikamızda ilk dəfə olaraq yeni təhsil mühiti, informatika sistemi yaradılmışdır.

Kitabxanadakı ədəbiyyatın bir hissəsinin isə həm də elektron versiyası olacaqdır.

Prezident İlham Əliyev kompleksin akt salonuna, 80 nəfərlik yeməkxanaya, 184 yerlik tribunası olan idman salonuna, fizika, kimya və biologiya laboratoriyalarına, müəllimlər otağına, kompüter, rəsm otaqlarına, hərbi hazırlıq kabinetinə və kitabxanaya baxdı.

Bu cür müasir tipli komplekslərin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğının göstəricisi olduğunu söyləyən Prezident İlham Əliyev dedi ki, gənc nəslin savadlı böyüməsi, biliklərə dərindən yiyələnməsi üçün burada hər cür şərait vardır.

Dövlət başçısı məktəb-liseyin kollektivinə uğurlar arzuladı.

 

AzərTAc

 

 

 

 

 

"Dəfinə" liseyi Masallının yeni tədris müəssisəsidir

Oktyabrın 7-də Prezident İlham Əliyev Masallı şəhərində "Dəfinə" liseyi üçün tikilmiş bina ilə tanış olmuşdur.

Uzun illər baxımsız və təmirsiz vəziyyətdə qalan məktəb binası bu il yenidən tikilmişdir. Müasir standartlara cavab verən məktəb bütün zəruri avadanlıqla təchiz edilmişdir. 220 şagird yerlik liseyin ikimərtəbəli tədris korpusunun mərkəzləşdirilmiş istilik sistemi də vardır.

Prezident İlham Əliyev idman salonu, fənn kabinetləri, iclas salonu, laboratoriya ilə tanış oldu, İnternetə çıxışı təmin olunmuş kompüter otağında şagirdlərin bu müasir texnologiyalara yiyələnmələri prosesini izlədi. Dövlət başçısı bu təhsil ocağının uğurlarını əks etdirən lövhəyə də baxdı.

Məktəblə tanışlıqdan məmnun qalan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Bununla da dövlət başçısının Masallı rayonuna səfəri başa çatdı.

 

 

 

 

Səpnəkəran orta məktəbi ilə tanışlıq

Oktyabrın 8-də Prezident İlham Əliyev Lənkəran rayonunun Səpnəkəran kəndindəki Möhübbət Həmzəyev adına orta məktəbdə olmuşdur.

Məktəblilər Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hərarətlə salamladılar. Məktəblə tanışlıq zamanı bildirildi ki, bu il Lənkəranda 9 məktəb binası inşa edilmişdir. Bunların dördü Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində, beşi isə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına əsasən tikilmişdir.

Səpnəkəran kənd məktəbinin əvvəlki binası 1923-cü ildə inşa edilmişdi. 1941-45-ci illər müharibəsi zamanı burada uşaq evi yerləşmişdi.

ümumi sahəsi 1568 kvadratmetr olan yeni binanın foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşə yaradılmışdır. İkimərtəbəli binada 16 sinif otağı, 7 əlavə otaq, kitabxana, İnternetə çıxışı olan kompüterlər zalı vardır. Qızlar üçün tikiş otağı, oğlanlar üçün iki emalatxana zəruri avadanlıqla təmin edilmişdir. Məktəbin ayrıca istilik sistemi vardır.

Burada 320 şagirdin təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olacaqdır. Heydər Əliyev Fondu məktəbə əyani vəsaitlər hədiyyə etmişdir.

Prezident İlham Əliyev sinif otaqlarına, fənn kabinetlərinə, kompüter və tikiş otaqlarına, emalatxanalara baxdı.

ölkəmizdə ilk dəfə məhz bu məktəbdə dəmir konstruksiyalı və xüsusi materialdan hazırlanmış, açılıb-yığılan damı olan idman salonu tikilmişdir. ümumi sahəsi 500 kvadratmetr olan salona süni qazon döşənmişdir.

Dövlətimizin başçısı idman salonu ilə də tanış oldu, onun gənclərin idmanla məşğul olmasına böyük töhfə verəcəyini bildirdi.

 

AzərTAc