· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin 100 İlliyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib

Oktyabrın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilmişdir.

Bütün mənalı ömrünü ədəbiyyatın, ədəbiyyatşünaslıq elminin inkişafına və elmi kadrların hazırlanmasına həsr edən görkəmli şəxsiyyətin yubiley gecəsi bəstəkar Fikrət Əmirovun musiqisi əsasında "Mir Cəlalı yad edərkən" kompozisiyasının ifası ilə başlamışdır. Əsər ilk dəfə idi ki, ifa edilirdi.

Sonra Mir Cəlal Paşayevin həyat və fəaliyyətini əks etdirən fotosalnamə nümayiş etdirilmişdir. Xalq artisti Fəxrəddin Manafov xalq şairləri Hüseyn Arifin və Nəriman Həsənzadənin Mir Cəlal Paşayevin xatirəsinə həsr etdikləri şeirləri oxumuşdur.

Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında ü.Hacıbəylinin, Q.Qarayevin, S.Hacıbəyovun əsərlərindən fraqmentlər səsləndirilmişdir. İncəsənət ustaları operalardan ariyalar ifa etmişlər.

Böyük ədib və alimin nəvələri - Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, dövlət və hökumət nümayəndələri, deputatlar, elm və ədəbiyyat  xadimləri  yubiley  gecəsində  olmuşlar.

 

AzərTAc

 

 

 

Müqəddəs peşə sahiblərinin bayram sevinci

 Naxçıvan Dövlət Universitetinin çoxsaylı kollektivinin beynəlxalq Müəllim günü münasibətilə ilə "Duzdağ" otelində keçirdiyi tədbiri universitetin rektoru, akademik İsa Həbibbəyli açaraq müəllimlik sənətinin müqəddəs və şərəfli peşə olduğunu, müəllimlərimizin milli şüurunun inkişafında misilsiz rol oynadığını qeyd etdi. Natiq  ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli varisi Prezident İlham Əliyevin milli təhsilin, elmin inkişafına göstərdiyi qayğıdan söz açdı. Rektor ölkə başçısının müəllim əməyini daim uca tutaraq yüksək qiymətləndirdiyini vurğuladı, universitetin 40 illik yubileyi ərəfəsində bir qrup əməkdaşın fəxri adlarla təltif edilməsini, təhsil işçilərinin əməkhaqlarının artırılmasını milli təhsil quruculuğuna böyük töhfə kimi dəyərləndirdi.

Sonra otelin icraçı direktoru Novruz Novruzov çıxış edərək müəllimləri peşə bayramı münasibəti ilə təbrik etdi.

Universitetin sosial idarəetmə və turizm kafedrasının müdiri, fəlsəfə elmləri namizədi, dosent Hafiz Hüzeynov həmkarlarını təbrik edərək "Duzdağ" otelinin turizm ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübi baza rolunu oynadığını bildirdi. H.Hüseynov tələbələrin burada turizm və otelçilik mədəniyyətini mənimsədiyini, universitet məzunlarının yerli ixtisaslı kadr kimi oteldə işlə təmin olunduğunu bildirdi.

Universitetin "Qeyrət" nəşriyyatının di

rektoru, tarix elmləri namizədi Vaqif Məmmədov müəllim əməyinin müqayisəolunmaz dəyərindən söz açaraq dünya standartlarına cavab verən "Duzdağ" otelinin və Fizioterapiya xəstəxanasının regionların sosial-iqtisadi inkişafına göstərilən dövlət qayğısının əməli bəhrəsi adlandırdı, turizmin inkişafının Azərbaycanın ayrılmaz parçası  olan Naxçıvanın qədim tarixinin və zəngin mədəniyyətinin dünyada tanıdılmasında da böyük rol oynayacağını vurğuladı.

Tədbir ziyafətlə davam etdi. Universitetin təsviri incəsənət fakültəsinin müəllim və tələbələrinin hazırladığı rəngarəng konsert proqramı müəllimlər üçün bayram ərməğanı oldu.

 

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universiteti

Mətbuat xidmətinin rəhbəri