1 fevral-16 mart 2021-ci il tarixlərini əhatə edən “Sehirli Novruz” adlı virtual rəsm sərgisi keçirilib.


Sərgi Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” (Mənim Yolum) Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.


Sərginin keçirilməsində məqsəd Amerikada yaşayan uşaqlara Novruz bayramının adət-ənənələrini, milli dəyərlərimizi öyrətmək, istedadlı uşaqları üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub.


Çəkilən rəsmlərdə bayram adət-ənənələri, atributları, yazın gəlişi əks olunub. Sərgiyə hər iki ölkənin məktəbliləri tərəfindən 60-a yaxın rəsm işi təqdim edilib. Virtual sərgi sosial şəbəkələr vasitəsilə yayımlanıb.