Bütün xəbərlər
30 iyul, 14:12

Bu gün Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı üzrə yeni emalatxanaların və Mükəmməllik Mərkəzinin açılış mərasimi keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı, bp şirkəti və tərəfdaşlarının maliyyə dəstəyi, “WorldSkills Azərbaycan” İctimai Birliyinin icrası ilə həyata keçirilən layihə çərçivəsində baş tutub.

Layihənin əsas məqsədi peşə təhsili müəssisələrində bərpa olunan enerji texnologiyaları üzrə təlim imkanlarını genişləndirmək, tələbələrin müasir praktik bacarıqlara yiyələnməsini təmin etmək və ölkədə yaşıl enerji sektorunun inkişafına töhfə verməkdir.

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və digər qonaqlar iştirak ediblər.

Yeni yaradılmış emalatxanalar günəş və külək enerjisi sistemləri, hibrid enerji qurğuları, simulyasiya proqramları, SCADA hava stansiyası, Günəş enerjisi simulyatoru, elektrikli avtomobil şarj cihazları və digər müasir avadanlıqlarla təchiz olunub, tələbə və təhsilverənlərə real ssenarilər əsasında praktiki öyrənmə imkanları yaradır.

Layihə çərçivəsində həmçinin “İqlim dəyişiklikləri və ətraf mühit” adlı yeni tədris modulu hazırlanıb. 

1 /8

Şərhlər

Xəbər lenti

31 iyul, 09:31

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi başladı

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.