Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

5 Fevral 2010 - 05

 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün texnologiya fənni kurikulumu (V-IX siniflər)
Təhsil pillələri üzrə təlim nəticələri
 

Ümumi orta  təhsil pilləsində məzmun  xətləri  üzrə  təlim  nəticələri 

1. Emal texnologiyaları

Şagird:

          emal texnologiyalarının özünəməxsus xarakterik cəhətlərini şərh edir;

          emal prosesi üçün lazım olan materialları seçərək çeşidləyir və istifadə üçün hazırlayır;

          emal prosesinə hazırlıq mərhələsində nişanlama, kəsmə, biçmə, tikmə, qida məhsullarının emalı, birləşdirmə və quraşdırma bacarıqları nümayiş etdirir;

          emal texnologiyalarından istifadə edərək fərdi qaydada və qrup tərkibində müxtəlif məmulatlar hazırlayır, birgə fəaliyyət bacarıqları nümayiş etdirir;

          emal prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir;

          şəraitə və təbii imkanlara uyğun olaraq əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir*. 

2. Texnika elementləri

Şagird:

          texnoloji cihazları və alətləri təsnif edir, texnoloji maşınların növlərini, quruluşunu və iş prinsiplərini şərh edir;

          məişətdə istifadə edilən texnoloji avadanlıqları (maşınları, cihazları, qurğuları, alətləri) işə hazırlayır və onlara texniki qulluq edir;

          elektrik enerjisinin mahiyyətini, alınması, ölçülməsi və istifadəsi yollarını, elektrotexniki avadanlıqların (elektrotexniki, radio-elektron və avtomatik cihazların, qurğuların) iş prinsiplərini izah edir;

          elektrotexniki avadanlıqlardan istifadə edir və onlara xidmət bacarıqları nümayiş etdirir. 

3. Məişət mədəniyyəti

Şagird:

          ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, dizayn bacarıqları nümayiş etdirir;

          təlim-tədris və yaşayış yerinin, interyerin tərtibatı ilə bağlı təqdimatlar edir;

          ailə və onun büdcəsinin idarəolunması haqqında fikirlərini şərh edir;

          sadə təmir-tikinti və dekorativ bəzək işlərini yerinə yetirir. 

4. Qrafika

Şagird:

          məmulatın texniki spesifikasiyasını şərh edir;

          əşyanın qrafik təsvirini, detalların çertyojunu, əşya və detalların texnoloji xəritələrini çəkir və oxuyur;

          detalların birləşdirilməsi çertyojlarını və yığma çertyojlarını yerinə yetirir. 

Siniflər üzrə məzmun standartları 

V SİNİF

V sinfin sonunda şagird: 

          əl alətləri və ondan istifadə etməklə emal texnologiyalarını izah edir;

          əl alətləri və ondan istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, emal texnologiyaları seçir və məmulat hazırlayır;

          tərəvəz bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir*;

          elektrik enerjisinin mahiyyətini və onun alınması yollarını izah edir;

          sadə elektrik dövrəsi qurur;

          ailədə mədəni davranış və ünsiyyət qaydalarını, ailə büdcəsinin formalaşmasını şərh edir;

          yaşayış yerlərində sadə təmir işlərini yerinə yetirir;

          düzbucaqlı detalları olan məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Emal texnologiyaları

Şagird:

1.1.      Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.

1.1.1.   Əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir.

1.2.      Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.

1.2.1.   Əl alətlərindən istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir.

1.2.2.   Əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün iş ardıcıllığını müəyyənləşdirir.

1.2.3.   Əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir.

1.3.      Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar hazırlayır.

1.3.1.   Verilmiş materiallardan bir sadə detaldan ibarət məmulat hazırlayır.

1.3.2.   Bir sadə detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.

1.3.3.   Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.

1.3.4.   Məmulatların hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.

1.4.      Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir*.

1.4.1. Tərəvəz bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir. 

2. Texnika elementləri

Şagird:

2.1.      Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

2.1.1.   Əl alətlərini təsnif edir və növlərini sadalayır.

2.1.2.   Elektrik enerjisinin mahiyyətini, alınması yollarını izah edir.

2.2.      Texnoloji maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.

2.2.1.   Əl alətlərindən istifadə edir.

2.2.2.   Sadə elektrik mənbəyindən istifadə edərək elektrik dövrəsi qurur. 

3. Məişət mədəniyyəti

Şagird:

3.1.      Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.

3.1.1.   Ailədə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.

3.1.2.   Yaşayış yerində sadə təmir işlərini yerinə yetirir.

3.2.      Ailə və onun büdcəsinin idarəolunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1.   Ailə büdcəsi və onun formalaşmasını şərh edir. 

4. Qrafika

Şagird:

4.1.      Məmulatların texniki spesifikasiyasını şərh edir.

4.1.1.   Müxtəlif formalı detalları olan məmulatların spesifikasiyasını şərh edir.

4.2.      Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir.

4.2.1.   Düzbucaqlı detalları olan məmulatların qrafik təsvirini, çertyojlarını, texnoloji xəritəsini çəkir və oxuyur. 

VI SİNİF

VI sinfin sonunda şagird: 

          mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir;

          mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, uyğun texnologiya seçir və məmulat hazırlayır;

          meyvələrin yetişdirilməsi və tədarükü üzrə bilik və bacarıqlar nümayiş etdirir*;

          elektrik enerjisinin ötürülməsi və istifadəsi yollarını izah edir;

          cərəyan mənbəyindən istifadə etməklə elektrik dövrəsi qurur;

          məktəbdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, sadə təmir işlərini yerinə yetirir;

          ailə büdcəsinin müəyyənləşdirilməsi haqqında fikirlərini şərh edir;

          müxtəlif formalı detalları olan məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojlarını, texnoloji xəritələrini çəkir və oxuyur. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Emal texnologiyaları

Şagird:

1.1.      Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.

1.1.1.   Mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir.

1.2.      Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.

1.2.1.   Mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir.

1.2.2.   Mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.

1.2.3.   Mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir.

1.3.      Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar hazırlayır.

1.3.1. Verilmiş materialdan 2-3 detaldan ibarət məmulat hazırlayır.

1.3.2.   2-3 detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.

1.3.3.   Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.

1.3.4.   Məmulatların hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.

1.4.      Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir*.

1.4.1. Meyvələrin yetişdirilməsi və tədarükü üzrə bilik və bacarıqlar nümayiş etdirir. 

2. Texnika elementləri

Şagird:

2.1.      Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

2.1.1.   Mexanikləşdirilmiş əl alətlərinin iş prinsiplərini şərh edir.

2.1.2.   Elektrik enerjisinin ötürülməsi və istifadəsi yollarını izah edir.

2.2.      Texnoloji maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.

2.2.1.   Mexanikləşdirilmiş əl alətlərindən istifadə edir.

2.2.2.   Cərəyan mənbəyindən istifadə etməklə elektrik dövrəsi qurur. 

3. Məişət mədəniyyəti

Şagird:

3.1.      Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.

3.1.1.   Məktəbdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.

3.1.2.   Məktəbdə sadə təmir işlərini yerinə yetirir.

3.2.      Ailə və onun büdcəsinin idarəolunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1.   Ailə büdcəsinin müəyyənlədirilməsi haqqında fikirlərini şərh edir. 

4. Qrafika

Şagird:

4.1.      Məmulatların texniki spesifikasiyasını şərh edir.

4.1.1.   Düzbucaqlı detalları  olan məmulatların spesifikasiyasını şərh edir.

4.2.      Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir.

4.2.1.   Müxtəlif formalı detalları olan məmulatların qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur. 

VII SİNİF

VII sinfin sonunda şagird: 

          maşın, qurğu və dəzgahlardan istifadə etməklə emal texnologiyalarını izah edir;

          məmulatı hazırlamaq üçün iş yerini təşkil edir, ardıcıllığı müəyyənləşdirir, emal texnologiyaları seçir və məmulat hazırlayır;

          ev quşlarının bəslənməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir*;

          maşınları, qurğuları, dəzgahları təsnif edir, iş prinsiplərini şərh edir və onları idarə edir;

          elektrotexniki avadanlıqları dövrəyə qoşur, onlara xidmət göstərir;

          küçədə və nəqliyyatda mədəni davranış və ünsiyyət qaydalarını şərh edir;

          ailənin büdcəyə uyğun tələbatlarının müəyyənləşdirilməsi haqqında fikirlərini şərh edir;

          yaşayış yerində və məktəbdə sadə təmir işlərini yerinə yetirir;

          quraşdırma elementləri olan məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojlarını, texnoloji xəritəsini çəkir və oxuyur. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Emal texnologiyaları

Şagird:

1.1.      Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.

1.1.1.   Maşın, qurğu və dəzgahlardan istifadə etməklə emal texnologiyalarını izah edir.

1.2.      Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.

1.2.1.   Maşın, qurğu və dəzgahlardan istifadə etməklə məmulat hazırlamaq üçün iş yerini təşkil edir.

1.2.2.   Maşın, qurğu və dəzgahlardan istifadə etməklə məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.

1.2.3.   Maşın, qurğu və dəzgahlardan istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir.

1.3.      Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar hazırlayır.

1.3.1.   Verilmiş materialdan bir mürəkkəb detal  olan məmulat hazırlayır.

1.3.2.   Bir mürəkkəb detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.

1.3.3.   Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.

1.3.4.   Məmulatların hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.

1.4.      Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir*.

1.4.1.   Ev quşlarının bəslənməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir. 

2. Texnika elementləri

Şagird:

2.1.      Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

2.1.1.   Maşın, qurğu və dəzgahları təsnif edir, iş prinsipini şərh edir.

2.1.2.   Elektrotexniki avadanlıqların iş prinsipini izah edir.

2.2.      Texnoloji maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.

2.2.1.   Maşın, qurğu və cihazları idarə edir.

2.2.2.   Elektrotexniki avadanlıqları dövrəyə qoşur, onlara xidmət göstərir. 

3. Məişət mədəniyyəti

Şagird:

3.1.      Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.

3.1.1.   Küçədə və nəqliyyatda mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.

3.1.2.   Yaşayış yerində və məktəbdə sadə təmir işlərini yerinə yetirir.

3.2.      Ailə və onun büdcəsinin idarəolunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1.   Büdcəyə uyğun ailənin tələbatlarının müəyyənləşdirilməsi haqqında fikirlərini şərh edir. 

4. Qrafika

Şagird:

4.1.      Məmulatların texniki spesifikasiyasını şərh edir.

4.1.1.   Quraşdırma elementləri olan məmulatların spesifikasiyasını şərh edir.

4.2.      Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir.

4.2.1.   Quraşdırma elementləri olan məmulatların qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur.

VIII SİNİF

VIII sinfin sonunda şagird: 

          avtomat və yarımavtomat qurğulardan istifadə etməklə emal texnologiyalarını şərh edir;

          avtomat və yarımavtomat qurğulardan istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, uyğun texnologiya seçir və məmulat hazırlayır;

          ev heyvanlarının bəslənməsi texnologiyalarına aid bilik və bacarıqlar nümayiş etdirir*;

          avtomat və yarımavtomat qurğuların iş prinsipini şərh edir, onları dövrəyə qoşur, idarə edir;

          xidmət sahələrində mədəni davranış və ünsiyyət qaydalarını şərh edir;

          büdcəyə qənaət və şəxsi büdcə haqqında fikirlərini şərh edir;

          yaşayış yerində və məktəbdə sadə təmir-tikinti işlərini aparır, dekorativ bəzək işlərini yerinə yetirir;

          aksonometrik proyeksiyalarda verilmiş yuvarlaq detalları olan məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Emal texnologiyaları

Şagird:

1.1.      Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.

