Seminarda
18 nömrəli Bakı Peşə Liseyinin direktoru Rəhim
Ağamalıyev müəssisənin bugünkü mövcud vəziyyəti
haqqında ümumi məlumat verib.
O qeyd edib ki, ilk növbədə müəssisəmiz mühəndis
- pedaqoji kadrların ixtisasartırılmasına
diqqət edərək, baş verən dəyişikliklərə uyğun
inkişaf istiqamətlərini müəyyənləşdirəcək,
müxtəlif dövlət və qeyri-dövlət təşkilatları
arasında əlaqələr yaratmaq sahəsində təkmil
sistem formalaşdıracaq.
Seminar Təhsil Nazirliyi Texniki peşə təhsili
şöbəsi tərəfindən hazırlanan təqdimatla davam
etdirilib.
Seminarda bir sıra məsələlər ətraflı şərh
edilib.
Cəmiyyətdə yeni ictimai münasibətlərin
yaranması, planlı iqtisadiyyatdan bazar
iqtisadiyyatına keçid, dünya təhsil sisteminə
inteqrasiya, informasiya əsrinin tələbləri,
təhsilin məqsəd və vəzifələrinə yeni baxış və
yanaşmaların formalaşması, mövcud təhsil
proqramlarının müasir tələblərə cavab verməməsi
kurikulum islahatını zəruri edən səbəblər kimi
göstərilib.
İlk peşə-ixtisas təhsili kurikulumunun
strukturunun tələbinə uyğun məzmunun seçilməsi,
onun həyata keçirilməsi, məzmunun şagirdlərə
öyrədilməsi məqsədilə təlim strategiyalarının
seçilməsi və nəticə olaraq şagird
nailiyyətlərinin qiymətləndirilməsi mexanizmi
təqdim olunub.
İştirakçilar belə seminarı təşkil etdiyinə görə
Təhsil Nazirliyinin rəhbərliyinə öz təşəkkürünu
bildiriblər.
Elxan CƏFƏROV,
Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin
aparıcı məsləhətçisi |