· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Beynəlxalq olimpiadanın qalibləri müəyyənləşdi

Türkiyədə beynəlxalq dil öyrətim cəmiyyəti hər il xarici ölkələrdə türkcə olimpiadalarını təşkil edir. Bu olimpiadalarda keçən il 104 ölkə iştirak etmişdir. ölkəmizin məktəbliləri də hər il olimpiadalarda iştirak etmiş və müxtəlif nominasiyalarda medallar qazanmışdır. Azərbaycanı təmsil edəcək şagirdlər türk dilinin tədris edildiyi məktəblərdə müsabiqələrdən keçərək seçiliblər.

 

Beynəlxalq türkcə olimpiadasının Azərbaycan seçmələrini bu il Türkiyə Respublikasının ölkəmizdəki səfirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, TİKA-nın Türk Hava Yolları, Atatürk mərkəzi və "çağ" öyrətim İşlətmələri şirkəti birgə təşkil etmişdir.

45 təhsil müəssisəsindən 5000-ə yaxın şagird arasında keçirilən müsabiqə 3 mərhələdə aparılmışdır.

Fevralın 16-da Musiqili Komediya Teatrında keçirilən olimpiadanın final mərhələsində 9 nominasiya üzrə 35 şagird iştirak etdi. Şeir, mahnı, qrammatika və digər nominasiyalarda öz bilik və qabiliyyətlərini nümayiş etdirən məktəblilərin 9-u finalda 1-ci yerə layiq görüldü. Qaliblər mayda təşkil olunacaq, 120 ölkənin iştirakı gözlənilən 6-cı Beynəlxalq türkcə olimpiadalarında Azərbaycanı təmsil edəcəklər.

Final mərhələsində milli mənəvi dəyərləri əks etdirən film göstərildi.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Karslıoğlu, Türkiyə Böyük Millət Məclisinin üzvü Mehmet Sağlam, TİKA-nın Bakı proqram koordinatoru Serhat Küçükkurt, Azərbaycan Atatürk mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, "çağ" öyrətim İşlətmələri şirkətinin prezidenti Ənvər özərən, millət vəkilləri, elm və mədəniyyət xadimləri, təhsil işçiləri iştirak etmişlər.

Sonda 6-cı Beynəlxalq türkcə olimpiadasının Azərbaycan seçmələrinin qaliblərini mükafatlandırmaq üçün tribunaya nazir Misir Mərdanov dəvət edildi. öncə qonaqları salamlayan Misir Mərdanov, bu tədbirin keçirilməsində xüsusi rolu olan "çağ" öyrətim İşlətmələri şirkətinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Keçirilən tədbirin ortaq türk əlifbasının yaradılmasında mühüm əhəmiyyət daşıdığını qeyd edən nazir, ulu öndər Heydər Əliyevin bu arzusunun həyata keçiriləcəyinə inandığını bildirdi, olimpiadanın bir millət, iki dövlət olan Türkiyə ilə Azərbaycanın bir-birinə daha sıx yaxınlaşmasına kömək edəcəyini vurğuladı.

Sonra nazir Misir Mərdanov qalibləri təbrik etdi, onları mükafatlandırdı.

Fazil İDRİSOĞLU,

foto müəllifindir