Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası uğurla davam edir.

 

Universitetdən bildirilib ki, 9-14 yanvar tarixlərini əhatə edən növbəti imtahan həftəsində bakalavriat səviyyəsində  178 qrup üzrə 2836 tələbə, ümumilikdə 214 imtahanda iştirak edib. Müvəffəqiyyət göstəricisi 98,2% olub. Tələbələr tərəfindən Apelyasiya Komissiyasına müraciət daxil olmayıb.

 

Magistratura səviyyəsində 29 qrup üzrə ümumilikdə 34 imtahan keçirilib. Magistrantların müvəffəqiyyət göstəricisi 99,0% olub.

 

Sessiya ərzində İmtahan Qərargahının, “Qaynar xətt”in və Apelyasiya Komissiyasının fəaliyyəti təmin olunub. Əməkdaşlardan ibarət “İmtahanlara dəstək qrupu” imtahan prosesinin səmərəli təşkilində mühüm rol oynayır. Valideynlərin və ictimaiyyət nümayəndələrinin imtahan sessiyasında iştirakı təmin edilib. Hər həftə keçirilən “Açıq qapı” günündə tələbələri və valideynləri maraqlandıran suallar universitet rektoru tərəfindən cavablandırılır.

 

İmtahan sessiyası  fevralın 1-dək davam edəcək.