1.1.1.   Avtomat və yarımavtomat qurğulardan istifadə etməklə emal texnologiyalarını şərh edir.

1.2.      Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.

1.2.1.   Avtomat və yarımavtomat qurğulardan istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir.

1.2.2.   Avtomat və yarımavtomat qurğulardan istifadə etməklə məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.

1.2.3.   Avtomat və yarımavtomat qurğulardan istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir.

1.3.      Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar hazırlayır.

1.3.1.   Verilmiş materiallardan 2-3 mürəkkəb detaldan ibarət olan məmulat hazırlayır.

1.3.2.   2-3 mürəkkəb detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.

1.3.3.   Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.

1.3.4.   Məmulatların hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.

1.4.      Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir*.

1.4.1. Ev heyvanlarının bəslənməsi texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir. 

2. Texnika elementləri

Şagird:

2.1.      Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

2.1.1.   Avtomat və yarımavtomat qurğuların iş prinsipini şərh edir.

2.1.2.   Avtomatik cihaz və qurğuların iş prinsipini izah edir.

2.2.      Texnoloji maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.

2.2.1.   Avtomat və yarımavtomat qurğuları idarə edir.

2.2.2.   Avtomat cihaz və qurğuları dövrəyə qoşur, onlara xidmət edir. 

3. Məişət mədəniyyəti

Şagird:

3.1.      Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.

3.1.1.   Xidmət sahələrində mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.

3.1.2.   Yaşayış yerində və məktəbdə sadə təmir işlərini aparır, dekorativ bəzək işlərini  yerinə yetirir.

3.2.      Ailə və onun büdcəsinin idarəolunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1.   Büdcəyə qənaət və şəxsi büdcə haqqında fikirlərini şərh edir. 

4. Qrafika

Şagird:

4.1.      Məmulatların texniki spesifikasiyasını şərh edir.

4.1.1.   Aksonometrik proyeksiyalarda yuvarlaq detalları olan məmulatların spesifikasiyasını şərh edir.

4.2.      Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir.

4.2.1.   Aksonometrik proyeksiyalarda verilmiş yuvarlaq detalları olan məmulatların qrafik təsvirini, çertyojunu, çəkir və oxuyur. 

IX SİNİF

IX sinfin sonunda şagird: 

          elektron texnologiyalarından istifadəyə dair emal texnologiyalarını şərh edir;

          elektron texnologiyalarından istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, uyğun texnologiya seçir, məmulat hazırlayır;

          ev quşları və heyvanları üçün yem tədarükü və emalı texnologiyasına dair biliklər, bacarıqlar nümayiş etdirir*;

          elektron texnologiyalarla işləyən qurğu və cihazların iş prinsiplərini şərh edir, layihələr hazırlayır və təqdim edir;

          elektron texnologiyalarla işləyən qurğuları və cihazları dövrəyə qoşur və idarə edir;

          mədəniyyət ocaqlarında mədəni davranış və ünsiyyət qaydalarını şərh edir;

          ailə və onun büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin rolunu izah edir;

          yaşayış yeri və məktəbdə sadə təmir, dekorativ bəzək və interyer tərtibatı ilə bağlı təqdimatlar edir;

          müxtəlif birləşmələri olan məmulatların spesifikasiyasını şərh edir, qrafik təsvirini, çertyojlarını, texnoloji xəritəsini çəkir və oxuyur. 

Məzmun xətləri üzrə əsas və alt-standartlar 

1. Emal texnologiyaları

Şagird:

1.1.      Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş etdirir.

1.1.1.   Elektron texnologiyalarından istifadəyə dair emal texnologiyalarını şərh edir, təqdimatlar hazırlayır.

1.2.      Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.

