4 fevral 2024-cü il tarixində keçirilən Respublika Fənn Olimpiadalarının (RFO) respublika mərhələsinin yarımfinal turunun nəticələri açıqlanıb.

 

Təhsil İnstitutundan bildirilib ki, şagirdlər nəticələri barədə   www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.

 

Qeyd edək ki, respublika mərhələsinin yarımfinal turunun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected]elektron ünvanına yazılı şəkildə göndərilməlidir.

 

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

 

Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.