
Elm və təhsil naziri Emin Əmrullayev ötən həftə ABŞ-yə səfəri çərçivəsində bu ölkədə təhsil alan 90-a yaxın azərbaycanlı tələbə ilə görüşüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Corc Vaşinqton Universitetində keçirilən görüşdə nazir ölkəmizdə elm və ali təhsil sistemində son illərdə həyata keçirilən islahatlar, ABŞ universitetləri ilə birgə ikili diplom proqramları, elmi müəssisələrin fəaliyyətinin inkişafı və digər aktual məsələlər barədə tələbələrə məlumat verib.
Görüş zamanı Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, onların akademik və elmi fəaliyyət perspektivləri müzakirə olunub.
Nazir gəncləri təhsillərini başa vurduqdan sonra ölkəmizin əmək bazarına, eləcə də elm və ali təhsil mühitinə öz töhfələrini verməyə çağırıb.
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər