Bütün xəbərlər
9 iyul, 15:05

2025-2026-cı tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. Bu müsabiqənin məqsədi bilik və bacarıqları yüksək olan namizədləri tədris prosesinə cəlb etməkdir. Çox sevindirici haldır ki, müsabiqə ölkənin bütün bölgələrində keyfiyyətli təhsilə bərabər çıxışı təmin edir. Artıq MİQ müsabiqəsi ilə işə qəbul olan minlərlə gənc müxtəlif məktəblərdə dərs deyir. 

“Azərbaycan müəllimi” keçənilki  MİQ müsabiqəsində Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticə göstərən müəllimlə – Əminə Ağammədova ilə həmsöhbət olub. 

O, müsabiqənin test mərhələsində 89.25 bal toplayıb, müsahibədə də bu uğuru davam edib. Naxçıvan Dövlət Universitetinin “Tarix müəllimliyi” ixtisasını bitirən Əminə müəllim pedaqoji fəaliyyətinə 2024-cü ildə Babək rayonunun Şıxmahmud kənd tam orta məktəbində başlayıb. 

Deyir ki, müəllimlik onun yalnız seçdiyi peşə deyil, həyatının özəyidir: “Uşaqlıqdan müəllim olmaq xəyalı ilə yaşayırdım. İlk müəllimim rəhmətlik babam Həsən Camalov olub. Məni bu peşəyə bağlayan zamanında onun biz nəvələrinə göstərdiyi səbir, anlayış olub. 

Müəllim kimi işə başlamağım həyatımın ən emosional anlarından biri oldu. Sinfə daxil olanda həyəcandan əllərim titrəyirdi, həm də qorxurdum. Şagirdlərin baxışları həyəcanımı daha da artırırdı. Bir tərəfdən isə sevinc və qürur hissi keçirirdim. Çünki artıq xəyalını qurduğum arzum gerçək olmuşdu”.

Əminə Ağammədova danışır ki, onu müəllim olmaq arzusuna MİQ yaxınlaşdırıb: “Müəllim olmaq üçün keçməli olduğum yollardan biri də bu imtahan idi. Düzü, mən də hər bir namizəd kimi imtahandan qorxur, həyəcanlanırdım. Gecə saatlarına qədər oxuyub hazırlaşırdım. “İnanmaq bacarmağın yarısıdır”, – deyiblər. Özümə hər zaman inanır və motivasiya verirdim. İmtahanın test mərhələsi mənim ad gününmə təsadüf etmişdi. İmtahanda çox həyəcanlı olsam da, imtahan otağından çıxanda artıq xoşbəxt idim. İmtahanın elektron formada keçirilməsi obyektivlik və şəffaflıq baxımından ürəyimcə olmuşdu. Həmin gün özümə ən gözəl ad günü hədiyyəsini verdim. Həm müəllimliyə bir addım yaxınlaşdım, həm də ən yüksək nəticə göstərdim”.

Müəllim əlavə edir ki, bütün namizədlər üçün bərabər şərtlər yaradıldığı üçün müsahibə mərhələsindən də çəkinməyib: “Buna baxmayaraq, bu mərhələ də mənim üçün həyəcanlı keçdi. Əvvəl hətta həyəcandan sözləri unudurdum. Amma mühit o qədər rahat idi ki, sonra fikrimi toplaya bildim. O otaqdan çıxanda artıq rahat idim. Cavablar açıqlananda sevincimin həddi-hüdudu yox idi. Mən artıq arzuma çatmış, müəllim adını qazanmışdım”.

Əminə müəllim bir ildir ki, dərs deməyinə baxmayaraq, şagirdlərinin tarix fənninə marağı artıb. Heç təsadüfi deyi ki, qəbul imtahanlarında şagirdləri tarixdən yüksək bal toplayıb.   

Kəngərli rayonunun Çalxanqala kəndində yaşasa da, MİQ-də Şıxmahmud kənd tam orta məktəbini seçib. Hər gün dərs demək üçün o kəndə gedib-gəlir. MİQ-dən imtahan verənlərə isə tövsiyə edir ki, daima öz üzərlərində çalışsalar, uğur qazanacaqlar: “Buradan MİQ-ə hazırlaşan və imtahan verən namizədlərə və gələcək həmkarlarıma demək istərdim ki, özünüzə inanın və arzularınıza çatmaq üçün sadəcə çalışın”.

Şərhlər

Xəbər lenti

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

30 iyul, 11:04

Bəxtiyar Aslanbəyli: Sosial layihələrimizin əhəmiyyətli hissəsi təhsillə bağlıdır

30 iyul, 11:00

Bakıda ali məktəblərin sərgisi keçirilir

30 iyul, 10:48

Emin Əmrullayev: Peşə təhsilindəki gözləntilərlə mövcud reallıq arasında fərq var

30 iyul, 10:38

Nazir: Şuşadakı Peşə Mərkəzinin Qarabağ Universiteti nəzdində istifadəyə verilməsi planlaşdırılır

30 iyul, 10:33

Vəfadar Misirov: İmtahanlardakı qayda pozuntuları ilə bağlı bəzi şəxslər istintaqa cəlb olunub

30 iyul, 10:29

DİM builki keçid balları ilə bağlı açıqlama verdi

30 iyul, 10:20

Magistraturanın boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlandı

30 iyul, 10:16

Ali məktəblərə ixtisas seçimi avqustun ortalarında aparılacaq – DİM 

30 iyul, 09:54

Universitetə qəbul olmaq istəyən abituriyentlərin sayı plan yerlərindən iki dəfə çoxdur

30 iyul, 09:31

“Müasir metodist” layihəsinin növbəti müsahibə mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.