Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Universitetdən bildirilib ki,  ali məktəbin  rektoru, professor Mustafa Babanlı ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov arasında imzalanan sənəd ADNSU-nun Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Ekologiya mühəndisliyi və Mədən mühəndisliyi ixtisasları üzrə təhsilini başa vuran baklavrların müsabiqə yolu ilə agentlikdə işlə təmin olunmasını nəzərdə tutur.

 

Görüşdə həmçinin, tərəflər arasında birgə layihələrin icra olunması, elmi- tədqiqat işlərinin aparılması kimi məsələlər də müzakirə edilib.