
"Sınaq imtahanının nəticələri sertifikasiya imtahanında sualların çətinliyinə təsir etmir".
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva bu gün Təhsil TV-də yayımlanan “360 dərəcə təhsil” verilişində qonaq olarkən səsləndirib.
O qeyd edib ki, Elm və Təhsil Nazirliyinin bu sınaqlarda məqsədi çətinlik dərəcəsini müəyyən etmək olsaydı, sınaq imtahanları başqa formatda keçirilərdi.
"Amma ilk gündən nazirliyin tapşırığı o olub ki, bu sınaqların məqsədi müəllimlərə dəstək olmaqdır. Onlar sınaq imtahanında iştirak etməklə imtahanla tanış olur, həyəcanı yenirlər. Elektron qaydada və onlayn şəkildə keçirilən bu imtahanların məqsədi sırf müəllimlərə dəstək, onlar üçün imtahan şəraiti yaratmaqdır. Sınaq imtahanının nəticələri sertifikasiya imtahanında sualların çətinlik dərəcəsinə təsir etmir".
Qeyd edək ki, sosial mediada bəzi təhsil ekspertləri və müəllimlər sınaq imtahanının keçirilməsində məqsədin müəllimlərin səviyyəsini ölçmək olduğu haqda iddialar səsləndirirdi və bəzi müəllimlər sınaq imtahanında iştirak etməyə çəkinirdilər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər