
“Uşaqların məktəbəqədər təhsilə cəlb olunması onların psixoloji, sosial və idrak inkişafını stimullaşdırmaqla yanaşı, ümumi təhsilə daha çevik adaptasiyasını təmin edir. Bu mərhələdə formalaşan ilkin öyrənmə vərdişləri və davranış modelləri, sonrakı təhsil pillələrində akademik nailiyyətlərə birbaşa təsir göstərir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri bu gün keçirilmiş brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova səsləndirib.
O bildirib ki, beynəlxalq qiymətləndirmələr və elmi araşdırmalar məktəbəqədər təhsilin uşaqların inkişafı üçün həlledici mərhələ olduğunu təsdiqləyir:
“Bu yaş dövründə uşaqların dil bacarıqları, yaddaşı, məntiqi düşüncəsi və problemləri həll etmə qabiliyyətləri inkişaf edir. Eyni zamanda, empatiya, əməkdaşlıq, liderlik kimi sosial bacarıqlar da bu dövrdə formalaşır. Məktəbəqədər təhsil uşaqlarda öz bacarıqlarına inamı artırır, müstəqillik hissi formalaşdırır və məktəbə keçidi asanlaşdırır. Bu, sadəcə bir mərhələ deyil, həm də uşağın şəxsiyyətinin formalaşdığı və uğurlu gələcək üçün əsasın qoyulduğu dövrdür”.
İlahə Rəsulova əlavə edib ki, bu baxımdan məktəbəqədər təhsilin genişləndirilməsi və keyfiyyətinin artırılması prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər