Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

21 May 2010 - 19

 

İKT üzrə təlimlərə dair təqdimat

Bookmark and Share

Mayın 15-də Təhsil Nazirliyində "Mədəd" təşkilatının İKT-nin təhsilə tətbiqi üzrə təlimlərə dair təqdimatı keçirildi. Təhsil Nazirliyinin rəhbər işçilərinin, İKT sahəsində fəaliyyət göstərən qurumların nümayəndələrinin və müvafiq təlim kurslarından keçmiş təhsil işçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov son illər ölkəmizin təhsil sistemində həyata keçirilən tədbirlər sırasında İKT-nin təhsilə tətbiqini xüsusi qeyd edib, bu sahədə aparılan  işlərin təhsil ictimaiyyətini razı saldığını söylədi. Görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat verən nazir bildirdi ki, ölkə Prezidentinin 2004-cü il 21 avqust tarixli 353 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)" təsdiq olunmuş, üç il ərzində proqramın həyata keçirilməsi üçün dövlət büdcəsindən 30 milyon manat vəsait ayrılmışdır. Ayrılmış vəsaitin 80,6 faizinin texniki avadanlıqların alınmasına, 15 faizinin elektron tədris vəsaitlərinin hazırlanmasına, 4,0 faizinin təlimlərin keçirilməsinə, 0,4 faizinin isə proqramın idarə edilməsinə sərf olunduğunu deyən təhsil naziri proqram çərçivəsində 3693 məktəbə 31677 kompüter, 1103 noutbuk və proyektor dəsti, 2059 UPS, 2060 çap qurğusu və digər İKT avadanlığı, 28661 kompüter masası və  23346 stul verildiyini, məktəblərdə 1722 kompüter sinfinin yaradıldığını diqqətə çatdırdı.

Elektron tədris vəsaitlərinin yaradılması, müəllimlərin İKT üzrə təlim kurslarına cəlbi istiqamətində atılmış addımlardan bəhs edən nazir Azərbaycan tarixi fənni üzrə 20 adda 37900, kimya fənni üzrə 8 adda 15160, biologiya fənni üzrə 12 adda 22740, fizika fənni üzrə 3 adda 10200 nüsxə elektron vəsaitin hazırlandığını, yerli və beynəlxalq təşkilatlar tərəfindən 20000 nəfər müəllimin treninqlərdən keçdiyini söylədi.

Sonra Misir Mərdanov ölkə Prezidentinin 2008-ci il 10 iyun tarixli 2856 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində görülən işlər barədə məlumat verərək bir sıra statistik rəqəmləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Nazir bildirdi ki, həmin proqrama uyğun olaraq 2008-2009-cu illərdə Məlumat və Resurs Mərkəzi yaradılmış, 20 məktəb "Elektron məktəb" pilot layihəsinə qoşulmuşdur. 2005-ci ildə "Elektron məktəb"lərə verilmiş 226 dəst kompüter avadanlığı götürülərək modernləşdirilmiş və digər rayonların təhsil şöbələrinə çatdırılmışdır, əvəzində isə həmin məktəblərə 300 yeni kompüter paylanmışdır.

Daha sonra nazir Bakı və Sumqayıt şəhərlərindən "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində seçilmiş məktəblərə Təhsil Nazirliyi tərəfindən 236, "İntel" Şirkəti tərəfindən 100 ədəd netbukun hədiyyə olunduğunu vurğuladı. Nazir habelə ikinci Dövlət Proqramı çərçivəsində kompüterlərin lisenziyalı proqramlarla təmin olunduğunu, 500 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulduğunu, Milli Təhsil Portalının yaradıldığını, 5800 nəfər inzibati idarəetmə, 25180 nəfər pedaqoji və 800 nəfər texniki heyətin təlimlərə cəlb olunduğunu, təhsil sisteminin informasiyalaşdırılması üzrə normativ-hüquqi sənədlərin hazırlandığını, ölkə üzrə ümumtəhsil məktəblərinə personal kompüterlər və 200 noutbuk və proyektor dəsti paylandığını, bütün bu işlərin görülməsi üçün 2008-ci ildə 8 milyon 353 min, 2009-cu ildə isə 14 milyon 980 min manat vəsait xərcləndiyini bildirdi.

Təhsil naziri çıxışında 2010-cu ildə Dövlət Proqramı çərçivəsində görülməsi nəzərdə tutulan işlərə də toxundu və qeyd etdi ki, bu il Azərbaycan Təhsil Şəbəkəsinə əlavə olaraq 400 təhsil müəssisəsinin qoşulması və onların sürətli İnternetə çıxışla təmin olunması, 2000 nəfər inzibati idarəetmə, 2000 nəfər "Elektron məktəb" layihəsinə qoşulmuş məktəblərin, 23000 nəfər isə digər pedaqoji heyətin təlimlərə cəlb olunması, Bakı və Sumqayıt şəhərlərinə 2005-ci ildə verilmiş kompüterlərin 1500 ədədinin modernləşdirilib digər regionlara göndərilməsi və həmin müəssisələrə bir o qədər kompüterin verilməsi, "Elektron məktəb" layihəsinə regionlardan daha 10 məktəbin əlavə olunması, "1 şagird - 1 kompüter" layihəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə əlavə 1500 netbukun verilməsi planlaşdırılıb.

Təhsil naziri çıxışının sonunda onu da vurğuladı ki, məktəblərə verilən İKT avadanlığı nə qədər çox və müasir olsa da onlardan istifadənin səmərəliliyi, ilk növbədə, müəllimlərdən, onların bu işə necə hazırlanmasından asılıdır. Bu baxımdan müəllimlərin İKT üzrə müvafiq treninqlərdən keçirilməsinin ən vacib işlərdən biri olduğunu söyləyən təhsil naziri indiyədək bu işlə "Mədəd" təşkilatının məşğul olduğunu, bu təşkilatın təhsildə İKT-nin tətbiqi üzrə işlərin həyata keçirilməsində mühüm xidmətləri olduğunu bildirdi və görülmüş işlər barədə tədbir iştirakçılarını da ətraflı məlumatlandırmaq üçün sözü "Mədəd" təşkilatının rəhbəri Emil Məmmədova verdi.

Tədbirdə Emil Məmmədov və "Mədəd" təşkilatının məsləhətçisi Ülkər Babayeva təmsil etdikləri qurumun tarixi, məqsədi və fəaliyyət istiqamətləri, son 5 ildə gördüyü işlər barədə geniş təqdimatla çıxış etdilər.

Təqdimatda bildirildi ki, fəaliyyət göstərdiyi dövr ərzində "Mədəd" təşkilatı bir sıra beynəlxalq qurumlarla, o cümlədən "İntel", "Ultra" və b. ilə əməkdaşlıq əlaqələri qurmuşdur.

Təqdimatçılar təşkilatın təhsildəki fəaliyyətinə diqqəti yönəldərək həmin fəaliyyətin təkmilləşdirməni, pedaqoji ali təhsili, inzibati heyəti, metodistləri, elektron təhsil vəsaitlərini, qüsurlu uşaqları, onlayn icmanı əhatə etdiyini söylədilər. Qeyd olundu ki, "Mədəd" təşkilatı öz fəaliyyətini iki istiqamət üzrə qurub, həyata keçirir. Bunlar beynəlxalq təcrübənin öyrənilməsi və bu təcrübənin Azərbaycanda tətbiqidir.

Təqdimatda hər iki istiqamət üzrə ayrıca məlumat verildi. Bildirildi ki, təşkilat tərəfindən 2003-2006-cı illər ərzində beynəlxalq təcrübə ilə tanışlıq məqsədi ilə araşdırma aparılıb.

Sonra təqdimatda Azərbaycan təcrübəsindən bəhs olundu. Qeyd edildi ki, "Mədəd"in ölkənin təhsil sistemində İKT üzrə təşkil etdiyi təlimlərdə məqsəd şəxsiyyətyönümlü və interaktiv təlim metodlarına, fənn tədris proqramlarına əsaslanma, pedaqoji və informasiya texnologiyalarından səmərəli istifadə, müəllimlərin həm öyrədən, həm də öyrənən kimi iştirak etmələri, dərsin tədqiqat üsulu vasitəsi ilə qurulmasıdır.

