Bütün xəbərlər
17 iyul, 11:10

Bəzən bir toxumun böyük bir ağaca çevrilməsi üçün sadəcə torpaq yetmir. O, Günəşə, suya və qayğıya da ehtiyac duyur. Elə gənclik də belədir: potensialla dolu, lakin onun çiçəklənməsi üçün zamanında verilən dəstəyə möhtacdır. Bu gün ölkəmizdə dövlətin gənclərə göstərdiyi diqqət və qayğı minlərlə gəncin həyatına bahar nəfəsi gətirir, onların içindəki işığı alova çevirir. 

Bu qayğını görənlərdən biri də Həsən Bədəllidir. Onun uğur hekayəsi yalnız fərdi zəhmətin deyil, həm də arxasında dayanan bir sistemin, gəncliyi ön plana çıxaran bir siyasətin nəticəsidir. 

Azərbaycanın gənc texnoloqlarından biri kimi tanınan, amma öz uğurunun köklərini uşaqlıqda atdığı addımlarda görən İsmayıllı şəhəri İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin yetirməsi Həsən Bədəlli istedadı ilə həm ölkəmizdə, həm də dünya miqyasında uğur qazanıb. 

2005-ci ildə İsmayıllıda dünyaya gələn Həsən hələ orta məktəbdə oxuyarkən müxtəlif bilik yarışlarının qalibi olub. Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının INHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində IT üzrə bakalavr təhsili alan bu gənc 4-cü kursunu Koreyada davam etdirməyə hazırlaşır.

Həsən Bədəlli digərlərindən fərqli olaraq yalnız dərs kitablarını deyil, həm də gələcəyin çağırışlarına dair kitabları da oxuyurdu. Əlində hələ məktəb dəftərləri olarkən alqoritmlər qurur, sadə problemlərin arxasında mürəkkəb sistemlərin olduğunu anlayırdı. Həsənin sinfi üçün hazırladığı sadə veb-saytla başlayan yolçuluğu artıq beynəlxalq innovasiya sahələrinə uzanır, Koreyanın qabaqcıl universitetlərinin laboratoriyalarında davam edir.

Texnologiyaya açılan yol

Onun üçün kodlaşdırma bir oyun  qurmaqdan daha çox bir problemi çözmək demək idi. 8-ci sinifdə ilk dəfə “Python”la tanış olan Həsən alqoritmik düşüncənin sehrinə düşüb və qısa müddətdə HTML, CSS və “JavaScript” kimi texnologiyaları öyrənməyə başlayıb. İlk veb layihəsini sinif yoldaşları üçün yaratdığı saytla həyata keçirib.

“O layihə mənim üçün bir dönüş nöqtəsi oldu. Çünki ilk dəfə bir ideyanın kod vasitəsilə gerçəyə çevirdim”, - deyir.

Koreyada müasir laboratoriyalarda işləmək, qlobal miqyasda şəbəkə qurmaq ona dəyərli təcrübə və perspektivlər qazandırır.

BTARGE və real dünyaya dəyişiklik gətirən kodlar

BTARGE şirkətində çalışdığı müddətdə Həsən SAAS platformaları və ERP sistemləri üzərində işləyib. 

Texnologiyanı təhsillə birləşdirən Həsənin ən fərqli təşəbbüslərindən biri Brains Battle platformasıdır. Burada oyunlaşdırma (gamification) və süni intellekt bir araya gətirilərək şagirdlərə fərdi mentorluq təqdim olunur.

“Oyunları sevən uşaq idim. Fikirləşdim ki, niyə bu sevgini təhsilə tətbiq etməyək?”

“Brains Battle”də şagirdlər süni intellekt müəllimi ilə qarşılıqlı əlaqə qurur, nəticələrə əsasən fərdi tövsiyələr alırlar. Bu yanaşma öyrənməni daha interaktiv edir.

Ataya həsr edilən zəfər

ASSIP hakatonunda 2-ci yeri qazanan Həsən bu uğurunu atasına həsr edib. O, yarışmadan cəmi 4 gün əvvəl atasını itirmişdi və bu acıya rəğmən mübarizəsini davam etdirib.

“Atam mənim ruhumun bir parçasıdır. Onun mənə baxıb qürur duyduğunu hiss edirəm. Və bu hiss məni daim irəli aparır”.

Texnologiyanın kəndə qayıdışı

Həsənin digər bir təşəbbüsü isə “SmartFarmify” layihəsidir. Burada məqsəd kənd təsərrüfatını rəqəmsal və izlənə bilən hala gətirməkdir.

Ağıllı boyunbağlar vasitəsilə heyvanların sağlamlıq göstəriciləri izlənir, risklər öncədən müəyyən edilir və sistem proaktiv tövsiyələr verir. Bu texnologiya əkinçilik sahəsində də tətbiq oluna bilər.

Şərhlər

Xəbər lenti

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.