Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aynurə Kərimova, Almaniyanın Heydelberq Universitetinin Mannhaym Tibb Mərkəzinin əməkdaşları, professorlar Vüqar Yaqublu və Kristof Reissfelder, İtaliyanın Fraskati Milli Laboratoriyasının əməkdaşı, professor Stefano Belluçinin həmmüəllifi olduqları “İnsan kolon karsinoma hüceyrələrində şişə qarşı effektivliyi artırmaq üçün xrizin yüklənmiş dəmir-oksid nanohissəciklərinin səthinin müxtəlif modifikasiya strategiyaları” (“Surface Modification Strategies for Chrysin-Loaded Iron Oxide Nanoparticles to Boost Their Anti-Tumor Efficacy in Human Colon Carcinoma Cells”) adlı məqalə “Web of Science” bazasında Q2 kateqoriyalı “Journal of Functional Biomaterials” (IF: 4.8) jurnalında dərc olunub.  

 

https://www.mdpi.com/2676050

 

Məqalədə  müxtəlif örtük materialları ilə funksionallaşdırılmış və üzərinə dərman maddəsi yüklənmiş dəmir oksid nanohissəciklərinin quruluş xüsusiyyətləri, dərman yükləmə effektivliyi və xərçəng əleyhinə təsiri araşdırılıb.