Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

29 Yanvar 2010 - 04

 
 
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olublar
 

Yanvarın 23-də Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olmuşlar.

Dünyanın ən tanınmış ali təhsil ocaqlarından sayılan Moskva Dövlət Universitetinin Bakı filialında forum iştirakçıları təhsil ocağının fəaliyyəti ilə tanış olmuşlar. Bakı filialı haqda qonaqlara ətraflı məlumat verən rektor, professor Nərgiz Paşayeva burada filologiya, tətbiqi riyaziyyat, kimya və psixologiya fakültələrinin fəaliyyət göstərdiyini bildirmişdir. Nərgiz Paşayeva vurğulamışdır ki, bu universitetdə təhsil almaq istəyən gənclərin sayı çoxdur.

Rusiyalı qonaqların gəlişi ilə bağlı təşkil edilən tədbirdə professor Nərgiz Paşayeva Azərbaycan-Rusiya əlaqələrinin tarixindən söz açmışdır. Rektor Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumundan danışmış, bu tədbirin bir çox məsələləri müzakirə etmək üçün gözəl fürsət olduğunu demişdir.

Nərgiz Paşayeva onu da qeyd etmişdir ki, rusiyalı qonaqların məhz bu gün MDU-nun Bakı filialına gəlməsi əlamətdar haldır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması haqqında sərəncam məhz yanvarın 23-də verilmişdir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov Bakı filialının tribunasından çıxış etməyin onun üçün böyük şərəf olduğunu söyləmişdir. O, rəhbərlik etdiyi təhsil ocağının da Moskva Dövlət Universitetinin tərkibindən yarandığını demişdir. Qonaq Azərbaycan təhsilinin üstünlüklərindən danışaraq ölkəmizdə həm müəllim heyətinin, həm tələbələrin ali təhsilin məqsədlərinə sadiq olduqlarını bildirmişdir.

A.Torkunov Moskva Dövlət Universitetinin Bakı filialında həm Azərbaycan, həm rus, həm də Qərb mədəniyyətinin sintez şəklində birləşdiyini və bunun təqdirəlayiq hal olduğunu vurğulamışdır. Qonaq Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun və Azərbaycan Diplomatik Akademiyasının birgə proqramlarının reallaşması üçün müzakirələr apardığını bildirmişdir.

Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının rektoru Vladimir Yeqorov ölkəsinin ali təhsil məktəblərinin fəaliyyəti haqqında danışmışdır.

Forum iştirakçıları tələbələri maraqlandıran sualları cavablandırmışlar.

Rusiyalı qonaqlarla görüşdə vurğulanmışdır ki, onların səfəri ölkələrimiz arasında əsl dostluq münasibətlərinə gözəl töhfədir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Görüşdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov, "Russki Mir" Fondunun başçısı, RF-nin Azərbaycandakı sabiq səfiri Vasili İstratov və başqaları iştirak etmişlər.

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
29 Yanvar 2010 - 04
Y.Ə.Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olublar
 

Azərbaycan ilə Rusiyanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişlənir

 
Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-da çox mühüm sənəd yayıb
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Regionlarda təhsilin inkişaf perspektivlərilə əlaqədar Ağstafa, Qazax və Tovuz  rayonları təhsil işçilərinin iştirakı ilə müşavirə  keçirilib
 
Türkiyə-Azərbaycan təhsil əlaqələrini genişləndirmək üçün böyük potensial var Türkiyənin milli təhsil naziri xanım Nimet çubukçunun qəzetimizə müsahibəsi
 
Birinci qrupun birincisi
 
Dünya universitetləri: Tokio Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov