Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində cari tədris ilində təhsil alan IX sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədi ilə regiondaxili sınaq imtahanı keçirilib.

 

RTİ-dən aldığımız məlumata görə,  ümumtəhsil müəssisələrində təhsil alan IX sinif şagirdlərindən Lənkəran rayonu üzrə 2651, Astara rayonu üzrə 1445, Yardımlı rayonu üzrə 565, Masallı rayonu üzrə 2490, Cəlilabad rayonu üzrə 2650, Lerik rayonu üzrə 528 nəfər, ümumilikdə 10329 şagird sınaq imtahanında iştirak edib.

 

Bildirilib ki, buraxılış fənləri üzrə sınaq imtahanı Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində olan 6 rayon üzrə 43 mərkəzdə keçirilib.

 

Şakir CƏFƏROV