1.2.1.   Elektron texnologiyalarından istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini təşkil edir.

1.2.2.   Elektron texnologiyalarından istifadə etməklə məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.

1.2.3.   Elektron texnologiyalarından istifadə etməklə məmulatın hazırlanması üçün uyğun emal texnologiyası seçir.

1.3.      Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) müxtəlif məmulatlar hazırlayır.

1.3.1.   Verilmiş materiallardan müxtəlif sayda detallardan ibarət məmulat hazırlayır.

1.3.2.   Materialları müxtəlif olan detallardan məmulat hazırlayarkən tərtibat bacarıqları nümayiş etdirir.

1.3.3.   Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birgə fəaliyyət bacarıqları nümayiş etdirir.

1.3.4.   Məmulatların hazırlanması prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.

1.4.      Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir*.

1.4.1. Ev quşları və heyvanlar üçün yem tədarükü və emalı texnologiyasına aid bilik və bacarıqlar nümayiş etdirir. 

2. Texnika elementləri

Şagird:

2.1.      Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir.

2.1.1.   Elektron texnologiyalarla işləyən qurğuların iş prinsipini şərh edir.

2.1.2.   Elektron cihazların iş prinsipini izah edir, layihələr hazırlayır və təqdim edir.

2.2.      Texnoloji maşın,  cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir.

2.2.1.   Elektron texnologiyalarla işləyən qurğuları idarə edir.

2.2.2.   Elektron cihazları dövrəyə qoşur, onlara xidmət edir. 

3. Məişət mədəniyyəti

Şagird:

3.1.      Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini nümayiş etdirir.

3.1.1.   Mədəniyyət ocaqlarında mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.

3.1.2.   Yaşayış yerində və məktəbdə sadə təmir, dekorativ, bəzək və interyer tərtibatı ilə bağlı təqdimatlar edir.

3.2.      Ailə və onun büdcəsinin idarəolunması haqqında bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1.   Ailə və onun büdcəsinin formalaşmasında sahibkarlıq fəaliyyətinin rolunu izah edir. 

4. Qrafika

Şagird:

4.1.      Məmulatların texniki spesifikasiyasını şərh edir.

4.1.1.   Müxtəlif birləşmələri olan məmulatların spesifikasiyasını şərh edir.

4.2.      Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqlarını nümayiş etdirir.

4.2.1.   Müxtəlif birləşmələri olan məmulatların qrafik təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur. 

(Ardı var)

* Kənd məktəbləri üçün nəzərdə tutulur. 

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
5 Fevral 2010 - 05
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Bakıda zona müşavirəsi keçirib
 

Universal "alim"

 
Gürcüstan ombudsmanının aparatında Azərbaycanlı Tələbələr Assosiasiyasının təqdimatı keçirilib
 
Müasir elmin korifeyi
 
Yeni fənn kurikulumlarının tətbiqinə dair respublika seminarı
 
Bu il doqquzuncu siniflərdə də buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün texnologiya fənni kurikulumu (V-IX siniflər) Təhsil pillələri üzrə təlim nəticələri
 
Peşə təhsili məktəblərindən yüz şagird Skills@Work Milli Finalında yarışıb
 
"SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası gənclərin sosial problemlərinin həllinə xüsusi diqqət yetirir
 
Qırğızıstanda fəaliyyət göstərən Beynəlxalq Atatürk-Alatoo  Universitetində Azərbaycan ədəbiyyatı fakültəsi açılıb
 
Gənclər üçün Təhsil Mərkəzinin təşkil etdiyi müsabiqənin nəticələri açıqlanıb
 
"Tələbələrin liderlik imkanlarının artırılması" layihəsi həyata keçirilir
 
Tərcümə xidməti  bölməsi fəaliyyətə başlayıb
 
ADPU-da aspirant, doktorant və dissertantların müşavirəsi keçirilib
 
Peşə təhsilinin inkişafı ilə əlaqədar seminar keçirilib
 
Dünya universitetləri: London Kral Kolleci
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov