Bu yeniliyi Bakıdakı 13 nömrəli tam orta məktəbin şagirdləri reallaşdırıb


Məktəblilər dərs vaxtı SKYPE –la danışdılar. Onlar bu işə əvvəlcə ölkə daxilindəki məktəblərdən başladılar. Bu yeniliyi  Bakıdakı 13 nömrəli tam orta məktəbin şagirdləri reallaşdırıblar. Respublikada ilk dəfə olaraq ingilis dilində danışıq klubu 13 nömrəli tam otra məktəbdə yaradılıb. Klubda bu dəfə VII sinif şagirləri iştirak edərək danışıq qabiliyyətlərini inkişaf etdirməyə çalışıblar.   Məktəbin  “Kiçik Akademiya”sının nəzdində fəaliyyət göstərən ingilis dilində danışıq klubu növbəti “Hobbimiz nədir? ”mövzusunu XXI əsr ümumtəhsil məktəbinin şagirdləri ilə SKYPE vasitəsi ilə canlı müzakirə ediblər.  

 

Şagirlərin canlı ünsiyyətini  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları Səkinə Ağalarova, Rəhman Baxşəliyev, İT və kurikulum üzrə mütəxəssis Abdulla Qəhrəmanov,Uğur üçün Tədris” (SPEX) layihəsi üzrə “British Council”ın təlimçisi Günay Qurbanova, ADU-nin ingilis dili müəllimi Nigar Bəşirova , 182 nömrəli  tam orta məktəbin direktoru Zinyət Tağıyeva, 52 nomrəli  tam orta məktəbin direktoru Elmira Ələsgərova, ingilis dili müəllimləri və  KİV nümayəndələri izləyiblər.

 

Tədbir haqqında iştirakçılara ətraflı məlumat verən ingilis dili müəllimi Sevda Ağazadə bildirib ki, məktəbdə yaradılan danışıq kilubları gələcəkdə bir az da genişlənərək daha yuxarı sinif şagirlərini də əhatə edəcək: “Burada əsas məqsəd ondan ibarətdir ki, uşaqlar öz fikirlərini ingilis dilində daha aydın və sərbəst şəkildə ifadə edə bilsinlər. Onlar bir-biri ilə görüntülü şəkildə danışaraq istənilən mövzunu rahatlıqla müzakirə etsinlər”.

 

Çıxış edənlər Ingilis diliində aparılan  şagirlər arasında dialoqun, hər hansı bir mövzu ətrafında fikir ayrılıqlarının olmasını müsbət dəyərləndirərək bunun  təhsilin və biliyin səviyyəsini artırmaq, ingilis dili dərslərini  şagirdlərə sevdirmək  üçün müəllim və şagird arasında rahat ünsiyyət qurması istiqamətində müsbər  addım olaraq qiymətləndiriblər.

 

Rəşad ZİYADOV