· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Müəllim adı ən yüksək addır"

Müəllim günü münasibətilə Bakıdakı 300 nömrəli orta ümumtəhsil məktəbində keçirilən tədbiri giriş sözü ilə təhsil ocağının direktoru İradə Xəlilova açaraq peşə bayramı münasibətilə pedaqoji kollektivi səmimi-qəlbdən təbrik etdi, onlara şərəfli işlərində uğurlar arzuladı. Məktəbin əldə etdiyi bütün uğurlar sevindiricidir. Belə ki, bu il təhsil ocağını bitirmiş 128 məzundan 56-sı yüksək bal toplayaraq ölkənin müxtəlif ali təhsil ocaqlarına qəbul olunmuşdur. Tədris müəssisəsinin şagirdləri ötən il müxtəlif olimpiadalarda, müsabiqələrdə iştirak etmiş, qabaqcıl yerləri tutmuşlar. Bütün bu uğurlar məktəbin müəllimlərinin böyük zəhmətinin nəticələridir.

Ənənəvi bayram tədbirində çıxış edən qonaqlar pedaqoji kollektivin üzvlərini təbrik etdilər, onların ünvanına xoş sözlər dedilər.

Sonra söz şagirdlərə verildi. Onlar müəllimlərinə həsr etdikləri şeirləri söylədilər, mahnılar oxudular.

II "B" sinif şagirdlərinin hazırladıqları "Müəllim adı ən yüksək addır" inşa yazıları böyük rəğbətlə qarşılandı.

 

 Rəşad ZİYADOV

 

 

 

 

 

 

Qurultaydan irəli gələn məsələlər müzakirə olunur

Bakıdakı 32 nömrəli orta məktəbin direktoru, qabaqcıl təhsil işçisi Sevda Abdullayeva bu günlərdə Azərbaycan müəllimlərinin XIII və  Azərbaycan qadınlarının III qurultaylarının nümayəndəsi olub. O, qurultaydakı təəssüratlarını danışmazdan əvvəl bildirdi ki, rəhbərlik etdiyi təhsil ocağında 1300 şagirdin təlim-tərbiyəsi ilə 154 müəllim məşğul olur. Bu il məktəbin məzunlarından 70 nəfər yüksək balla Türkiyənin və Azərbaycanın ayrı-ayrı ali məktəblərinə qəbul olub. Bu nailiyyətlərin qazanılmasında pedaqoji kollektivin, o cümlədən müəllimlərdən Şölə Yusifova, Lətifə Musayeva və Göyçək Bayramovanın zəhməti böyükdür. Görülən işlərə və əldə edilən nəticələrə  baxmayaraq, hazırda pedaqoji kollektiv daha səylə işləyir. Xüsusən, ölkə başçısının diqqət və qayğısı  nəticəsində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi, qalib adını qazanmış 50 məktəbin və 100 müəllimin yüksək məbləğdə pul mükafatı  ilə  mükafatlandırılması pedaqoji kollektiviin hər bir üzvünü daha  yüksək uğur qazanmağa həvəsləndirmişdir. Eyni zamanda Azərbaycan müəllimlərinin XIII qurultayında təhsil naziri  Misir Mərdanovun hesabat məruzəsi məktəbin müəllimləri tərəfindən rəğbətlə qarşılanıb.

Məktəbin pedaqoji şurasında qurultayın qətnaməsi müzakirə olunub və  qətnamədən  irəli gələn tələb və göstərişlərə əsasən növbəti illər üçün pedaqoji kollektivin fəaliyyət proqramı müəyyənləşdirilib.

Şakir CƏFƏROV