
“Təmir və yenidənqurma işləri çərçivəsində bir neçə peşə təhsil mərkəzinin fəaliyyətə başlaması gözlənilir. Belə ki, Şuşa şəhərində yerləşən Peşə Dövlət Təhsil Mərkəzinin ilkin mərhələdə təmiri nəzərdə tutulur və bu mərkəzin 2026-cı ilin sentyabr ayından Qarabağ Universiteti nəzdində istifadəyə verilməsi planlaşdırılır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sözləri Bərpa Olunan Enerji Qurğu və Avadanlıqlarının İstismarı üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, Füzuli Peşə Liseyinin isə ikinci mərhələdə – 2027-ci ildən etibarən fəaliyyətə başlaması gözlənilir:
“Digər rayonlarda, xüsusilə sənaye potensialı yüksək olan Ağdam şəhərində peşə təhsil mərkəzlərinin yaradılması istiqamətində layihələndirmə işlərinə artıq start verilib. Bu təşəbbüs işğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşların müvafiq peşə bacarıqları ilə təmin olunmasına və onların məşğulluğunun dəstəklənməsinə xidmət edəcək”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər