Bütün xəbərlər
16 oktyabr, 17:47

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) beynəlxalq təhsil məkanında tanınma və keyfiyyət təminatı istiqamətində daha bir mühüm nailiyyət əldə edib. 

ADNSU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, universitetin üç Ekologiya mühəndisliyi, Cihaz mühəndisliyi və Mexanika mühəndisliyi olmaqla, 3 bakalavr ixtisası Almaniyanın nüfuzlu ASIIN (Accreditation Agency for Degree Programmes in Engineering, Informatics, Natural Sciences and Mathematics) beynəlxalq akkreditasiya təşkilatı tərəfindən 26 sentyabr 2025-ci il tarixli qərarla beynəlxalq akkreditasiyadan keçib. Bu qərar ADNSU-nun tədris prosesinin beynəlxalq standartlara uyğunluğunu, ixtisas proqramlarının keyfiyyətini və davamlı inkişaf istiqamətində atdığı addımların səmərəsini bir daha təsdiqləyir.

2015–2025-ci illər ərzində ADNSU-nun bakalavr və magistr səviyyələrində ümumilikdə 34 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Bu proqramlar Almaniyanın ASIIN və FIBAA (Foundation for International Business Administration Accreditation) təşkilatları tərəfindən qiymətləndirilib və hazırda 18 ixtisasın akkreditasiya statusu aktivdir.

Bakalavr səviyyəsində ümumilikdə 12 ixtisas beynəlxalq akkreditasiyadan keçib. Onlardan beşi FIBAA, yeddisi isə ASIIN təşkilatı tərəfindən akkreditasiyadan keçib. FIBAA tərəfindən akkreditasiyadan keçmiş ixtisaslara Biznes informatikası, Sənaye mühəndisliyi, Kompüter mühəndisliyi, Menecment üzrə biznesin idarə edilməsi və Biznes iqtisadiyyatı üzrə biznesin idarə edilməsi proqramları daxildir.

ASIIN tərəfindən akkreditasiyadan keçmiş ixtisaslar sırasında Mexatronika mühəndisliyi, Neft-qaz mühəndisliyi, Geologiya və geofizika mühəndisliyi, Kimya mühəndisliyi, eləcə də 2025-ci ildə akkreditasiyadan keçmiş Ekologiya mühəndisliyi, Cihaz mühəndisliyi və Mexanika mühəndisliyi ixtisasları yer alır.

Magistratura pilləsində isə ADNSU-nun altı proqramı beynəlxalq akkreditasiyadan keçib. FIBAA tərəfindən Əməliyyatların idarə edilməsi (MBA), Kompüter informasiya sistemləri, İnsan resurslarının idarə edilməsi, Təşkilatların idarə edilməsi və Marketinqin idarə edilməsi proqramları, ASIIN tərəfindən isə Kimya mühəndisliyi (qeyri-üzvi maddələrin istehsal texnologiyası, neft-kimya sintezi və neft-emalı texnologiyası üzrə ixtisaslaşmalarla) beynəlxalq akkreditasiyaya layiq görülüb.

Qeyd edək ki, ADNSU-nun həm ASIIN, həm də FIBAA tərəfindən akkreditasiyadan keçmiş proqramları Avropa Ali Təhsildə Keyfiyyətin Təminatı Reyestrinin (EQAR – European Quality Assurance Register for Higher Education) məlumat bazasında da qeyd olunub. Bu, universitetin Avropa ali təhsil məkanında tanınmasını və ADNSU diplomlarının beynəlxalq səviyyədə etibarlılığını təsdiqləyir.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.