Bu günlərdə Boks Mərkəzində keçirilən gənclər arasında boks üzrə Azərbaycan çempioanatı başa çatıb. Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 35 komandanın qatıldığı yarışda 150-yə yaxın idmançı mükafatlarlar uğrunda mübarizə aparıb.

 

5 gün davam edən çempioanatda 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub, gənclər arasında  ölkənin ən güclülərinin adlarına aydınlıq gəlib.

 

Belə ki, “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası bütün çəki dərəcələri üzrə çempioanatda təmsil olunaraq yüksək nəticələr əldə ediblər. 69 kq çəki dərəcəsində Səlim Səlimov və 60 kq çəki dərəcəsində Eldar Babayev I yerə, 52 kq çəki dərəcəsində Əli Zamanov, 75 kq çəki dərəcəsində  İqor Platov və 91 kq çəki dərəcəsində  Akif Həsənov II yerə, 49 kq çəki dərəcəsində  Laçın Mirzəzadə,  64 kq çəki dərəcəsində Elmir Novruzov, 91 kq çəki dərəcəsində isə Elgün Nəsirli III yerə layiq görülüb.

 

Komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi birinci yeri tutub. İkinci yeri  Daxili İşlər Nazirliyinin İdman Klubu, üçüncü yerə isə  “Baku Fight Lab” İdman Klubu  layiq görülüb.

 

 

Rəşad ZİYADOV