· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

 

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin akademik proqramlar üzrə müşaviri Tomas Farrelli qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Prezident sarayında ABŞ Dövlət katibinin akademik proqramlar üzrə müşaviri Tomas Farrelli qəbul etmişdir.

Tomas Farrell ölkəmizə əvvəlki səfərlərindən ötən dövr ərzində Azərbaycanda böyük inkişafın və irəliləyişlərin şahidi olduğunu vurğuladı. O, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə müasir cəmiyyət quruculuğu istiqamətində atılan addımlardan yaxşı xəbərdar olduğunu söylədi. Dövlətimizin başçısı ölkəmizdə bütün sahələrdə son illər böyük uğurlar qazanıldığını vurğulayaraq Azərbaycanın gələcək inkişafı üçün qarşıda mühüm vəzifələrin dayandığını bildirdi.

Görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi, elm, təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı.

AzərTAc

 

 

 

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayı 2008-ci ildəki prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul etdi

Fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) III qurultayı 2008-ci ildə prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib.

1,6 milyon üzvü olan, 25 sahə həmkarlar ittifaqını və 3 federasiyanı birləşdirən AHİK qurultayının nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət edib.