· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Yeni dərs ilinə hazırlıqla bağlı müşavirə keçirilib

 

Avqustun 10-da Təhsil Nazirliyində növbəti tədris ilinə hazırlıqla bağlı müşavirə keçirilib.  Müşavirədə təhsil naziri Misir Mərdanov yeni dərs ili ərəfəsində qarşıda duran mühüm vəzifələr, təhsil ocaqlarının 2009-2010-cu tədris ilinə hazırlığı, məktəblərin İKT ilə təminatı, yeni dərsliklərin nəşri, buraxılış imtahanları, təmir, tikinti, təchizat məsələləri barədə söz açıb.

Nazir Azərbaycan təhsilinə göstərilən dövlət qayğısından, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində görülmüş işlərdən, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən tədbirlərdən bəhs edib.

Təhsil naziri Misir Mərdanov son illərin ənənəsinə uyğun olaraq sentyabr ayının əvvəllərində ölkəmizin rəhbər təhsil işçilərinin respublika müşavirəsinin keçiriləcəyini bildirib. Nazir qeyd edib ki, daha sonra yerlərdə təhsil işçilərinin konfransları təşkil ediləcək, qazanılan uğurlar, həllini gözləyən məsələlər və qarşıda duran vəzifələr müzakirə olunacaq.

Yeni tədris ilindən etibarən Bakı şəhərində, gələn ildən isə ölkə üzrə bütün orta məktəblərdə vakant müəllim yerləri ilə bağlı Təhsil Nazirliyinin İnternet saytında elanların verilməsinin nəzərdə tutulduğunu söyləyən nazir işə qəbul olunmaq istəyən müəllimlərin elektron ərizə ilə müraciət etməsinin qərara alındığını diqqətə çatdırıb.  

Müşavirədə Təhsil Nazirliyi ilə beynəlxalq qurumların həyata keçirdiyi birgə layihələr, tədris prosesində keyfiyyətin daha da yüksəldilməsi, dünyada tanınmış azərbaycanlı elm adamları ilə əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında da müzakirələr  aparılıb. 

 

 

 

 

 

Bu il 3 ali təhsil müəssisəsində Təhsilin əsasları fənni tədris olunacaq

 

 Avqustun 12-də Təhsil Nazirliyində Təhsilin əsasları dərs vəsaitinin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Təhsil Nazirliyi ilə Dünya Bankının həyata keçirdiyi birgə layihəyə uyğun olaraq Təhsilin əsasları fənninin ali məktəblərdə tədrisinin nəzərdə tutulduğunu bildirən təhsil naziri Misir Mərdanov ilk mərhələdə bu fənnin pilot layihəsi kimi 3 ali məktəbdə - Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Gəncə Dövlət Pedaqoji Universitetində keçiriləcəyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, yerli və xarici məsləhətçilərdən ibarət işçi qrupunun səmərəli fəaliyyəti sayəsində ərsəyə gələn dərs vəsaiti müzakirələrdən sonra daha da təkmilləşdiriləcək, nəşr olunub müəllim və tələbələrə çatdırılacaqdır.

Təhsilin əsasları fənnini tədris edəcək müəllimlər üçün 10 günlük treninqlərin keçiriləcəyini söyləyən nazir Misir Mərdanov bu zaman müəllimlərin yeni fənnin məzmununun əsas istiqamətlərini mənimsəməsi, müasir təlim texnologiyalarından istifadə vərdişlərinə yiyələnməsi məsələlərinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Təhsil naziri deyib ki, müvafiq ali məktəb rəhbərləri də bu işdə yaxından iştirak etməli, Təhsilin əsasları fənninin tədrisinin səmərəli təşkilinə şərait yaratmalıdırlar.

Daha sonra Təhsilin əsasları fənninin pedaqoji kadrların hazırlanması prosesindəki rolundan bəhs edən təqdimat məruzəsi dinlənilib. Dərs vəsaitinin həm praktik, həm də nəzəri baxımdan yüksək səviyyəli və peşəkar müəllimlərin hazırlanmasına layiqli töhfələr verəcəyinə inam ifadə olunub, ayrı-ayrı mütəxəssislərin təklif və tövsiyələri ətrafında müzakirələr aparılıb. Qərara alınıb ki, yaxın müddətdə dərs vəsaiti yenidən müzakirə olunsun və irəli sürülən bütün təkliflər mütəxəssislər tərəfindən dəyərləndirilsin.