Bütün xəbərlər
17 iyul, 20:52

ADA Universitetində 17 iyul 2025-ci il tarixində dövlət sifarişi əsasında maliyyələşən yerlər haqqında məlumat sessiyası keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə universitetin rəhbərliyi, müəllim heyəti, abituriyentlər və onların valideynləri iştirak ediblər. 

Tədbirin məqsədi 2025-2026-cı tədris ili üçün dövlət sifarişi əsasında maliyyələşən yeni təhsil imkanlarını ictimaiyyətə təqdim etmək olub.

Tələbələr Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanları nəticəsində dövlət sifarişi ilə ayrılmış yerlərə qəbul olunacaqlar. Həmin tələbələr təhsil müddəti boyunca təhsil haqqından tam azad olunacaq və akademik göstəricilərinə uyğun olaraq aylıq təqaüd alacaqlar.  

Tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, bu təşəbbüs ali təhsilin keyfiyyətinə, gənclərin potensialının reallaşdırılmasına və ölkənin insan kapitalının inkişafına mühüm töhfə verəcək: 

“Yeni tədris ilindən etibarən ADA Universitetinə 180 dövlət sifarişli yer ayrılıb. Universitetin yaranmasından bəri əsas missiyamız Azərbaycanda xaricdə verilən təhsil səviyyəsindən də yüksək bir ali məktəb qurmaq olub”.

Tədbirdə həmçinin ADA Universitetinin “İqtisadiyyat” ixtisasının məzunu Aydan Məmmədzadə və “Riyaziyyat” ixtisasının tələbəsi Ömər Əsgərzadə də çıxış edərək universitetdə qazandıqları təhsil təcrübələrini və uğur hekayələrini bölüşüblər.

Dövlət sifarişli yerlər ilkin mərhələdə müəyyən ixtisasları əhatə etsə də, gələcək illərdə bu imkanların daha çox akademik proqramlara şamil olunması planlaşdırılır. Bu isə daha geniş tələbə kütləsinin dövlət dəstəyindən yararlanmasına imkan yaradacaq.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ADA Universitetində dövlət sifarişi əsasında tələbə qəbulu nəzərdə tutulan ixtisaslar aşağıdakılardır:

I qrup:

* Kompüter elmləri – 30 yer

* Kompüter mühəndisliyi – 30 yer

* Riyaziyyat – 30 yer

* İnformasiya texnologiyaları – 30 yer

II qrup:

* Maliyyə – 30 yer

* İqtisadiyyat – 30 yer

Şərhlər

Xəbər lenti

17 iyul, 19:05

II və III qruplar üzrə qəbul imtahanının nəticələri elan olunub

17 iyul, 18:25

Tədris ilinin yekunlarına dair hesabat tədbirləri keçirilir

17 iyul, 17:47

Məktəbəqədər yaşlı uşaqların inkişafında oyunların rolu

17 iyul, 17:22

11 yaşında olsa da, şahmat dünyasını fəth edir -  Məktəbli şahmatçının uğuru 

17 iyul, 17:10

Masallıda II Regional Gənclər Festivalı keçiriləcək

17 iyul, 16:28

BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17 iyul, 16:21

İlahə Rəsulova: Valideynlər eyni anda 3 bağça seçə bilərlər - MÜSAHİBƏ

17 iyul, 15:27

ADA Universiteti ilk dəfə bu ixtisaslar üzrə dövlət sifarişli qəbul aparacaq - SİYAHI

17 iyul, 15:09

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb 

17 iyul, 15:04

Apellyasiyada əvvəlcədən ödəniş sistemi tətbiq oluna bilər – DİM sədrindən açıqlama

17 iyul, 13:39

261 məzun qızıl və gümüş nişanla təltif edilib SİYAHI

17 iyul, 13:31

Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb

17 iyul, 12:41

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

17 iyul, 12:28

Sabahın hava proqnozu açıqlanıb

17 iyul, 11:53

Azərbaycanın regional universiteti “QS Stars” qiymətləndirməsində iştirak edib

17 iyul, 11:30

Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb

17 iyul, 11:11

Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb və müəllim seçimi başlayır

17 iyul, 11:10

Problemləri kodlaşdırma ilə həll edir – Tələbənin uğur hekayəsi

17 iyul, 10:32

İdmançılarımız beynəlxalq yarışda 8 medal qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.