
“2025-2026-ci tədris ili üzrə uşaqların 1-ci sinfə qəbul prosesinə mayın 6-da start verilib. İndiyədək 121 min uşağın birinci sinfə qəbulu yekunlaşıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün təşkil edilmiş brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli səsləndirib.
O qeyd edib ki, proses ilkin mərhələdə Bakı və digər regionlarda prioritet tətbiq olunmaqla həyata keçirilib. Hazırda hər kəs məktəbəqəbul.edu.az platformasına daxil olmaqla seçdikləri məktəb və müəllim üzrə, boş yer olduğu təqdirdə, tədris Azərbaycan və digər dillərdə aparılan ümumi təhsil müəssisələrinə sorğularını yerləşdirə bilər. Proses 12 sentyabra qədər davam edəcək, bu müddət ərzində sorğularını yerləşdirmiş valideynlər sənədlərini məktəblərə təqdim edə bilərlər:
“Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2025-2026-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər