· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar 

İttifaqı Respublika Komitəsi

 

 

Bakı şəhəri                                                                                  19 fevral 2008-ci il

ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsi barədə

Q Ə R A R

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli mənəvi dəyərlərimizə xüsusi diqqəti və ona böyük önəm verməsi ölkəmizdə milli özünüdərk prosesinin uğurla getməsinə geniş rəvac vermişdir. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında əbədi liderimiz Heydər Əliyevin çox böyük və əvəzsiz xidmətləri olmuşdur. 10 may 2008-ci ildə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü tamam olur. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti ulu öndərin anadan olmasının 85-ci ildönümü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli  adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda musiqi sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə

Qərara alır:

1.ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə  həsr olunmuş ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı keçirilsin.

2.Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.

3.Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı 2008-ci ilin mart-aprel aylarında keçirilsin.

4.2008-ci ilin may ayının 1-də festival qaliblərinin konserti keçirilsin.

5.Bədii yaradıcılıq festivalının Əsasnaməsi (əlavə 1), Təşkilat Komitəsi (əlavə 2) və Münsiflər Heyəti (əlavə 3) üzvlərinin siyahısı təsdiq edilsin.

6.Ali təhsil müəssisələrinin rəhbərləri, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri bu qərarla təsdiq edilmiş "Əsasnamə"nin şərtlərinə uyğun olaraq festivalın keçirilməsini təmin etsinlər.

7.Bədii yaradıcılıq festivalının keçirilməsi ilə bağlı tərəflər öz üzərinə götürür:

7.1.Təhsil Nazirliyi

-Festivalda 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülənlərə hədiyyələrin alınmasını;

7.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi

-Diplomların, dəvətnamələrin hazırlanmasını;

-Münsiflər Heyətinin (5 nəfər) hər bir üzvü üçün 150 AZN məbləğində pul mükafatının ayrılmasını;

-Festival qaliblərinin konsertinin keçirilməsi üçün Azərbaycan Dövlət Musiqili Komediya Teatrının icarəyə götürülməsini;

8.Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi qərar və əlavələrin "Azərbaycan müəllimi" qəzetində, "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

9.Tərəflər festivalın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.

10.Qərarın icrasına nəzarət nazir müavini E.Qasımova və sədrin birinci müavini H.Nağıyevə həvalə olunsun.

 

Azərbaycan Respublikasının

təhsil naziri Misir Mərdanov

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev

 

 

 

 

 

 

N 210.     15.02.2008-ci il

Xocalı soyqırımının on altıncı ildönümünün keçirilməsi barədə

Xocalı soyqırımının on altıncı ildönümünün təhsil müəssisələrində qeyd olunması məqsədilə

ƏMR EDİRƏM

1. Xocalı soyqırımının on altıncı ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR Təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr və tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsın.

Təhsil naziri:  Misir MƏRDANOV

 

 

 

Xocalı soyqırımının on altıncı ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin

Tədbirlər planı

Sıra N-si

Tədbirlər

İcra vaxtı

İcraya məsul

1. Respublika Texniki Yaradıcılıq Mərkəzinin radiorabitə klubunun vasitəsilə dünya ölkələrinin uşaqlarına Xocalı soyqırımının mahiyyətini çatdırmaq

21-26 fevral 2008-ci il

Respublika Texniki Yaradıcılıq Mərkəzi

2. Ali və orta ixtisas təhsili müəssisələrinin İnternet şəbəkələrinə və saytlarına Xocalı soyqırımını əks etdirən məlumatları daxil etmək

21-26 fevral 2008-ci il

Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri

3. ümumtəhsil məktəblərində Xocalı soyqırımına həsr olunmuş rəsm sərgiləri, bədii gecələr keçirmək, tamaşalar hazırlamaq, sənədli və bədii filmlərin nümayişini təşkil etmək

24-26 fevral 2008-ci il

Rayon, şəhər təhsil şöbələri

4. Ali, orta ixtisas,  texniki peşə və ümumtəhsil məktəblərində Xocalı soyqırımına həsr olunmuş matəm mitinqləri, xatirə gecələri, soyqırımın şahidi olan adamlarla görüşlər keçirmək

25-26 fevral 2008-ci il

Təhsil müəssisələrinin rəhbərləri

5. 26 fevral günü ali, orta ixtisas, ümumtəhsil, texniki peşə, məktəbəqədər və məktəbdənkənar müəssisələrdə ilk dərs saatını Xocalı soyqırımına həsr etmək

26 fevral 2008-ci il

Təhsil müəssisələrinin rəhbərləri

6. "Azərbaycan müəllimi" qəzetində Xocalı soyqırımına aid məqalələr, xatirələr dərc etdirmək

fevral 2008-ci il

İctimaiyyətlə əlaqə şöbəsi