Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

29 Yanvar 2010 - ¹04

 
 
Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2010-2011-ci tədris ilində Almaniya Federativ Respublikasının ali məktəblərində təhsil almaq məqsədi ilə müsabiqədə iştirak etmək üçün elan
 

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti (DAAD) arasında imzalanmış Sazişə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli, 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Almaniya Federativ Respublikasının ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edilir.

Bakalavr pilləsində təhsil almaq üçün Azərbaycanın müvafiq universitetlərinin ikinci və ya üçüncü kurslarında təhsil alan və bakalavr pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 550 bal, digər sahələr üzrə ən azı 600 bal toplayan Azərbaycan Respublikası vətəndaşları müsabiqədə iştirak edə bilər.

Magistratura pilləsində təhsil almaq üçün 2009-2010-cu tədris ilində Azərbaycanın ali məktəblərinin bakalavr pilləsinin IV kursu və yaxud magistratura pilləsində təhsil alan və magistratura pilləsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 70 bal (və ya bunun ekvivalenti), digər sahələr üzrə ən azı 80 bal (və ya bunun ekvivalenti) toplayanlar, diplomdansonrakı tibb proqramlarında təhsil almaq üçün təhsil müddəti ərzində orta qiyməti 4.0-dan yuxarı olan tibb universitetinin sonuncu kurs tələbələri və ya məzunları  müsabiqədə iştirak edə bilər.

Azərbaycanda bakalavr pilləsi üzrə alınmış təhsil Almaniyada magistr pilləsinə qəbul olunarkən tanına bilər.

Azərbaycanda magistr pilləsi üzrə alınmış təhsil Almaniyada doktorantura pilləsinə qəbul olunarkən tanına bilər.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Müsabiqədə iştirak etmək üçün ərizə;

2. Əsaslandırma məktubu (2 dildə);

3. 2 ədəd tövsiyə məktubu (məktubun xüsusi forması

http://www.daad.de/imperia/md/content/de/foerderung/recommendation.pdf

saytından əldə edilir və iddiaçının təhsil aldığı ali məktəbin professor-müəllim heyəti tərəfindən doldurulur);

4. Ali məktəbə qəbul vaxtı TQDK tərəfindən topladığı bal haqqında arayış;

5. Ali məktəb tərəfindən verilən diplomun və diploma əlavənin alman və yaxud ingilis dilinə (ingilis dilində təhsil alacaq namizədlər) tərcümə olunmuş və notariat qaydada təsdiq edilmiş surəti;

6. Hazırda təhsil alan tələbələr ali məktəb tərəfindən verilən arayış və qiymət kitabçasından çıxarışın alman və yaxud ingilis dilinə (ingilis dilində təhsil alacaq namizədlər)  tərcümə olunmuş və notariat qaydada təsdiq edilmiş surəti;

7. Alman və yaxud ingilis dilini (ingilis dilində təhsil alacaq namizədlər) müvafiq ali məktəbin tələbləri səviyyəsində bilməsi haqqında zəruri sertifikatın surəti:

XTələbə alman dilini ən azı DSH 2 və ya TestDaf 4 səviyyələrində bilməlidir;

XAlman dili üzrə OnDaf testi (alman dili səviyyəsini müəyyən edən sınaq test) DAAD-nin Bakı İnformasiya Mərkəzində aparılır.

(OnDaf  alman dili üzrə  testi  barədə  məlumatları http://ic.daad.de/baku İnternet ünvanından və DAAD-nin İnformasiya Mərkəzindən əldə  etmək olar. (Azərbaycan Texniki Universiteti-H.Cavid prospekti 25, əlaqə telefonu 439 12 65)

Xİngilis dilində olan təhsil proqramları üçün tələbə TOEFL və ya digər müvafiq testlərdən keçməlidir;

XTibb təhsili yalnız alman dilində aparılır;

8. Xüsusi anket formasını çap edərək Təhsil Nazirliyinə təqdim etmək   

(https://scholarship.daad.de/obdva/www_echt/www/index.html?lang=de  və ya

https://scholarship.daad.de/obdva/www_echt/www/index.html?lang=en  saytlarından əldə etmək olar)

9. Tərcümeyi-hal (CV) (2 dildə);

10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil;

11. Sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);            

12. Şəxsiyyət vəsiqəsinin surəti. 

Maraqlananlar hər gün (şənbə, bazar günləri istisna olmaqla) saat 10.00-dan 17.30-dək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər. Sənədlərin təqdim edilməsi üçün son müddət - 25 fevral  2010-cu il saat 17.30-dək. 

QEYD: Alman dili üzrə Almaniyada əlavə hazırlıq kursunda təhsil tələb olunduğu təqdirdə müvafiq təhsil proqramına başlayanadək  tələb olunan bütün xərcləri tələbənin özü tərəfindən ödənilməlidir. 

Daha ətraflı məlumatları Təhsil Nazirliyinin

xaricdetehsil.edu.gov.az

İnternet ünvanından əldə etmək olar. 

Əlaqə telefonları: 496-33-11; 496-34-00

Ekspertlər: Sevinc İsmayılova (daxili nömrə 179)

Fidan Kərimova   (daxili nömrə 288)

Elnarə Hüseynova (daxili nömrə 184)

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Elanlar" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
29 Yanvar 2010 - ¹04
Y.Ə.Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında olublar
 

Azərbaycan ilə Rusiyanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişlənir

 
Azərbaycan nümayəndə heyətinin üzvü AŞPA-da çox mühüm sənəd yayıb
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Regionlarda təhsilin inkişaf perspektivlərilə əlaqədar Ağstafa, Qazax və Tovuz  rayonları təhsil işçilərinin iştirakı ilə müşavirə  keçirilib
 
Türkiyə-Azərbaycan təhsil əlaqələrini genişləndirmək üçün böyük potensial var Türkiyənin milli təhsil naziri xanım Nimet çubukçunun qəzetimizə müsahibəsi
 
Birinci qrupun birincisi
 
Dünya universitetləri: Tokio Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov