Bütün xəbərlər
25 iyul, 12:55

Məlumat verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. Hər iki ixtisas qrupu üzrə maksimal nəticə göstərən abituriyentlərin adları da açıqlanıb.

“Azərbaycan müəllimi” qəzeti uğurlu nəticələri ilə seçilən məzunlarla həmsöhbət olub.

“Məqsədim gələcəkdə kibertəhlükəsizlik sahəsində mütəxəssis olmaqdır”

Əbdülhəsən Məmmədov Bakı şəhəri 64 nömrəli tam orta məktəbin məzunudur. Ümumi topladığı bal 696,7-dir, blok imtahanında isə maksimal nəticə göstərib – 400 bal toplayıb. Qeyd edir ki, hədəfi 700 bal toplamaq olub, lakin buraxılış imtahanında maksimum nəticə göstərə bilməyib.
Əbdülhəsənin sözlərinə görə, yüksək bal toplamağının əsas səbəbi vaxtı düzgün bölməsi və çox çalışmasıdır:

“Məqsədim gələcəkdə kibertəhlükəsizlik sahəsində mütəxəssis olmaqdır. Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə oxumaq istəyirəm. Yüksək bal toplamağımda mənə dəstək olan müəllim və valideynlərimə təşəkkür edirəm”.

Uğurlu məzun yalnız dərslərində deyil, idman sahəsində də fərqlənir. O, “Zirə” klubunda peşəkar futbolla məşğuldur və idmanda da bir sıra uğurlar əldə edib.

“Hesab edirəm ki, insan qarşısına məqsəd qoyub düzgün çalışdıqda ona nail olur”

Zeynəb Ağaməmmədova Bakı şəhəri 53 nömrəli tam orta məktəbin məzunudur. İmtahanın birinci mərhələsində 286,7, qəbul imtahanında isə 400 bal nəticə göstərib.

Zeynəb bildirir ki, I sinifdən XI sinfədək məktəbi əla qiymətlərlə oxuyub:

“Əzmim, biliyim, zəhmətimlə hər zaman yaşıdlarımdan fərqlənmişəm. Məktəbdə oxuduğum dövrdə Bakı Elm Olimpiadasında 2 və 3-cü yerlərə layiq görülmüşəm. IX sinfin buraxılış imtahanından 294,1 bal toplayanda daha da əmin oldum ki, XI sinifdə də maksimal nəticə göstərəcəyəm. Bu balı toplamaq üçün çox əziyyət çəkdim. Şükürlər olsun ki, yuxusuz gecələrimin mükafatını aldım!”

Məqsədyönlü abituriyent əlavə edir ki, gününün böyük hissəsini dərs oxumağa ayırıb, lakin boş vaxtlarında rəsm çəkməklə də məşğul olub:
“Ən sevdiyim fənn riyaziyyatdır. Hesab edirəm ki, insan qarşısına məqsəd qoyub düzgün çalışdıqda ona nail olur. Mən də bunu bacaracağımı bildiyim üçün yolumdan heç vaxt dönmədim və qürurluyam ki, bunu bacardım! Azərbaycan Tibb Universitetində “Tibb” ixtisası üzrə təhsil almaq istəyirəm. Hər zaman yanımda olan valideynlərimə, yaxınlarıma və müəllimlərimə sonsuz təşəkkür edirəm”.

“Yüksək nəticə əldə etməyin sirri mənim üçün uzun saatlarla dərs oxumaq deyil, keyfiyyətli və məqsədli çalışmaq oldu”

Məryəm Abdullayevaş Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 253 nömrəli tam orta məktəbin məzunudur. Bu il buraxılış imtahanından 289 bal, blok imtahanından isə maksimal nəticə – 400 bal toplayaraq uğur qazanıb.

O vurğulayır: “Yüksək nəticə əldə etməyin sirri mənim üçün uzun saatlarla dərs oxumaq deyil, keyfiyyətli və məqsədli çalışmaq oldu. Hər gün ən azı 6 saat dərs oxuyurdum, eyni zamanda istirahət və yuxu rejimimə də xüsusi diqqət yetirirdim. Düşünürəm ki, planlı dərs və yuxu rejimi qazandığım uğurun əsasını təşkil etdi. Bu yolda, əlbəttə ki, məktəbdə qazandığım təməl biliklərin də böyük rolu var”.

Məryəmin fikrincə, yüksək nəticə əldə etməsində yalnız öz zəhmətinin deyil, ona dəstək olan insanların da böyük əməyi olub:
“İlk növbədə ailəmə, sonra isə müəllimlərimə sonsuz təşəkkürümü bildirirəm. Xüsusilə riyaziyyat müəllimim mənə həm mənəvi, həm də elmi baxımdan böyük dayaq oldu. Onların inamı və dəstəyi bu uğurumu reallığa çevirdi”.

Abituriyentin məqsədi Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə qəbul olmaq və gələcəkdə cərrah kimi fəaliyyət göstərməkdir:
“Uğur istəyən hər bir şagirdə tövsiyəm budur: qarşıya məqsəd qoyun və bu məqsədə çatmaq üçün əlinizdən gələni edin. Yorulduğunuz anlarda özünüzə xatırladın ki, bu çətinliklər keçicidir, amma nəticəsi qalıcı olacaq”.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.