Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetində fövqəladə hallarla bağlı davranış qaydalarına dair maarifləndirici tədbir keçirilib.

 

Nazirliyin Fövqəladə halların xəbərdar edilməsi, nəticələrinin aradan qaldırılması və Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarələri əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin məqsədi baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

 

Tədbirdə fövqəladə halların təsnifatı, muxtar respublika üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları, dəm qazı təhlükəsi haqda ətraflı məlumat verilib, nazirliyin “112” qaynar telefon xəttinin təyinatı izah olunub.

 

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.