
Oktyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizov universitetdə təhsil alan əcnəbi tələbələrlə görüş keçirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüş zamanı tələbələrə universitetin müasir standartlara uyğun təhsil imkanları, elmi potensialı və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib.
Rektor bildirib ki, ADNSU etimad göstərərək universiteti seçən əcnəbi tələbələr üçün yüksək səviyyəli təhsil almaq imkanlarını təmin edir və onlara elmi, tədris və sosial sahələrdə hərtərəfli dəstək göstərmək üçün geniş imkanlar yaradır. Rektor həmçinin, yeni qəbul olunmuş tələbələri təbrik edib və onların akademik və şəxsi inkişaflarını diqqətdə saxlayacağını deyib.
Görüş zamanı tələbələr rektora universitetdə təhsil, elmi fəaliyyət, beynəlxalq proqramlarda iştirak imkanları və sosial həyatı əhatə edən suallarını ünvanlayıblar. Rektor Rüfət Əzizov hər bir sualı ətraflı cavablandırıb və tələbələrin təhsil prosesində qarşılaşa biləcəkləri çətinliklərin aradan qaldırılması üçün universitetin dəstək mexanizmlərinin mövcud olduğunu bildirib.
Qeyd edək ki, bu gün ADNSU-da onlarla ölkədən 363 tələbə təhsil hüququ qazanıb. Bundan əlavə, 91 əcnəbi tələbə mübadilə proqramı çərçivəsində təhsilini ADNSU-da davam etdirəcək.
1 /18
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər