
“Cəmiyyətin sosial həyatında iştirakımız, əsasən, sosial layihələr vasitəsilə reallaşır. Sosial layihələrimizin isə əhəmiyyətli hissəsi təhsil sahəsində həyata keçirilən təşəbbüslərdir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri bp şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Bərpa Olunan Enerji Qurğu və Avadanlıqlarının İstismarı üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində deyib.
O qeyd edib ki, məzmunun yaradılması istiqamətində ən uğurlu layihələrindən biri iqtisadiyyat, idarəetmə və sosial elmlər sahəsində 28 beynəlxalq dərslik və tədris vəsaitinin Azərbaycan dilinə tərcümə edilərək çap olunması və yayılmasıdır. Bu layihə Azərbaycan dilində keyfiyyətli və əlçatan məzmunun təmin olunmasına xidmət edir: “Digər önəmli təşəbbüsümüz isə Azərbaycan müəlliflərinin hazırladığı yeni tədris məzmununun dəstəklənməsidir. Bu istiqamətdə 27 dərsliyin hazırlanması və nəşri həyata keçirilib”.
O əlavə edib ki, təhsil proqramlarının dəstəklənməsi istiqamətində də bir sıra layihələr həyata keçirilib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər