· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Birinci yoxlama imtahanında bütün şagirdləri sıfır nəticə göstərmiş məktəblər

Bu il buraxılış imtahanlarını mərkəzləşdirilmiş qaydada verməli olan onbirinci sinif şagirdləri üçün üç sınaq imtahanı nəzərdə tutulub. Onlardan biri ötən il noyabrın 25-də keçirilib. 20-dən çox şəhər və rayonu, 52 min şagirdi əhatə edən imtahanın nəticələri Təhsil Nazirliyinin fevralın 9-da keçirilmiş kollegiyasında açıqlandı. Yetirmələri həmin imtahanlarda iştirak etmiş məktəblərin kollektivləri, bütövlükdə ölkənin pedaqoji ictimaiyyəti açıqlamanı çoxdan gözləyirdilər. Lakin imtahanların nəticələri heç də hamı üçün ürəkaçan olmadı. Əvvəla, ümumi nəticə o qədər yüksək deyil. Belə ki, yoxlama imtahanında iştirak etmiş 48682 şagirddən yalnız 16744-ü, yəni 34,4 faizi bütün fənlərdən müvəffəq qiymətlər alıb. İkincisi, imtahanlar zamanı çoxlu təlimat pozuntusu, ciddi problemlər qeydə alınıb.

Yeni qiymətləndirmə sistemi ilə bağlı məsələnin müzakirə olunduğu həmin kollegiya iclasında yoxlama imtahanın müxtəlif parametrlər üzrə aparılmış təhlillərinin nəticələri iclas iştirakçılarına çatdırıldı. Məlum oldu ki, imtahanda zəif nəticə göstərən, yəni yetirmələrinin müvəffəqiyyəti 0-10 faiz arasında olan 100-dən çox məktəb var. Eyni zamanda o da bəlli oldu ki, nəinki zəif nəticə göstərən,  belə demək mümkünsə, heç nəticə göstərməyən məktəblər də olub. Yəni çoxlu sayda elə məktəblər var ki, bu il məzun olası şagirdlərindən heç biri imtahanda bir fəndən belə müsbət qiymət almayıb. Onların hamısı ya 1, ya 2, ya da 3 və daha çox fəndən "2" qiymət alıb.

Həmin məktəblərin  adlarını oxuculara təqdim edirik:

 

1. Bakı şəhəri 185 nömrəli məktəb

2. Bakı şəhəri 62 nömrəli axşam məktəbi

3. Bakı şəhəri 197 nömrəli məktəb

4. Bakı şəhəri 108 nömrəli məktəb

5. Bakı şəhəri 130 nömrəli məktəb

6. Bakı şəhəri 209 nömrəli məktəb

7. Abşeron rayonu çaylı kənd məktəbi

8. Abşeron rayonu Ceyranbatan qəsəbə 2 nömrəli məktəb

9. Ağdam rayonu 39 nömrəli məktəb

10. Cəbrayıl rayonu Böyük Mərcanlı kənd K.Məmmədov adına orta məktəb

11. Füzuli rayonu 3 nömrəli məktəb

12. Füzuli rayonu 49 nömrəli məktəb

13. İmişli rayonu Ağamallar kənd orta məktəbi

14. İmişli rayonu Cövhərli kənd orta məktəbi

15. İmişli rayonu Otuziki kənd orta məktəbi

16. İsmayıllı rayonu Gəraybəyli kənd orta məktəbi

17. İsmayıllı rayonu Kəlbənd  kənd orta məktəbi

18. İsmayıllı rayonu Kürdeldarbəyli kənd orta məktəbi

19. İsmayıllı rayonu Mücühəftəran  kənd orta məktəbi

20. İsmayıllı rayonu Müdrü kənd orta məktəbi

21. İsmayıllı rayonu Ruşan kənd orta məktəbi

22. İsmayıllı rayonu Uştalqışlaq kənd orta məktəbi

23. Kəlbəcər rayonu 10 nömrəli məktəb

24. Kəlbəcər rayonu 14 nömrəli məktəb

25. Kəlbəcər rayonu 18 nömrəli məktəb

26. Kəlbəcər rayonu 19 nömrəli məktəb

27. Kəlbəcər rayonu 21 nömrəli məktəb

28. Kəlbəcər rayonu 3 nömrəli məktəb

29. Kəlbəcər rayonu 6 nömrəli məktəb

30. Kəlbəcər rayonu 84 nömrəli məktəb

31. Kəlbəcər rayonu 98 nömrəli məktəb

32. Laçın rayonu 16 nömrəli məktəb

33. Laçın rayonu 3 nömrəli məktəb

34. Laçın rayonu 35 nömrəli məktəb

35. Laçın rayonu 46 nömrəli məktəb

36. Laçın rayonu Pircahan kənd orta məktəbi

37. Laçın rayonu Zabux kənd orta məktəbi

38. Qubadlı rayonu çərəli kənd orta məktəbi

39. Şuşa rayonu 11 nömrəli orta məktəb

40. Şuşa rayonu 4 nömrəli orta məktəb

41. Şuşa rayonu 7 nömrəli orta məktəb

42.Ucar rayonu Müsüslü kənd orta məktəbi

43. Xocavənd rayonu Qaradağlı kənd orta məktəbi

44. Zəngilan rayonu 30 nömrəli məktəb

45. Zəngilan rayonu 31 nömrəli məktəb

46. Zəngilan rayonu 32 nömrəli məktəb

47. Azərbaycan Memarlıq və İnşaat Universitetinin liseyi