Təqdimatda habelə müəllimlərin peşə səviyyəsinin təkmilləşdirilməsi, inzibati idarə heyəti üçün İKT-nin təhsilə tətbiqi və idarəetmə sistemləri üzrə təlim, "Elektron məktəb" layihəsi üçün seçilmiş pilot məktəblərdə təlimin hər biri haqqında ayrıca məlumat verildi. Müəllimlərin təlimdən əvvəlki və sonrakı vəziyyəti müqayisəli şəkildə diqqətə çatdırıldı, müəllim və şagirdlərin nailiyyətləri qeyd olundu.

Təqdimatda 2005-ci ildən bəri keçirilən təlimlər haqqında bəzi rəqəmlər misal gətirildi. Qeyd olundu ki, təlimlər ölkənin 36 bölgəsinin 2500 məktəbini əhatə edib və 90 təlim mərkəzində aparılıb. Son iki il ərzində İKT üzrə təlim keçmiş müəllimlərin 95 nəfəri "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olub.

Tədbirin sonunda bu sahədə fəaliyyəti daha da təkmilləşdirmək və səmərəli etmək üçün təkliflər irəli sürüldü, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Bakıdakı 220 nömrəli orta məktəbin direktoru Almaz Əsgərova "Mədəd" təşkilatının xətti ilə görülən işlər haqqında danışdılar. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

21 May 2010 - 19

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ə.A.Əsgərova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Ümumtəhsil məktəblərində "Son zəng" tədbirinin  keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi 
 
İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransı başa çatdı
 
Bakı Dövlət Universitetində Atatürkün xatirəsi anılıb
 
Şirvan şəhərindəki məktəblilərə dərsliklər paylanıb
 
"Elektron təhsil" respublika müsabiqəsinə 347 layihə təqdim olunub
 
Ötən ay Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə 1003 müraciət daxil olub
 
Tovuzda yeni məktəb binası inşa olunur
 
"Gənclik - bərabər imkanlar" layihəsi çərçivəsində debat keçirilib
 
Mayın 20-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ali təhsil nazirinin birinci müavini  Məhəmməd Cabir Əbu Ali, bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqədir Mənsur və Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Darvişlə görüşüb.
 
İKT üzrə təlimlərə dair təqdimat
 
Bakı təhsilinə həsr olunmuş ilk sərgi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Braziliyada təhsil
 
Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının qalibləri mükafatlandırıldılar
 
Beynəlxalq maliyyə hesabatları standartları ilə bağlı təlimlərə başlanıldı
 
ADU Norveçin Aqder Universiteti ilə əlaqələrini genişləndirir
 
Əcnəbi mütəxəssis tələbə və müəllimlər üçün təqdimat keçirib
 
Xarici tələbələrin məzun günü qeyd olundu
 
Qabaqcıl təhsil işçisi
 
Azərbaycanda jurnalistika tədrisinin inkişafına dair beynəlxalq konfrans
 
Azərbaycan Müəllimlər İnstitutu Fransadan əlavə təhsil sistemini öyrənir
 
Müəllim nüfuzuna həsr olunmuş mətbuat konfransı
 
Pedaqoji fakültənin tələbələri üçün fiziki tərbiyədən ilk dərs vəsaiti
 
Əməkdar müəllim
 
Yeni təlim metodları dərsin səmərəliliyini artırır
 
Blaband kənd məktəbində bir muzey var
 
Zəngilan məktəbində Milli Qəhrəmanla görüş
 
Beynəlxalq musiqi müsabiqəsinin qalibi
 
İbtidai siniflərdə şagirdlər İKT biliklərinə həvəslə yiyələnirlər
 
Xalq şairi Nəriman Həsənzadə ilə görüş
 
Uşaqlara həsr olunmuş kitab
 
Futbol üzrə III respublika çempionatının açılış mərasimi
 
Dünya universitetləri: Fransa Politexnik Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov