· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

 

Balakəndə yeni məktəb binaları istifadəyə veriləcək

 

"Bilik günü" ərəfəsində Balakən rayonunda daha 3 yeni məktəb binasının istifadəyə verilməsi nəzərdə tutulur.

Rayon icra hakimiyyətindən bildirmişlər ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti ilə Qaysa kəndində inşa olunan 480 şagird yerlik məktəb binası istifadəyə tam hazırdır. Məktəb yeni inventar və avadanlıqla təmin olunmuş, həyətində geniş abadlıq işləri aparılmışdır.

Dövlət vəsaiti hesabına Poşbinə kəndində 1 nömrəli orta məktəb üçün inşa olunan 220 və Peçaqar kəndində əsas məktəb üçün 80 şagird yerlik binaların tikintisi də artıq başa çatdırılmışdır.

Bundan əlavə, yeni dərs ili ərəfəsində rayonun bir neçə məktəbində büdcə vəsaiti və daxili imkanlar hesabına təmir işləri aparılmışdır.

AzərTAc

 

 

 

Bu il paytaxtın məktəbəqədər təhsil müəssisələrindən

5600 altıyaşlı məktəbə gedəcək

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, paytaxtda 309 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 28.573 uşaq tərbiyə olunur.

Yeni dərs ilində paytaxtımızın məktəbəqədər təhsil müəssisələrindən 5600-dən çox uşaq ilk dəfə əlinə çanta alıb məktəbə yollanacaq.

S.SƏFƏROVA

 

 

 

 

Təhsil müəssisələri yeni dərs ilinə hazırlaşır

 

Xətai rayonundakı 88 nömrəli orta məktəbdə yeni dərs ilinə ciddi hazırlıq işləri gedir. Burada təmir işləri daxili imkanlar hesabına aparılır. Artıq sinif otaqları, dəhlizlər rənglənmiş, divarlar ağardılmışdır. Qarşıdakı dərs ilində təhsil ocağının istilik sistemində də heç bir problem olmayacaq.

Məktəbin direktoru Həcər Rəhimova bildirdi ki, yeni dərs ilində məktəbdə 430 şagird təhsil alacaq. Bunlardan 60-ı ilk dəfə siniflərə qədəm qoyacaqdır. Bu günlərdə bizə şad bir xəbər də çatdı. Belə ki, məktəbimizi bitirən 48 şagirddən 26 nəfəri 1-ci turda ali məktəbə qəbul olunmuşdur. Onlardan 2-si isə 600-dən yuxarı bal toplayaraq pedaqoji kollektivə uğur gətirmişlər.

Məktəblə tanışlıq göstərdi ki, burada yeni dərs ilinə ciddi hazırlıq görülüb. Lakin kollektivi narahat edən məsələlər də var. Belə ki, məktəbin dam örtüyü bərbad vəziyyətdədir. Yağış yağan kimi siniflər su ilə dolur. ümid edirik ki, yeni dərs ilində bu problem də aradan qaldırılacaq.

***

Sabirabad Rayon Təhsil Şöbəsi üçün yeni inzibati binanın tikintisi başa çatmışdır.

Rayonun 480 yerlik Bala Həşimxanlı kənd məktəbinin inşası tamamlanmaq üzrədir. Bu təhsil ocağı yeni tədris ilinin əvvəlindən şagirdlərin ixtiyarına veriləcəkdir. Qəza vəziyyətində olan Sabirabad şəhərindəki Mikayıl Müşfiq adına 4 nömrəli məktəbin əsaslı təmiri yekunlaşır. Rayonun 5 kənd məktəbində cari təmir aparılır. 6 məktəbin istilik sistemi bərpa olunmuşdur.