Bütün xəbərlər
4 sentyabr, 09:32

Sentyabrın 3-də Abşeron–Xızı Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Sumqayıt, Abşeron və Xızı rayonlarının təhsil müəssisələrinin rəhbərləri və idarənin əməkdaşları iştirak ediblər.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva konfransda ötən tədris ilində görülmüş işlər barədə təqdimatla hesabat xarakterli çıxış edib, qarşıdakı dərs ili üçün əsas hədəfləri diqqətə çatdırıb.

İdarə müdiri bildirib ki, Abşeron-Xızı regionu 4, 6, 9-cü siniflərdə ölçmələrə əsasən ölkə üzrə birinci yerini qoruyub saxlamaqdadır: “Ən çox orta və ən çox yaxşı nəticə göstərən şagird sayının yüksək faizi ölkə üzrə bizim regionun payına düşür. Qürur hissi ilə deyə bilərik ki, 9-cü siniflər üzrə ümumi hədəfə çatmada Abşeron-Xızı 98,4 faiz nəticə ilə regionlar üzrə birinci yerdə qərarlaşır. Nəticələrimiz göstərir ki, biz  9-cu sinfin,  fənn müsabiqələrinin və fənn olimpiadalarının, “Ən yaxşı təqdimat” müsabiqəsinin uğurlu reseptini bilirik. 2024-2025-ci tədris ilində fənn olimpiadalarında Abşeron üzrə 14, Sumqayıt üzrə 35, Xızı üzrə isə 1 şagirdimiz finala qədər yüksələrək qalib olub. Yaxşı xəbər odur ki, əgər əvvəllər bir məktəb üzrə bu nəticələr əldə edilirdisə, indi Sumqayıt şəhərinin çox məktəbləri uğurlu nəticəyə nail olur”.

İlhamə Abdullayeva bu il daha çox ümumi fokuslanılacaq fənlərin Azərbaycan dili, riyaziyyat, təbiət, xarici dil və fiziki tərbiyə olacağını diqqətə çatdırıb. “Uğur körpüsü” layihəsinin səmərəli fəaliyyətinə də nəzər salan idarə rəhbəri qoyulan məqsədlərə nail olunduğunu qeyd edib və layihədə iştirak edən təhsil müəsisələrinin rəhbərlərinə təşəkkürünü bildirib.

Daha sonra Regional Təhsil idarəsinin müdir müavini Aynur Rüstəmova 2025–2026-cı tədris ili ərzində tədrisin keyfiyyətinin yüksəldilməsi üçün qarşıya qoyulan hədəflər, prioritet istiqamətlər və məqsədlərə çatma yolları üzrə təqdimatla çıxış edib.

Konfransda ümumilikdə rəqəmsal bacarıqların artırılması, şagirdlərin fiziki inkişafının təmin edilməsi, dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, təlim-tərbiyə prosesində valideyn iştirakının rolunun artırılması, məktəbdə liderliyin və idarəetmənin qurulması, ümumtəhsil müəssisələrində dəstəkləyici mühitin yaradılması kimi mövzular müzakirə olunub, müəssisə rəhbərləri ilə qarşılıqlı fikir mübadiləsi aparılıb.

1 /9

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.