
İyunun 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Portuqaliyanın “NOVA University of Lisbon” ali təhsil müəssisəsinin prorektoru Joao Amaro de Matos ilə görüş keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin qurulması, elmi-tədqiqat sahəsində birgə fəaliyyət, tələbə və müəllim mübadiləsi, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində məsələlər müzakirə olunub.
Görüşün sonunda mümkün perspektiv əməkdaşlıq imkanları nəzərdən keçirildikdən sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər